"Qarabağ" Almaniya klubu ilə görüş üçün Avstriyaya yollanıb
![Image](/uploads/posts/2024-07/eivumcfg6dziyhszppgt1ybhu6wi5nsgvo9y9ne8_1200.webp)
"Qarabağ" klubu təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb.
Gununxeberi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi toplanış çərçivəsində iyulun 9-da saat 14:30-da "Kayzerslautern" (Almaniya), 20:00-da isə "Viktoriya" (Plzen, Çexiya) klubları ilə üz-üzə gələcək.
Qurban Qurbanovun komandasının Tirolda 4 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.