Dövlət Departamentinin hesabatında "erməni barmağı"

Image

BŞ bu cür "sənəd"lərdən müxtəlif ölkələrə təzyiq aləti kimi istifadə edir

 

"ABŞ Dövlət Departamenti hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən qərəzli münasibətini davam etdirir. 2023-cü il üzrə insan haqlarına dair hesabat ölkəmizdəki reallığı əks etdirmir, əksinə, ortada çox ciddi qərəz, Azərbaycanın demokratik inkişaf yoluna atılan böhtan var".
Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, həmişə olduğu kimi, bu hesabatda da "erməni barmağı"nın olduğu görünür. Əlbəttə, bütün bunların nədən qaynaqlandığını artıq hər kəs bilir. Səbəblər müxtəlifdir, hər ölkəyə yanaşma fərqlidir və xüsusən də bunda siyasi məqamlar üstünlük təşkil edəndə ABŞ bu cür hesabatları hazırlayarkən reallığı bir kənara qoyaraq bundan ölkələrə təzyiq aləti kimi istifadə edir.
A.Hüseynov qeyd edib ki, Amerikanın oxşar hadisələrə fərqli standartlar tətbiq etməsi yeni deyil, ikili standartlar həmişə göz qabağında olub: "ABŞ-də insan haqları bütün mənalarda ayaqlar altındadır, zorakılıq baş alıb gedir, mitinqlərdə ən qəddar üsullardan istifadə olunmaqla etiraz edənlər "zərərsiz"ləşdirilir. Amma hesabatlar hazırlanarkən bütün bunlar unudulur, demokratik ölkə adı başdan yazılır. Hesabatın Azərbaycana aid hissəsində 2023-cü il sentyabrın 19-20-də Qarabağda nəzarəti tam ələ keçirmək üçün antiterror tədbirlərindən bəhs edilir. Bəli, Azərbaycan bu tədbiri öz suveren ərazilərində separatçılara, azərbaycanlıları 30 il ərzində terrorla təhdid edən, öz evinə, yurduna getməsinə imkan verməyən, ərazilərimizdə soyqırımı törədən, dini, milli ayrı-seçkilik salan terrorçulara qarşı keçirib".
Deputat vurğulayıb ki, müxtəlif vaxtlarda bəzi təxribatçı təşkilatların Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi, sosial, hüquqi islahatlara kölgə salmağa hesablanmış qərəzli hesabatları olub. İstər ABŞ Dövlət Departamenti, istərsə də digər təşkilatlar belə hesabatlar hazırlamaqla özlərini nüfuzdan salırlar. Bu, onlara olan inamı kəskin şəkildə azaldıb. Çünki ədalət prinsipinin pozulduğu yerdə səmimiyyətdən, obyektivlikdən və hörmətdən danışmaq mümkün deyil. Bütün bunlar ölkəmizdə həyata keçirilən sistemli, davamlı islahatlar nəticəsində əldə olunmuş mühüm uğurlara təsir edə bilməz.
A.Hüseynov bildirib ki, ABŞ özünü arbitr rolunda görürsə, öz ölkəsində insan haqları sahəsində vəziyyətə dair könüllü və açıq şəkildə hesabatla çıxış etməlidir. "ABŞ-də rasizm, islamofobiya, miqrantların hüquqlarının pozulması, həbsxanalarda dözülməz şərait və digər məsələlər barədə faktlar kifayət qədər çoxdur. Əgər Dövlət Departamenti obyektivlik nümayiş etdirmək istəyirsə, bunları da hesabata daxil etsin. Amma bunu etmir. Çünki ifşa oluna bilər. Amerikada keçirilən etiraz aksiyalarının qarşısını alan zaman polisin törətdiyi vəhşiliklər barədə çoxsaylı sübutlar var. Heç bir təhlükə törətməyən qaradərilinin öldürülməsindən sonra ona atəş açan polisin məsuliyyətdən yayınma hallarına da bu ölkədə rast gəlinir", - deyə müsahibimiz əlavə edib.
Deputat qeyd edib ki, hesabatda ölkəmizdəki insan haqları ilə bağlı vəziyyət subyektiv mülahizələrə, ermənipərəst mövqelərə əsaslandığından buradakı iddialar qərəzdən başqa bir şey deyil.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"








XƏBƏR LENTİ

10.05.2024 | 14:13
Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10.05.2024 | 13:41
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib

10.05.2024 | 13:30
Ümummilli lider Heydər Əliyev – 101

10.05.2024 | 13:18
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirilb -Fotolar

10.05.2024 | 13:05
Deputatlar Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

10.05.2024 | 13:01
Milli Kitabxanada "Heydər Əliyev" adlı virtual və "Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev" adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTOLAR

10.05.2024 | 13:00
Milli Kitabxanada “Ümummilli Lider Heydər Əliyev” adlı virtual və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

10.05.2024 | 12:48
QDİƏTPA Baş Assambleyasının 63-cü plenar iclasında

10.05.2024 | 12:44
«Evrascon» şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK

10.05.2024 | 12:36
Rəsmilər Heydər Əliyevi yad edir - Fotolar- Yenilənib

10.05.2024 | 12:28
“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

10.05.2024 | 12:22
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

10.05.2024 | 12:15
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

10.05.2024 | 11:42
YAP-dan parlament seçkiləri ilə bağlı - Açıqlama

10.05.2024 | 10:13
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar

10.05.2024 | 10:10
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

10.05.2024 | 10:06
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

10.05.2024 | 10:04
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”

10.05.2024 | 10:03
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi

10.05.2024 | 09:46
Azərbaycan – Slovakiya əlaqələrinin yeni mərhələsi

10.05.2024 | 09:44
Müstəqil siyasət aparan iki ölkə

10.05.2024 | 09:40
Azərbaycanın davam edən uğurlu xarici siyasəti

10.05.2024 | 09:37
Genişlənən əməkdaşlıq, əməkdaşlıqdan strateji tərəfdaşlığa gedən yol

10.05.2024 | 09:35
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

10.05.2024 | 09:32
“AzerGold” QSC-nin yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

10.05.2024 | 01:41
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür (VİDEO)

10.05.2024 | 01:39
Bu gün Azərbaycanın ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə N

10.05.2024 | 00:06
Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir

09.05.2024 | 23:54
Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir

09.05.2024 | 23:51
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar

09.05.2024 | 23:39
Azərbaycan-Bolqarıstan əlaqələri yükləsən inkişaf dinamikasında təzahür etməkdədir

09.05.2024 | 23:32
Azərbaycan və Bolqarıstan münasibətləri

09.05.2024 | 23:27
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar

09.05.2024 | 23:25
Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir

09.05.2024 | 23:21
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar

09.05.2024 | 22:47
Əbdülhüseyn Abdullayev: Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları uğurla həyata keçirilir

09.05.2024 | 22:08
bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.

09.05.2024 | 21:47
Aygün Kazımovanın 3 min manatlıq tərzi- FOTOLAR

09.05.2024 | 21:45
"Elit star" Cəmilənin fərqli tərzi diqqət çəkdi- FOTOLAR

09.05.2024 | 21:43
ARB TV-nin aparıcısı Aynur Bağırovaya ağır itki üz verib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031