Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

Image


Düyünlü zob və ya qalxanabənzər vəzin düyünlərini aradan qaldırmağın əsas cərrahi müalicə üsullarından biri tiroidektomiya – tiroid (qalxanabənzər) toxumasının çıxarılması  əməliyyatıdır. Tiroidektomiya əməliyyatı tiroid vəzinin tamamən və ya qismən xaric edilməsi üçün aparılan cərrahi əməliyyatdır. 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövr ərzində icbari tibbi sığorta hesabına bununla bağlı 3049 əməliyyat icra olunub.

Qalxanabənzər vəzi (tiroid) boynun ön-aşağı hissəsində qığırdağın altında traxeyanın önündə yerləşir. Kəpənək formasında olan  qalxanabənzər vəzi  hormon istehsal edən endokrin orqandır. Tiroid orqanizmdə maddələr mübadiləsini tənzimlənməsində önəmli rol oynayaraq bədəndə enerji istehsalını təmin edir və əzələlərin effektiv işləməsinə imkan yaradır.

Qalxanabənzər vəzin bədxassəli şişi, xəstənin sağlamlığı üçün təhlükə yarada bilən düyün və ya şişlər, qalxanabənzər vəzin sürətlə böyüməsi və konservativ müalicəyə tabe olmaması, həmçinin bəzi hallarda xəstəliyin xronikləşməsi zamanı konservativ müalicənin effektiv olmaması trioidektomiya üçün göstəriş hesab olunur. 

İcbari tibbi sığorta ilə  qalxanabənzər vəzin və qalxanabənzər ətraf vəzilərin (paratiroid) tam və ya bir hissəsinin çıxarılması, qalxanabənzər vəzin bir payının xaric edilməsi (lobektomiya), qalxanabənzər vəzi birləşdirən toxuma zolağının (istmusun) çıxarılması əməliyyatları ödənişsiz həyata keçirilir.

Qalxanabənzər vəzin funksional pozğunluqlarını fiziki müayinə, USM və rəngli doppler müayinəsi, tiroid stimulyasiyaedici hormon (TSH), triiodotironin (T3), tiroksin (T4), tiroid hormon birləşdirmə nisbəti (THBR), larinqoskopiya metodu ilə səs tellərinin müayinəsi və qalxanabənzər vəzinin açıq biopsiyası  əsasında aşkar etmək mümkündür. Sadalanan instrumental və laborator müayinələr icbari tibbi sığorta hesabına aparılır. 

Tiroidektomiya ilə bağlı laboratoriya xidmətləri, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinər, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri icbari tibb sığorta ilə qarşılanır.

Troidektomiya əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və  Milli Hematologiya və Transfuziologiya Mərkəzində  həkim göstərişi  əsasında icra olunur.








XƏBƏR LENTİ

08.07.2024 | 19:34
Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

08.07.2024 | 19:30
Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

08.07.2024 | 18:55
Perspektiv əməkdaşlıq əlaqələri

08.07.2024 | 17:54
TÜRK DÜNYASI BÖYÜK BİR GÜCƏ MALİKDİR. BU GÜCÜMÜZÜ BİRLƏŞDİRƏRƏK, DAHA DA QÜDRƏTLİ EDƏCƏYİK. (Ulu öndər Heydər Əliyev)

08.07.2024 | 17:49
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı elan

08.07.2024 | 17:48
Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini daha da gücləndirəcək

08.07.2024 | 17:47
TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası tarixində böyük iz qoydu

08.07.2024 | 17:46
Zirvə görüşü türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək

08.07.2024 | 16:29
Pensiyalar bu tarixdə ödəniləcək

08.07.2024 | 16:15
Prezident Fikrət Əzizovu ordenlə təltif etdi

08.07.2024 | 16:12
Yeni iqtisadi imkanlar

08.07.2024 | 15:24
Suraxanının yeni icra başçısı: keçmiş polis rəisi və deputat - DOSYE

08.07.2024 | 15:20
Jurnalistlər üçün göz müayinəsi keçiriləcək

08.07.2024 | 15:00
Qusara yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

08.07.2024 | 14:50
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib

08.07.2024 | 14:47
Tarixlərə Sığmayan Görüşün Mütərəqqi Siyasi Missiyası

08.07.2024 | 14:40
Aygün Kazımova ölkə trendində 1-ci oldu - FOTO/VİDEO

08.07.2024 | 14:30
Prezident Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorunu “Dostluq” ordeni ilə təltif edib

08.07.2024 | 14:20
Prezident Beyləqana yeni icra başçısı təyin edib

08.07.2024 | 14:15
Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - SƏRƏNCAM

08.07.2024 | 14:00
Ötən ay xaricdə təhsil almış 71 nəfərin diplomu tanınmayıb

08.07.2024 | 13:07
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

08.07.2024 | 13:05
“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

08.07.2024 | 12:17
İlham Əliyevdən Dövlət Neft Fondunun büdcəsi ilə bağlı SƏRƏNCAM

08.07.2024 | 12:16
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”

08.07.2024 | 12:03
XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır

08.07.2024 | 11:53
SATIŞDA OLAN KOLBASALARLA BAĞLI DƏHŞƏTLİ FAKT ORTAYA ÇIXDI - VİDEO

08.07.2024 | 11:30
Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

08.07.2024 | 11:30
Rusiya XİN: "Avropa Şurasına qayıtmağımız mümkün deyil"

08.07.2024 | 11:28
Cənubi Koreya prezidentindən Rusiyaya xəbərdarlıq

08.07.2024 | 11:27
Ferdi Kadıoğlu Avropa nəhənglərinin gündəmində - 70 milyon avroluq nəhəng təklif paketi!

08.07.2024 | 11:25
Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

08.07.2024 | 11:24
ABŞ Afrikanın mərkəzində yerləşən strateji bazasını tərk etdi

08.07.2024 | 11:14
“Azərişıq” komandası beynəlxalq yarışda I oldu - Fotolar

08.07.2024 | 11:13
Tanınmış idmançı söküntüdən narazıdır - Rəsmi açıqlama

08.07.2024 | 11:04
Qarabağ universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər

08.07.2024 | 10:59
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

08.07.2024 | 10:37
“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

08.07.2024 | 10:17
Rusiyada 2 milyon dollar müqabilində təyyarəni Ukraynaya qaçırmaq cəhdinin qarşısı alınıb

08.07.2024 | 10:16
Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başlayıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031