FHN-də Heydər Əliyevə həsr olunmuş tədbir - Video

Image

Mayın 10-da Fövqəladə Hallar Nazirliyində müasir, müstəqil Azərbaycanın qurucusu, xalqımızın xilaskar oğlu, bütün dövrlərin ən böyük azərbaycanlısı ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

“Gununxeberi.az "Qafqazinfo”-a istinadən  xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və FHN-in əməkdaşları iştirak ediblər.

General-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıb.

Nazir qeyd edib ki, böyük şəxsiyyət və əvəzedilməz insan Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı istər respublikamızda, istərsə də ölkəmizdən kənarda keçirilən möhtəşəm silsilə tədbirlər bütün dünya azərbaycanlılarının Dahi Rəhbərinə necə dərin və sonsuz məhəbbət hissi bəslədiyini parlaq şəkildə təcəssüm etdirir.

K.Heydərov bildirib ki, hələ sovetlər dövründə respublikaya rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi yolunda mühüm addımlar ataraq, bugünkü müstəqilliyimizin ilkin təməllərini yaradıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən xaos, anarxiya fonunda yenicə əldə etdiyimiz müstəqilliyin itirilməsi, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalanda xalq öz Xilaskarına müraciət etdi. Xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin həmin dövrdəki fəaliyyəti, sözün əsl mənasında, siyasi ustalıq, dərin zəka, müdriklik, fədakarlıq və vətənpərvərlik nümunəsidir. Müdrik uzaqgörənliyə, böyük siyasi və idarəçilik qabiliyyətinə, bənzərsiz təşkilatçılıq bacarığına, ən əsası, sonsuz Vətən sevgisinə malik Dahi Rəhbər xarici təhdidlər, hərbi təcavüz, daxili qarşıdurmalar, habelə sosial və iqtisadi fəlakət vəziyyətində olan ölkəni faktiki məhv olmaqdan xilas etdi, daxili və xarici qüvvələrin məkrli planlarını iflasa uğratdı. Beləliklə, Azərbaycan öz Dahi Liderinin, böyük oğlunun səyləri nəticəsində tarixin ən çətin sınaqlarından şərəflə çıxaraq tərəqqi yolu ilə irəlilədi, dünya xəritəsində layiqli yerini tutaraq müstəqilliyini əbədi və dönməz etdi.

Xalqımız xoşbəxtdir ki, Azərbaycanın hərtərəfli, müstəqil və davamlı inkişafı məqsədini daşıyan Heydər Əliyev siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir. Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində tarixinin ən qüdrətli dövrünü yaşayan müasir müstəqil, qalib Azərbaycan bütün sahələrdə əldə etdiyi uğurları ilə dünyanın diqqətindədir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ildə Qarabağda keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu.  Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm bərpa-quruculuq işləri bütün dünyanı heyran qoyub.

Kəmaləddin Heydərov fəxarət hissilə diqqətə çatdırıb ki, bu gün həm də Heydər Əliyev Fondunun 20 illik yubileyidir. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu özünün 20 illik fəaliyyəti dövründə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, sosial və digər sahələrdə, xalqımızın mənəvi irsinin qorunması və təbliği, ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması və digər istiqamətlərdə böyük işlər görüb. Fondun vətəndaşların hər bir müraciətinə həssas yanaşması insanlara yüksək səviyyəli diqqət və qayğının bariz nümunəsi kimi cəmiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Həyata keçirilən layihələrin hamısı müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməklə yanaşı, xalqa və dövlətə xidmət prinsipinə söykənir.

K. Heydərov əminliklə söyləyib ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.













XƏBƏR LENTİ

20.05.2024 | 22:33
“Çoxları övladlarının hərbi xidmətdən yayınması üçün Ermənistandan gedib”

20.05.2024 | 22:28
BMT-nin Baş katibi Antonio Quterreş İran İslam Respublikasına başsağlığı verib.

20.05.2024 | 22:24
İlham Əliyev Ərdoğanla danışdı

20.05.2024 | 22:18
Türkiyədə 1 günlük matəm elan edildi

20.05.2024 | 22:14
“YAŞAT” daha bir qazimizə dəstək oldu - Video

20.05.2024 | 22:06
Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır

20.05.2024 | 20:52
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib

20.05.2024 | 19:12
Rəisinin qəzaya uğramış helikopteri heç bir fövqəladə siqnal verməyib - Nazir

20.05.2024 | 19:10
Media nümayəndələri Zəngilanda "Ağalı" hoteldə olublar (FOTO)

20.05.2024 | 19:02
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

20.05.2024 | 18:56
Mayın 20-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası parlamentinin sədri Daiga Mierina ilə Milli Məclisdə mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarına cavab verən Latviya parlamentinin sədri ölkəmizə səfəri çərçivəsində Prezident

20.05.2024 | 18:53
Milli Məclisdə mətbuat konfransı

20.05.2024 | 18:39
Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikası Seyminin sədri ilə görüşüb

20.05.2024 | 18:25
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:19
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:10
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib

20.05.2024 | 18:01
Müvəqqəti İran prezidentindən ilk açıqlama

20.05.2024 | 17:52
“Elektroenergetika haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:48
“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik Məhkəmə-Hüquq Şurasına ötürülüb - FƏRMAN

20.05.2024 | 17:43
Dövlət orqanlarında normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bir sıra məsələlərin tənzimlənməsində dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:34
Ədliyyə Nazirliyinin məhkəmələrlə bağlı bir çox səlahiyyəti Məhkəmə-Hüquq Şurasına həvalə edilib

20.05.2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:15
Cavanşir körpüsünün söküntüsünə başlanıldı - YENİLƏNİB

20.05.2024 | 17:13
Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

20.05.2024 | 17:11
İlham Əliyevdən müddətli həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM

20.05.2024 | 17:08
"Kişilər ayrılanda maaşlarını dəqiq göstərmirlər" - Komitə sədri

20.05.2024 | 17:06
"Kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz" - Deputat

20.05.2024 | 17:04
"İcra hakimiyyətlərinin müavinləri deyiləndə çox narahat oluram" - Sədr müavini

20.05.2024 | 17:01
Prezident onu Qarabağ Universitetinə rektor TƏYİN ETDİ - FOTO

20.05.2024 | 16:57
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN

20.05.2024 | 16:54
Bu küçədə hərəkət məhdudlaşdırılacaq

20.05.2024 | 16:52
Zakir Həsənov da başsağlığı verdi

20.05.2024 | 16:48
"Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"

20.05.2024 | 16:46
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.05.2024 | 16:46
Qəzadan sonra bir saat sağ qalan kim olub…

20.05.2024 | 16:44
Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

20.05.2024 | 16:41
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 16:29
Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə etdi

20.05.2024 | 16:27
Nikah yaşının 1 il azadılması qaydası LƏĞV EDİLSİN!

20.05.2024 | 16:26
Azərbaycanda qadın hərbçilərin sayı açıqlandı

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031