"Nobel şousu" Vardanyanı xilas edə bilməz

Image

"Cinayətkar Ruben Vardanyanın "qəhrəmanlaşdırılması" istiqamətində aparılan kampaniya heç bir nəticə verməyəcək. Nəzərə almaq lazımdır ki,  onun Azərbaycanda separatizmi dəstəkləməsi, terrorçu rejimdə təmsil olunması, ölkəmizə hədə-qorxu gəlməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Təkcə Qarabağda törətdiyi cinayətlərin sübutu bəs edir ki, ona onillərlə həbs cəzası verilsin".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat bildirib ki, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək Ermənistan vətəndaşı olan Vardanyanın əsas məqsədi separatçı rejimin rəhbəri olmaq, daha sonra Ermənistanda ali vəzifə tutmaq idi: "Bu çirkin məqsədi onu qondarma Dağlıq Qarabağ rejiminin "dövlət naziri" vəzifəsinə qədər gətirib çıxarmışdı. 2022-ci  ildə isə bu "vəzifə"sindən kənarlaşdırıldı. Ruben Vardanyan ötən ilin sentyabrın 27-də Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunub. Onun cinayətkarlıq fəaliyyəti  sübut olunarsa, ən azı 30 ilədək həbs cəzası ala bilər".
Deputat qeyd edib ki, bu cinayətkar şəxs təkcə Azərbaycanda deyil, Ukraynada da separatizmə dəstək verib: "Ona görə Ukrayna tərəfindən sanksiyalara məruz qalıb. Ukraynalı deputatlar Vardanyanın "Nobel sülh mükafatı"na namizəd kimi göstərilməsi ilə bağlı Nobel Komitəsinə etiraz məktubu da göndəriblər. Ümumiyyətlə, Vardanyanın "Nobel sülh mükafatı"na namizəd göstərilməsi heç bir çərçivəyə sığmayan, absurd məsələdir. Separatizmə dəstək verən cinayətkar necə olur ki, siyasi məhbus kimi gündəmə gətirilir?! Hansı məntiqlə CNN kimi telekanallar Vardanyanı "qəhrəman" kimi təqdim edirlər?! Aydındır ki, bununla bağlı ortada "pul mübadiləsi" gedir, sifarişlər götürülür".
Arzu Nağıyev vurğulayıb ki, hələ Qarabağda olarkən özünün qəhrəman obrazını yaratmaq üçün kampaniya təşkil edən Vardanyan o dövrdə olduğu kimi, yenə də uğursuzluğa düçar olacaq. Onun guya aclıq aksiyasına başlaması, ailə üzvlərinin CNN kimi platformalarda danışdıqları çox keçmədən ifşa olunacaq. Ona görə də bu cinayətkarın müdafiəsinə qalxan ABŞ mediası və PR şirkətləri Vardanyanın düzüb-qoşduğu şounun qurbanı olmamaq üçün düşünməli və cinayətkara uyğun qərar verməlidirlər. Cinayətkar milyarderin puluna görə siyasi əqidəyə xəyanət etmək heç bir məntiqə sığmır".
Deputat sonda bildirib ki, Vardanyanın qəhrəmanlaşdırılması ilə bağlı aparılan təbliğatın sistemli və ardıcıl olması PR kampaniyasının konkret maraqlara xidmət etdiyini sübut edir. Vardanyanın çox uğursuz siyasətçi olduğunu nəzərə aldıqda isə məsələnin kökündə birbaşa pul faktorunun dayandığı bir daha aydınlaşır. Odur ki, gec və ya tez öz layiqli cəzasını alacaq bir cinayətkara görə, hansısa canfəşanlıq etməyə dəyməz. Ümid edək ki, ABŞ-nin şirkət və media qurumları bunu vaxtında başa düşəcək".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan" 








XƏBƏR LENTİ

10.05.2024 | 17:10
TÜRKPA-nın komissiya iclasında

10.05.2024 | 16:46
Prezident Xankəndi-Şuşa-Laçın yolunda görülən işlərlə tanış oldu

10.05.2024 | 16:42
FHN-də Heydər Əliyevə həsr olunmuş tədbir - Video

10.05.2024 | 16:38
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü

10.05.2024 | 16:35
Спикер Милли Меджлиса Сагиба Гафарова встретилась с послом Швейцарской Конфедерации в нашей стране

10.05.2024 | 16:31
Speaker of Milli Majlis Sahiba Gafarova Receives Ambassador of Swiss Confederation in Our Country

10.05.2024 | 16:25
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri ilə görüşüb

10.05.2024 | 16:13
İlham Əliyev tunel açılışında - Fotolar

10.05.2024 | 16:11
Prezidentlə xanımı Şuşada - Yenilənir - Foto

10.05.2024 | 16:08
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Şirin su hamamının bərpadan sonra açılışında iştirak ediblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayı

10.05.2024 | 16:06
“Məqsədimiz hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir”

10.05.2024 | 16:04
Heydər Əliyevin ildönümünə həsr olunmuş ağacəkmə mərasimi olub - Fotolar

10.05.2024 | 16:03
QHT-lər ilk dəfə Afrikada ağacəkmə aksiyasında - Fotolar

10.05.2024 | 15:17
YAP Sabunçu rayon təşkilatı Ulu Öndərlə bağlı tədbir keçirdi - FOTOLAR

10.05.2024 | 15:13
Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır - Səfir

10.05.2024 | 15:11
Azərbaycanda prorektorun qətlini sifariş edən rektora HÖKM OXUNDU

10.05.2024 | 15:10
Prezidentlə xanımı Şuşada təməlqoyma mərasimində iştirak etdi

10.05.2024 | 14:53
Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım

10.05.2024 | 14:51
Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib

10.05.2024 | 14:37
Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır

10.05.2024 | 14:32
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib

10.05.2024 | 14:13
Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10.05.2024 | 13:41
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib

10.05.2024 | 13:30
Ümummilli lider Heydər Əliyev – 101

10.05.2024 | 13:18
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirilb -Fotolar

10.05.2024 | 13:05
Deputatlar Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

10.05.2024 | 13:01
Milli Kitabxanada "Heydər Əliyev" adlı virtual və "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTOLAR

10.05.2024 | 13:00
Milli Kitabxanada “Ümummilli Lider Heydər Əliyev” adlı virtual və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

10.05.2024 | 12:48
QDİƏTPA Baş Assambleyasının 63-cü plenar iclasında

10.05.2024 | 12:44
«Evrascon» şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK

10.05.2024 | 12:36
Rəsmilər Heydər Əliyevi yad edir - Fotolar- Yenilənib

10.05.2024 | 12:28
“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

10.05.2024 | 12:22
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

10.05.2024 | 12:15
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

10.05.2024 | 11:42
YAP-dan parlament seçkiləri ilə bağlı - Açıqlama

10.05.2024 | 10:13
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar

10.05.2024 | 10:10
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

10.05.2024 | 10:06
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

10.05.2024 | 10:04
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”

10.05.2024 | 10:03
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031