Milli Kitabxanada “Ümummilli Lider Heydər Əliyev” adlı virtual və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Image

Bu gün Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.

1923-cü il mayın 10-da Naxçıvan şəhərində sadə və zəhmətkeş ailədə dünyaya göz açan, gənc yaşlarından zəkası və fitri istedadı ilə seçilən, təhlükəsizlik orqanlarında çalışmaqla dövlət idarəçiliyi sirlərinə dərindən yiyələnən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”.

Azərbaycan xalqının dövlətçilik tarixində, ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycan Respublikasının dünya birliyində layiqli yerini tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.

Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində Ümummilli Liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi Ulu Öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır.  Bu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşübdür.

1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərimiz on il ərzində əsrlərə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir.

Xalqımızın Ümummilli Liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir.

Ulu Öndərin doğum günü ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyev” adlı virtual “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən dövrü mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər  https://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyevin_dogum_gunu/index.htm   linkindən istifadə edə bilər.

Ənənəvi kitab sərgisində isə Ulu Öndərin həyat yolundan, ictimai, siyasi fəaliyyətindən bəhs edən kitablar, fotoalbomlar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.








XƏBƏR LENTİ

20.05.2024 | 22:33
“Çoxları övladlarının hərbi xidmətdən yayınması üçün Ermənistandan gedib”

20.05.2024 | 22:28
BMT-nin Baş katibi Antonio Quterreş İran İslam Respublikasına başsağlığı verib.

20.05.2024 | 22:24
İlham Əliyev Ərdoğanla danışdı

20.05.2024 | 22:18
Türkiyədə 1 günlük matəm elan edildi

20.05.2024 | 22:14
“YAŞAT” daha bir qazimizə dəstək oldu - Video

20.05.2024 | 22:06
Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır

20.05.2024 | 20:52
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib

20.05.2024 | 19:12
Rəisinin qəzaya uğramış helikopteri heç bir fövqəladə siqnal verməyib - Nazir

20.05.2024 | 19:10
Media nümayəndələri Zəngilanda "Ağalı" hoteldə olublar (FOTO)

20.05.2024 | 19:02
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

20.05.2024 | 18:56
Mayın 20-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası parlamentinin sədri Daiga Mierina ilə Milli Məclisdə mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarına cavab verən Latviya parlamentinin sədri ölkəmizə səfəri çərçivəsində Prezident

20.05.2024 | 18:53
Milli Məclisdə mətbuat konfransı

20.05.2024 | 18:39
Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikası Seyminin sədri ilə görüşüb

20.05.2024 | 18:25
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:19
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:10
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib

20.05.2024 | 18:01
Müvəqqəti İran prezidentindən ilk açıqlama

20.05.2024 | 17:52
“Elektroenergetika haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:48
“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik Məhkəmə-Hüquq Şurasına ötürülüb - FƏRMAN

20.05.2024 | 17:43
Dövlət orqanlarında normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bir sıra məsələlərin tənzimlənməsində dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:34
Ədliyyə Nazirliyinin məhkəmələrlə bağlı bir çox səlahiyyəti Məhkəmə-Hüquq Şurasına həvalə edilib

20.05.2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:15
Cavanşir körpüsünün söküntüsünə başlanıldı - YENİLƏNİB

20.05.2024 | 17:13
Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

20.05.2024 | 17:11
İlham Əliyevdən müddətli həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM

20.05.2024 | 17:08
"Kişilər ayrılanda maaşlarını dəqiq göstərmirlər" - Komitə sədri

20.05.2024 | 17:06
"Kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz" - Deputat

20.05.2024 | 17:04
"İcra hakimiyyətlərinin müavinləri deyiləndə çox narahat oluram" - Sədr müavini

20.05.2024 | 17:01
Prezident onu Qarabağ Universitetinə rektor TƏYİN ETDİ - FOTO

20.05.2024 | 16:57
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN

20.05.2024 | 16:54
Bu küçədə hərəkət məhdudlaşdırılacaq

20.05.2024 | 16:52
Zakir Həsənov da başsağlığı verdi

20.05.2024 | 16:48
"Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"

20.05.2024 | 16:46
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.05.2024 | 16:46
Qəzadan sonra bir saat sağ qalan kim olub…

20.05.2024 | 16:44
Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

20.05.2024 | 16:41
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 16:29
Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə etdi

20.05.2024 | 16:27
Nikah yaşının 1 il azadılması qaydası LƏĞV EDİLSİN!

20.05.2024 | 16:26
Azərbaycanda qadın hərbçilərin sayı açıqlandı

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031