Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib

Image

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Həştərxan vilayətində qeyd edilib

 

 

Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. 

Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev və Həştərxan vilayətinin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək onun abidəsini ziyarət edib. Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra qonaqlar “Əbədi məşəl” memorialını ziyarət etmişdir. 

Daha sonra nümayəndə heyəti ilə Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin görüşü olub. Görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlığın gündən-günə inkişaf etdiyini, bu münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini vurğulayan Denis Afanasyev əməkdaşlıqların yeni prioritetləri, iqtisadi əlaqələrin daha da şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib. Həştərxan Hökümətinin sədri Həştərxanda çoxsaylı sosial, iqtisadi, mədəni layihələr həyata keçirmiş və bu il 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun həştərxanlıların böyük sevgisini qazandığını xüsusi qeyd etmiş, həyata keçirilmiş bu uğurlu layihələrə görə təşəkkürünü bildirərək Fondun gələcək fəaliyyəti üçün öz xoş arzularını çatdırmışdr.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öz növbəsində səmimi qəbula görə Həştərxan vilayəti Hökümətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksək qiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Nümayəndə heyətinin tərkibində yer alan YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev öz növbəsində Ulu Öndər Heydər Əliyevin xatirəsini daim əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.

Görüş zamanı ötən il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinin Həştərxan vilayətində təntənəli şəkildə qeyd edildiyi vurğulanmış, keçirilmiş tədbirlərdə Həştərxan vilayətinin rəsmi şəxslərinin, Azərbaycandan gəlmiş nümayəndə heyətlərinin və həştərxanlıların fəal iştirak etdiyi, Ümummilli Liderin əziz xatirəsinin vilayətdə böyük sevgi ilə yad edildiyi qeyd edilmişdir. 

Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad edib. Səfər çərçivəsində nümayəndə heyəti yeni tikiləcək məktəb korpusunun layihələndirilmə işləri tanış olmuşlar. 

Daha sonra Həştərxanda yerləşən Azərbaycan İş Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Azərbaycan nümayəndə heyətinin digər üzvləri, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin və Azərbaycan diasporasının üzvləri iştirak etmişdir. Görüşdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bugünki qələbələrimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilərək, bundan sonra da daimi olaraq dövlətimizin və Ulu Öndərin müəyyənləşdirdiyi milli idealogiyamız üçün çalışmağın vacibliyi vurğulanıb, iki ölkə arasında münasibətlərin dərinləşməsinə gənclərimizin böyük töhvələr verdiyi bildirilib. Azərbaycanlı gənclər və diaspora üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev siyasətinə sadiq olduqlarını, onun rəhbərliyi ilə aparılan və hər zaman Azərbaycan dövlətinin maraqlarına xidmət edən uğurlu siyasətinə daim dəstək olduqlarını bildirmişlər. Konfransda Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Heydər Əliyev Fondunun 20 illik yubileyi münasibəti ilə ünvanlanmış təbrikə görə təşəkkür etmiş, Fondun bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasının müxtəlif regionlarında çoxşaxəli fəaliyyətini və həyata keçirdiyi layihələri vurğulamışdır. Həştərxan vilayətinin rəsmiləri isə Heydər Əliyev Fondu tərəfindən vilayətdə həyata keçirilmiş layihələrə görə təşəkkürlərini bildirmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Həştərxan şəhərinə səfərlərini böyük sevgi ilə xatırladıqlarını və yüksək qiymətləndirklərini bildirmişlər.  


Gununxeberi.az 










XƏBƏR LENTİ

20.05.2024 | 22:06
Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır

20.05.2024 | 20:52
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib

20.05.2024 | 19:12
Rəisinin qəzaya uğramış helikopteri heç bir fövqəladə siqnal verməyib - Nazir

20.05.2024 | 19:10
Media nümayəndələri Zəngilanda "Ağalı" hoteldə olublar (FOTO)

20.05.2024 | 19:02
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

20.05.2024 | 18:56
Mayın 20-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası parlamentinin sədri Daiga Mierina ilə Milli Məclisdə mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarına cavab verən Latviya parlamentinin sədri ölkəmizə səfəri çərçivəsində Prezident

20.05.2024 | 18:53
Milli Məclisdə mətbuat konfransı

20.05.2024 | 18:39
Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikası Seyminin sədri ilə görüşüb

20.05.2024 | 18:25
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:19
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:10
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib

20.05.2024 | 18:01
Müvəqqəti İran prezidentindən ilk açıqlama

20.05.2024 | 17:52
“Elektroenergetika haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:48
“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik Məhkəmə-Hüquq Şurasına ötürülüb - FƏRMAN

20.05.2024 | 17:43
Dövlət orqanlarında normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bir sıra məsələlərin tənzimlənməsində dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:34
Ədliyyə Nazirliyinin məhkəmələrlə bağlı bir çox səlahiyyəti Məhkəmə-Hüquq Şurasına həvalə edilib

20.05.2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:15
Cavanşir körpüsünün söküntüsünə başlanıldı - YENİLƏNİB

20.05.2024 | 17:13
Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

20.05.2024 | 17:11
İlham Əliyevdən müddətli həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM

20.05.2024 | 17:08
"Kişilər ayrılanda maaşlarını dəqiq göstərmirlər" - Komitə sədri

20.05.2024 | 17:06
"Kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz" - Deputat

20.05.2024 | 17:04
"İcra hakimiyyətlərinin müavinləri deyiləndə çox narahat oluram" - Sədr müavini

20.05.2024 | 17:01
Prezident onu Qarabağ Universitetinə rektor TƏYİN ETDİ - FOTO

20.05.2024 | 16:57
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN

20.05.2024 | 16:54
Bu küçədə hərəkət məhdudlaşdırılacaq

20.05.2024 | 16:52
Zakir Həsənov da başsağlığı verdi

20.05.2024 | 16:48
"Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"

20.05.2024 | 16:46
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.05.2024 | 16:46
Qəzadan sonra bir saat sağ qalan kim olub…

20.05.2024 | 16:44
Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

20.05.2024 | 16:41
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 16:29
Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə etdi

20.05.2024 | 16:27
Nikah yaşının 1 il azadılması qaydası LƏĞV EDİLSİN!

20.05.2024 | 16:26
Azərbaycanda qadın hərbçilərin sayı açıqlandı

20.05.2024 | 16:24
Ailə münaqişəsi və qısqanclıq zəminində 49 qadın öldürülüb - RƏSMİ

20.05.2024 | 16:22
Ötən il 300-dən artıq qadın cinayətin qurbanı olub

20.05.2024 | 16:21
Azərbaycanda abortların sayı 16 min artıb - Dəhşətli STATİSTİKA

20.05.2024 | 16:19
Xankəndiyə prokuror təyin edilib

20.05.2024 | 16:04
“Lifttəmir”də nöqsanlar aşkarlandı

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031