“AzerGold” QSC hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

Image



 

Məlum olduğu kimi, Milli Məclis tərəfindən ratifikasiya olunan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 21 iyun 2024-cü il tarixində təsdiq edilən Qanuna əsasən, Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının R.V. Investment  Group Services, LLC arasında bağlanmış Sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə ötürülüb.

Məqsəd Saziş üzrə işlərin icrasında R.V. Investment  Group Services, LLC ilə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti arasında səmərəli əməkdaşlığın təmin edilməsidir. Sazişin şərtlərinə əsasən, “AzerGold” QSC  R.V. Investment Group Services, LLC-yə hüquq və mənafelər vermək, fəaliyyətin səmərəli təşkil edilməsinə nəzarət etmək, mədən-filiz əməliyyatlarının həyata keçirilməsi üçün hökumət orqanları ilə əməkdaşlığı təmin etmək və digər öhdəlikləri daşıyır. 

Saziş sahələrində mədənlərin idarəolunması, geoloji kəşfiyyat, hasilat, istehsalat, həmçinin ətraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkili, korporativ sosial məsuliyyət və digər istiqamətlərdə R.V. Investment Group Services, LLC tərəfindən fəaliyyət “AzerGold” QSC-nin nəzarəti ilə icra ediləcək: “AzerGold” QSC operator şirkətin dağ-mədən fəaliyyətinin yerli və beynəlxalq qanunvericiliyinin tələblərinə uyğun icrasını təmin edəcək. 

Artıq QSC tərəfindən Sazişdən irəli gələn məsələlərin həlli, fəaliyyətin operativ təşkili, müxtəlif fəaliyyət istiqamətlərində Sazişin tələblərinin müəyyən edilməsi məqsədilə işlərə başlanılıb. Belə ki, qeyd edilən məqsədlər nəzərə alınaraq “AzerGold” QSC-nin nəzdində yaradılan İşçi qrupa bir ay müddətində fəaliyyətin təşkil edildiyi sahələrə, o cümlədən infrastruktura ümumi baxışın keçirilməsi, Saziş çərçivəsində görülən işlərin və mövcud vəziyyətin təhlil edilməsi, görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi və təkliflərin formalaşdırılması tapşırılıb. Eyni zamanda fəaliyyət və nəzarətin təşkili məqsədilə Rəhbər Komitənin yaradılması üzrə müvafiq işlər icra edilir.  

Qeyd edək ki, Saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanılmışdı. 22 yanvar 2000-ci il tarixindən, Sazişə yeni dəyişikliyə qədər “Azərqızıl” dövlət şirkətinin ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl” dövlət şirkətinin hüquqi varisi hesab edilmişdi. 

 








XƏBƏR LENTİ

08.07.2024 | 19:34
Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

08.07.2024 | 19:30
Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

08.07.2024 | 18:55
Perspektiv əməkdaşlıq əlaqələri

08.07.2024 | 17:54
TÜRK DÜNYASI BÖYÜK BİR GÜCƏ MALİKDİR. BU GÜCÜMÜZÜ BİRLƏŞDİRƏRƏK, DAHA DA QÜDRƏTLİ EDƏCƏYİK. (Ulu öndər Heydər Əliyev)

08.07.2024 | 17:49
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı elan

08.07.2024 | 17:48
Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini daha da gücləndirəcək

08.07.2024 | 17:47
TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası tarixində böyük iz qoydu

08.07.2024 | 17:46
Zirvə görüşü türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək

08.07.2024 | 16:29
Pensiyalar bu tarixdə ödəniləcək

08.07.2024 | 16:15
Prezident Fikrət Əzizovu ordenlə təltif etdi

08.07.2024 | 16:12
Yeni iqtisadi imkanlar

08.07.2024 | 15:24
Suraxanının yeni icra başçısı: keçmiş polis rəisi və deputat - DOSYE

08.07.2024 | 15:20
Jurnalistlər üçün göz müayinəsi keçiriləcək

08.07.2024 | 15:00
Qusara yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

08.07.2024 | 14:50
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib

08.07.2024 | 14:47
Tarixlərə Sığmayan Görüşün Mütərəqqi Siyasi Missiyası

08.07.2024 | 14:40
Aygün Kazımova ölkə trendində 1-ci oldu - FOTO/VİDEO

08.07.2024 | 14:30
Prezident Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorunu “Dostluq” ordeni ilə təltif edib

08.07.2024 | 14:20
Prezident Beyləqana yeni icra başçısı təyin edib

08.07.2024 | 14:15
Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - SƏRƏNCAM

08.07.2024 | 14:00
Ötən ay xaricdə təhsil almış 71 nəfərin diplomu tanınmayıb

08.07.2024 | 13:07
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

08.07.2024 | 13:05
“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

08.07.2024 | 12:17
İlham Əliyevdən Dövlət Neft Fondunun büdcəsi ilə bağlı SƏRƏNCAM

08.07.2024 | 12:16
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”

08.07.2024 | 12:03
XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır

08.07.2024 | 11:53
SATIŞDA OLAN KOLBASALARLA BAĞLI DƏHŞƏTLİ FAKT ORTAYA ÇIXDI - VİDEO

08.07.2024 | 11:30
Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

08.07.2024 | 11:30
Rusiya XİN: "Avropa Şurasına qayıtmağımız mümkün deyil"

08.07.2024 | 11:28
Cənubi Koreya prezidentindən Rusiyaya xəbərdarlıq

08.07.2024 | 11:27
Ferdi Kadıoğlu Avropa nəhənglərinin gündəmində - 70 milyon avroluq nəhəng təklif paketi!

08.07.2024 | 11:25
Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

08.07.2024 | 11:24
ABŞ Afrikanın mərkəzində yerləşən strateji bazasını tərk etdi

08.07.2024 | 11:14
“Azərişıq” komandası beynəlxalq yarışda I oldu - Fotolar

08.07.2024 | 11:13
Tanınmış idmançı söküntüdən narazıdır - Rəsmi açıqlama

08.07.2024 | 11:04
Qarabağ universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər

08.07.2024 | 10:59
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

08.07.2024 | 10:37
“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

08.07.2024 | 10:17
Rusiyada 2 milyon dollar müqabilində təyyarəni Ukraynaya qaçırmaq cəhdinin qarşısı alınıb

08.07.2024 | 10:16
Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başlayıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031