Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır

Image

    Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin   adı ilə bağlıdır      

“Lider öz xalqını olduğu yerdən istədiyi yerə yüksəltməyi bacaran qüdrətli tarixi simadır. O, artıq mövcud olan yolla getmir, yeni yollar salaraq tarix yaradır və bu tarixdə silinməz izlər qoyur. Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar.  Müstəqil dövlətimizin ən müasir tarixi də məhz  belə Liderin adı ilə bağlıdır.  Dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun rəhbərliyi ilə  yazılıb. Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir.. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.  Ulu Öndər Heydər Əliyev uğurlu dövlət quruculuğu prosesinin əsasını qoydu.  Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu. Ümummilli Lider siyasi və iqtisadi islahatların vəhdətini təmin etdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu saziş Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, “Əsrin müqaviləsi” ilə qoyulan   təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır. Bu əminlik də ifadə edilmişdir ki,   XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq. 

   1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük nüfuza  malik oldu.”

   Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

    Əliabbas Salahzadə qeyd edib ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir: “Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir. Ümummilli Lider azərbaycançılıq ideologiyasının əsasını qoydu. O, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir amal ətrafında sıx birləşməyə çağırdı və uğurlu addımları ilə bu birliyə, həmrəyliyə nail oldu. Xarici siyasətimizin əsas məsələsi olan və artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı  həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərdi. Ümummilli Lider dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi.   Ulu Öndər xarici ölkələrə  səfərləri zamanı Qarabağ münaqişə nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın  vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin dövlət   başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyuldu.”

     Millət vəkili vurğulayıb ki, müasir müstəqil Azərbaycanın Ulu Öndərin şah əsəri kimi tanınması və nüfuz qazanması dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsidir: “Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu, bütün sahələrdə uğurlu inkişafını təmin etdi, gələcəyi üçün möhkəm təməl yaratdı. Hansı sahəyə baxsaq davamlı uğurların şahidi olarıq. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.  Ulu Öndər xilaskarlıq missiyasını həmin dövrdə də həyata keçirdi. Belə ki,  1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və  kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ümummilli Liderin  rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı.”

  Əliabbas Salahzadə bildirib ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə gördüyü işlər, atdığı addımlar bugünkü uğurlarımızın əsası oldu: “2003-cü ildə xalqa tarixi müraciəti ilə yenidən qurduğu Azərbaycanın gələcəyini təmin etdi. Cənab İlham Əliyevin Onun axıra çatdıra bilmədiyi işləri axıra çatdıracağına inamını ifadə etdi. 2003-cü ildən başlanan Böyük Yolun uğurlu davamı nəticəsində Azərbaycan 30 illik işğala son qoydu, tarixi Zəfəri ilə dünyaya səs saldı. Ümummilli Liderin möhkəm təməlini yaratdığı Azərbaycan Ordusu  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndi, qüdrətləndi, qələbəyə hazırlandı. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz bunun təsdiqi oldu. Bundan üç il sonra, 2023-cü ilin aprelində ərazi bütövlüyümüz, sentyabr ayında isə suverenliyimiz tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın dalğalanması milli qürurumuz, kimliyimizdir. Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin arzusunu reallığa çevirdi.”

    Millət vəkili qeyd edib ki, 1993-cü ildən başlanan inkişaf yolunun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür: “Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bugünkü uğurlarımız yalnız və yalnız xəyal olardı. Azərbaycanın bu günü üçün Ulu Öndər Heydər Əliyevə borcluyuq. Cənab İlham Əliyev Azərbaycanı möhkəm təməl üzərində Zəfərlərə aparır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurları, qələbələri bu yolun təməlində dayanıb.”

Əliabbas Salahzadə, eyni zamanda, diqqəti Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun 20 illik fəaliyyətinə yönədərək bildirib ki, Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın inkişafına davamlı töhfələri ilə diqqətdədir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu oldu. Heydər Əliyev Fondu sübut etdi ki, əgər istək,  iradə və   xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. 

 

Gununxeberi.az 







XƏBƏR LENTİ

20.05.2024 | 22:33
“Çoxları övladlarının hərbi xidmətdən yayınması üçün Ermənistandan gedib”

20.05.2024 | 22:28
BMT-nin Baş katibi Antonio Quterreş İran İslam Respublikasına başsağlığı verib.

20.05.2024 | 22:24
İlham Əliyev Ərdoğanla danışdı

20.05.2024 | 22:18
Türkiyədə 1 günlük matəm elan edildi

20.05.2024 | 22:14
“YAŞAT” daha bir qazimizə dəstək oldu - Video

20.05.2024 | 22:06
Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır

20.05.2024 | 20:52
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib

20.05.2024 | 19:12
Rəisinin qəzaya uğramış helikopteri heç bir fövqəladə siqnal verməyib - Nazir

20.05.2024 | 19:10
Media nümayəndələri Zəngilanda "Ağalı" hoteldə olublar (FOTO)

20.05.2024 | 19:02
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

20.05.2024 | 18:56
Mayın 20-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası parlamentinin sədri Daiga Mierina ilə Milli Məclisdə mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarına cavab verən Latviya parlamentinin sədri ölkəmizə səfəri çərçivəsində Prezident

20.05.2024 | 18:53
Milli Məclisdə mətbuat konfransı

20.05.2024 | 18:39
Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikası Seyminin sədri ilə görüşüb

20.05.2024 | 18:25
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:19
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:10
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib

20.05.2024 | 18:01
Müvəqqəti İran prezidentindən ilk açıqlama

20.05.2024 | 17:52
“Elektroenergetika haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:48
“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik Məhkəmə-Hüquq Şurasına ötürülüb - FƏRMAN

20.05.2024 | 17:43
Dövlət orqanlarında normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bir sıra məsələlərin tənzimlənməsində dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:34
Ədliyyə Nazirliyinin məhkəmələrlə bağlı bir çox səlahiyyəti Məhkəmə-Hüquq Şurasına həvalə edilib

20.05.2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:15
Cavanşir körpüsünün söküntüsünə başlanıldı - YENİLƏNİB

20.05.2024 | 17:13
Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

20.05.2024 | 17:11
İlham Əliyevdən müddətli həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM

20.05.2024 | 17:08
"Kişilər ayrılanda maaşlarını dəqiq göstərmirlər" - Komitə sədri

20.05.2024 | 17:06
"Kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz" - Deputat

20.05.2024 | 17:04
"İcra hakimiyyətlərinin müavinləri deyiləndə çox narahat oluram" - Sədr müavini

20.05.2024 | 17:01
Prezident onu Qarabağ Universitetinə rektor TƏYİN ETDİ - FOTO

20.05.2024 | 16:57
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN

20.05.2024 | 16:54
Bu küçədə hərəkət məhdudlaşdırılacaq

20.05.2024 | 16:52
Zakir Həsənov da başsağlığı verdi

20.05.2024 | 16:48
"Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"

20.05.2024 | 16:46
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.05.2024 | 16:46
Qəzadan sonra bir saat sağ qalan kim olub…

20.05.2024 | 16:44
Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

20.05.2024 | 16:41
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 16:29
Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə etdi

20.05.2024 | 16:27
Nikah yaşının 1 il azadılması qaydası LƏĞV EDİLSİN!

20.05.2024 | 16:26
Azərbaycanda qadın hərbçilərin sayı açıqlandı

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031