Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar

Image

Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar

                                                                                             

      Uzun illərdir ki, Azərbaycan dövləti digər ölkələrlə siyasi və iqtisadi tərəfdaşlıq etmişdir. Ölkələr arasında əlaqələrin möhkəmlənməsi ilə bağlı bu günlərdə   Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf etmişdir. Bolqarıstan Prezidentinin bu dəfəki səfəri bunun növbəti təzahürüdür.

           Artıq bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmiş və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına təchiz edilməsi, müqayisə üçün demək olar ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr olmuşdur. Bu da onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən inanılmaz dərəcədə 50 faiz artmasının və inkişaf etməsinin göstəricisidir.

Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilməkdədir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaqdır. Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız getdikcə konkret nəticələrlə nəticələnir. Beləliklə, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etmək və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük və görəcəyik.

        Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də Mərkəzi və şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olmuş və müsbət nəticələrlə başa çatmışdır. Hər zaman olduğu kimi bu ildə hər iki ölkə arasında əlaqələr sürətlə və uğurla inkişaf edir. May ayının 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfər etmişdir. Bolqarıstan Prezidentinin bu səfəri ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində və inkişafında mühüm rol oynayacaqdır.Bolqarıstan Prezidentinin ölkəmizə səfəri ilə əlaqədar cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanətə əsasən, hazırda Azərbaycan ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında bəyannamə irəli sürmüşdür.

         Azərbaycan Respublikaqsının Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Radevə önəmli istiqamətlərdən biri olan nəqliyyatla bağlı məlumat vermişdir. Prezident qeyd etdi ki, Azərbaycanın  sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaqdır. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcəkdir.

         Beləliklə, qeyd etmək olar ki, artıq bugünkü səfərin nəticələri haqqında danışmaq   yerinə düşər. Nəticələrdən biri odur ki, strateji tərəfdaşlığımızın artıq gücləndirilmiş versiyası rəsmən qəbul edilmiş və təsdiqlənmişdir. Bütün qeyd etdiyi kimi bir neçə başqa məsələ ilə bağlı da  fikir ayrılığı öz töhfəsini verdi. Rəhbərlərin əsas məqsədi ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdən ibarət idi.

          Azərbaycan ilə Bolqarıstan münasibətləri qarşılıqlı hörmət və etimad əsasında formalaşaraq strateji tərəfdaşlıq münasibətlərinə zəmin yaratmışdır. Qeyd edək ki, Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə çox yüksək səviyyədə həyata keçmişdir. Bu gün ölkələrimiz arası əməkdaşlığımız siyasi , iqtisadi, mədəni , humanitar sahələri əhatə etməklə çoxşaxəli inkişaf etmişdir. Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlər haqqında demişdir:”Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. Biz nisbətən yaxın vaxtda müvafiq bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir”. Bolqarıstan Prezidenti Rumen Radevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı strateji tərəfdaşdır, dostdur.

         Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Beləliklə , bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin yaradılacaqdır. Artıq Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcəkdir. 

Həsənova Almara,

 Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi

           

                                                               

 

        








XƏBƏR LENTİ

20.05.2024 | 18:25
May ayının 20-də saat 12:00-da Binə Atçılıq Mərkəzində media nümayəndələrinin iştirakı ilə Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:19
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:10
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib

20.05.2024 | 18:01
Müvəqqəti İran prezidentindən ilk açıqlama

20.05.2024 | 17:52
“Elektroenergetika haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:48
“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik Məhkəmə-Hüquq Şurasına ötürülüb - FƏRMAN

20.05.2024 | 17:43
Dövlət orqanlarında normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bir sıra məsələlərin tənzimlənməsində dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:34
Ədliyyə Nazirliyinin məhkəmələrlə bağlı bir çox səlahiyyəti Məhkəmə-Hüquq Şurasına həvalə edilib

20.05.2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:15
Cavanşir körpüsünün söküntüsünə başlanıldı - YENİLƏNİB

20.05.2024 | 17:13
Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

20.05.2024 | 17:11
İlham Əliyevdən müddətli həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM

20.05.2024 | 17:08
"Kişilər ayrılanda maaşlarını dəqiq göstərmirlər" - Komitə sədri

20.05.2024 | 17:06
"Kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz" - Deputat

20.05.2024 | 17:04
"İcra hakimiyyətlərinin müavinləri deyiləndə çox narahat oluram" - Sədr müavini

20.05.2024 | 17:01
Prezident onu Qarabağ Universitetinə rektor TƏYİN ETDİ - FOTO

20.05.2024 | 16:57
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN

20.05.2024 | 16:54
Bu küçədə hərəkət məhdudlaşdırılacaq

20.05.2024 | 16:52
Zakir Həsənov da başsağlığı verdi

20.05.2024 | 16:48
"Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"

20.05.2024 | 16:46
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.05.2024 | 16:46
Qəzadan sonra bir saat sağ qalan kim olub…

20.05.2024 | 16:44
Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

20.05.2024 | 16:41
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 16:29
Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə etdi

20.05.2024 | 16:27
Nikah yaşının 1 il azadılması qaydası LƏĞV EDİLSİN!

20.05.2024 | 16:26
Azərbaycanda qadın hərbçilərin sayı açıqlandı

20.05.2024 | 16:24
Ailə münaqişəsi və qısqanclıq zəminində 49 qadın öldürülüb - RƏSMİ

20.05.2024 | 16:22
Ötən il 300-dən artıq qadın cinayətin qurbanı olub

20.05.2024 | 16:21
Azərbaycanda abortların sayı 16 min artıb - Dəhşətli STATİSTİKA

20.05.2024 | 16:19
Xankəndiyə prokuror təyin edilib

20.05.2024 | 16:04
“Lifttəmir”də nöqsanlar aşkarlandı

20.05.2024 | 16:02
“Əbədi Birlik” GİB-nin sədri Şahin Əliyev Zorlu Töre’nin qonağı olub

20.05.2024 | 15:22
Parlament sədri: Latviya Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında maraqlıdır

20.05.2024 | 15:11
Dayqa Mierinya: Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır

20.05.2024 | 14:27
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 13:32
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 13:14
ARAF-ın baş katibi: Milli cins atlarımızın qiymətində artım müşahidə olunub

20.05.2024 | 13:03
"Qürur duyuruq" - Bəhruz Nəbiyev

20.05.2024 | 13:01
Ölkəmizdə sağlam siyasi dialoq mühiti formalaşıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031