Heydər Əliyevin ildönümünə həsr olunmuş ağacəkmə mərasimi olub - Fotolar
Bu gün Elm və Təhsil Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimində iştirak edib.
“Gununxeberi.az ” xəbər verir ki, mərasimdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.
Qeyd edək ki, mərasimdə 100-ə yaxın ağac əkilib.
Ağacəkmə mərasimi çərçivəsində, həmçinin Elm və Təhsil Nazirliyinin 7 nəfər əməkdaşının Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsi dəstəklənib.