SABAH qruplarından 1000-dən çox məzun oldu - Video
![Image](https://qafqazinfo.az/uploads/1720156673/mezun.jpg)
İyulun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” tədbiri keçirilib.
“Gununxeberı.az ” xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, 2023–2024-cü tədris ilində 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olur.
Elm və Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsi hazırda 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası və 2 846 tələbəni əhatə edir.
Təhsil TV-nin tədbirdən hazırladığı süjeti təqdim edirik: