Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Image

Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

      Məlumdur ki, Müstəqil siyasət yürüdən Azərbaycanın bir çox dünya dövlətləri ilə qurduğu münasibətlər qarşılıqlı etimada əsaslanır. Müasir dünyamızda bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır.

      Yeri gəlmişkən, Azərbaycan-Slovakiya münasibətləri əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Hər iki dövlət arasında əlaqələr hazırda sürətlə inkişaf etməkdədir. 2021-ci ilin oktyabrında iki ölkə arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” imzalanmış saziş iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.

      Qeyd edək ki, mayın 7-də Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Baş nazir Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Həmçinin iki ölkənin müvafiq nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq sahəsində memorandum və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

      Cari ilin may ayının 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri bütün bu əlaqələrin dinamik inkişafına əsaslanır. Səfər çərçivəsində Slovakiya-Azərbaycan əlaqələrinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açıldığını diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir: “Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir”.

      Ölkə Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulayaraq qeyd etmişdir: “İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir”.

       Ən əsası, Azərbaycan-Slovakiya əlaqələri artıq strateji əməkdaşlıq mərhələsinə yüksəlib. Dövlətlərarası münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır. Əminliklə demək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.

    Mətləb Hüseynov,

 

YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri

 

 

 








XƏBƏR LENTİ

20.05.2024 | 19:12
Rəisinin qəzaya uğramış helikopteri heç bir fövqəladə siqnal verməyib - Nazir

20.05.2024 | 19:10
Media nümayəndələri Zəngilanda "Ağalı" hoteldə olublar (FOTO)

20.05.2024 | 19:02
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

20.05.2024 | 18:56
Mayın 20-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası parlamentinin sədri Daiga Mierina ilə Milli Məclisdə mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarına cavab verən Latviya parlamentinin sədri ölkəmizə səfəri çərçivəsində Prezident

20.05.2024 | 18:53
Milli Məclisdə mətbuat konfransı

20.05.2024 | 18:39
Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikası Seyminin sədri ilə görüşüb

20.05.2024 | 18:25
May ayının 20-də saat 12:00-da Binə Atçılıq Mərkəzində media nümayəndələrinin iştirakı ilə Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:19
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:10
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib

20.05.2024 | 18:01
Müvəqqəti İran prezidentindən ilk açıqlama

20.05.2024 | 17:52
“Elektroenergetika haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:48
“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik Məhkəmə-Hüquq Şurasına ötürülüb - FƏRMAN

20.05.2024 | 17:43
Dövlət orqanlarında normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bir sıra məsələlərin tənzimlənməsində dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:34
Ədliyyə Nazirliyinin məhkəmələrlə bağlı bir çox səlahiyyəti Məhkəmə-Hüquq Şurasına həvalə edilib

20.05.2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:15
Cavanşir körpüsünün söküntüsünə başlanıldı - YENİLƏNİB

20.05.2024 | 17:13
Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

20.05.2024 | 17:11
İlham Əliyevdən müddətli həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM

20.05.2024 | 17:08
"Kişilər ayrılanda maaşlarını dəqiq göstərmirlər" - Komitə sədri

20.05.2024 | 17:06
"Kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz" - Deputat

20.05.2024 | 17:04
"İcra hakimiyyətlərinin müavinləri deyiləndə çox narahat oluram" - Sədr müavini

20.05.2024 | 17:01
Prezident onu Qarabağ Universitetinə rektor TƏYİN ETDİ - FOTO

20.05.2024 | 16:57
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN

20.05.2024 | 16:54
Bu küçədə hərəkət məhdudlaşdırılacaq

20.05.2024 | 16:52
Zakir Həsənov da başsağlığı verdi

20.05.2024 | 16:48
"Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"

20.05.2024 | 16:46
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.05.2024 | 16:46
Qəzadan sonra bir saat sağ qalan kim olub…

20.05.2024 | 16:44
Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

20.05.2024 | 16:41
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 16:29
Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə etdi

20.05.2024 | 16:27
Nikah yaşının 1 il azadılması qaydası LƏĞV EDİLSİN!

20.05.2024 | 16:26
Azərbaycanda qadın hərbçilərin sayı açıqlandı

20.05.2024 | 16:24
Ailə münaqişəsi və qısqanclıq zəminində 49 qadın öldürülüb - RƏSMİ

20.05.2024 | 16:22
Ötən il 300-dən artıq qadın cinayətin qurbanı olub

20.05.2024 | 16:21
Azərbaycanda abortların sayı 16 min artıb - Dəhşətli STATİSTİKA

20.05.2024 | 16:19
Xankəndiyə prokuror təyin edilib

20.05.2024 | 16:04
“Lifttəmir”də nöqsanlar aşkarlandı

20.05.2024 | 16:02
“Əbədi Birlik” GİB-nin sədri Şahin Əliyev Zorlu Töre’nin qonağı olub

20.05.2024 | 15:22
Parlament sədri: Latviya Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında maraqlıdır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031