Mütərəqqi Forum Çərçivəsində Çin İlə Əlaqəlar Yeni Müstəvidə

Image




Bəyannamədə iki dost ölkənin bir sıra uyğun sektorlarında, eləcə də ticarət-iqtisadi sahələrində əlaqələrin davamlı və dinamik inkişafı qiymətləndirilir və ticarət, sərmayə və mühəndislik layihələrində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin səmərəli rolu yüksək dəyərləndirilir. Bununla yanaşı, Birgə Bəyannamədə Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyaların, “yaşıl enerji”, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin bundan sonra da diqqət mərkəzində saxlanılması zəruri sayılır. 

Qeyd edim  ki, hər iki dost ölkənin iqtisadi əməkdaşlığın yeni inkişaf mərhələsinə yüksəlməsi üçün güclü potensiala malikdir. Tərəflərin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirmələri, gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlərin gerçəkləşdirilməsi bunun bariz ifadəsidir. Respublikamız qarşı tərəflə əməkdaşlığı daha da genişləndirmək məqsədilə Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə daim ciddi əməl edib, daxili bazarın qorunması üçün haqsız rəqabətə qarşı mübarizəni gücləndirib və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini önə çəkib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb. 

Xatırladım ki, son illərdə Azərbaycanın qeyri-neft ixracı sahəsi coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin çoxalması ilə də diqqət çəkib. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək tədbirlərİ isə ixracın artımına müsbət təsir göstərib. Azərbaycanın Çinlə əməkdaşlığında bir məqamı da xatırlatmaq istərdik. Belə ki, bu ölkənin innovasiyayönümlü investisiya imkanları respublikamız üçün mühüm önəm daşıyır. Başqa sözlə, bu, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyini, eynin zamanda, Şərqlə Qərbin kəsişməsində strateji mövqeyə malik ölkəmizin çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malik olduğunu təsdiqləyir. Beləliklə, 2 ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticari-iqtisadi əlaqələrin inkişafını şərtləndirir. Təbii ki, belə bir şəraitin davamlı şəkildə formalaşması Azərbaycan–Çin arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlərin, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlərin uğurla gerçəkləşdirilməsi ilə sıx bağlıdır . Yeri gəlmişkən, iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olmasında xüsusi yer tutan iqtisadi əlaqələrinin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə yaradılan Hökumətlərarası İqtisadi Komissiya hər zaman səmərəli fəaliyyət göstərib. Adıçəkilən komissiyanın ilk iclası 2009- cu ilin mayında keçirilib. Bundan əlavə, 2012-ci ilin iyununda Pekin şəhərində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub. Ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəyər 2017-ci ilin oktyabrında Bakı–Tbilisi–Qars dəmir yolunun açılışı ilə təsdiqlənib. Çin hökuməti bu polad magistralın istifadəyə verilməsini, marşrutun tikintisində respublikamızın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi daim yüksək qiymətləndirib. 

Onu da qeyd edim ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Çin Azərbaycanın 4-cü iri ticarət tərəfdaş olub. Əgər 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları idisə, 2023-cü ildə 3,1 milyard ABŞ dollarını ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard ABŞ dolları və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard ABŞ dollar və ya 44 faiz çoxdur. 

Tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin Si Cinpin ilə görüşü, eləcə də imzalanmış mühüm dövlət sənədi Bakı–Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşdirəcək, qarşılıqlı təmasları və dialoqu intensivləşdirəcək, ikitərəfli əlaqalərə yeni məzmun və keyfiyyət qazandıracaq.

 

Abbas Həsənli – ADNSU İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri







XƏBƏR LENTİ

08.07.2024 | 19:34
Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

08.07.2024 | 19:30
Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

08.07.2024 | 18:55
Perspektiv əməkdaşlıq əlaqələri

08.07.2024 | 17:54
TÜRK DÜNYASI BÖYÜK BİR GÜCƏ MALİKDİR. BU GÜCÜMÜZÜ BİRLƏŞDİRƏRƏK, DAHA DA QÜDRƏTLİ EDƏCƏYİK. (Ulu öndər Heydər Əliyev)

08.07.2024 | 17:49
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı elan

08.07.2024 | 17:48
Qarabağ Bəyannaməsi Türk dünyasının həmrəyliyini daha da gücləndirəcək

08.07.2024 | 17:47
TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası tarixində böyük iz qoydu

08.07.2024 | 17:46
Zirvə görüşü türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək

08.07.2024 | 16:29
Pensiyalar bu tarixdə ödəniləcək

08.07.2024 | 16:15
Prezident Fikrət Əzizovu ordenlə təltif etdi

08.07.2024 | 16:12
Yeni iqtisadi imkanlar

08.07.2024 | 15:24
Suraxanının yeni icra başçısı: keçmiş polis rəisi və deputat - DOSYE

08.07.2024 | 15:20
Jurnalistlər üçün göz müayinəsi keçiriləcək

08.07.2024 | 15:00
Qusara yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

08.07.2024 | 14:50
Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib

08.07.2024 | 14:47
Tarixlərə Sığmayan Görüşün Mütərəqqi Siyasi Missiyası

08.07.2024 | 14:40
Aygün Kazımova ölkə trendində 1-ci oldu - FOTO/VİDEO

08.07.2024 | 14:30
Prezident Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorunu “Dostluq” ordeni ilə təltif edib

08.07.2024 | 14:20
Prezident Beyləqana yeni icra başçısı təyin edib

08.07.2024 | 14:15
Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - SƏRƏNCAM

08.07.2024 | 14:00
Ötən ay xaricdə təhsil almış 71 nəfərin diplomu tanınmayıb

08.07.2024 | 13:07
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

08.07.2024 | 13:05
“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

08.07.2024 | 12:17
İlham Əliyevdən Dövlət Neft Fondunun büdcəsi ilə bağlı SƏRƏNCAM

08.07.2024 | 12:16
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”

08.07.2024 | 12:03
XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır

08.07.2024 | 11:53
SATIŞDA OLAN KOLBASALARLA BAĞLI DƏHŞƏTLİ FAKT ORTAYA ÇIXDI - VİDEO

08.07.2024 | 11:30
Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqləyib

08.07.2024 | 11:30
Rusiya XİN: "Avropa Şurasına qayıtmağımız mümkün deyil"

08.07.2024 | 11:28
Cənubi Koreya prezidentindən Rusiyaya xəbərdarlıq

08.07.2024 | 11:27
Ferdi Kadıoğlu Avropa nəhənglərinin gündəmində - 70 milyon avroluq nəhəng təklif paketi!

08.07.2024 | 11:25
Azərbaycanın bir rayonunda torpaqların çıxarışları pulsuz veriləcək

08.07.2024 | 11:24
ABŞ Afrikanın mərkəzində yerləşən strateji bazasını tərk etdi

08.07.2024 | 11:14
“Azərişıq” komandası beynəlxalq yarışda I oldu - Fotolar

08.07.2024 | 11:13
Tanınmış idmançı söküntüdən narazıdır - Rəsmi açıqlama

08.07.2024 | 11:04
Qarabağ universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər

08.07.2024 | 10:59
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”

08.07.2024 | 10:37
“TDT liderlərinin Şuşa görüşünə aqressiv reaksiya verənlər xaos, eskalasiya, anarxiya tərəfdarlarıdır”

08.07.2024 | 10:17
Rusiyada 2 milyon dollar müqabilində təyyarəni Ukraynaya qaçırmaq cəhdinin qarşısı alınıb

08.07.2024 | 10:16
Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat başlayıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031