Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir

Image


Cari ilin 20 aprelində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Səfər sonrası Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev mətbuata keçirilən görüş barədə məlumat vermişdir. Cənab prezident çıxışında bildirmişdir ki, dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.

 Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur.

Respublika prezidenti bildirib ki, Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artıb.  Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.

Dövlətlərarası münasibətlərdə energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrutu təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmalıdır. Biz Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Bu məqsədlə münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.Cari ilin 24 aprel tarixində imzalanmış Azərbaycan-Qırğızıstan sənədlər aşağıdakılardır.

  1. “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”;
  2. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”;
  3. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
  4. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
  5. “Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı”;
  6. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”;
  7. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”;
  8. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”;
  9. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”;
  10. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”;
  11. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”;
  12. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”;
  13. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”.

Prezident İlham Əliyev 24 aprel tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı ilə əlaqədar da öz fikirlərini bildirmiş. Cənab Prezident öz çıxışında qeyd edib ki, Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışı dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Azərbaycan xalqı Çingiz Aytmatovu sevir. Xalq onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyir. Çingiz Aytmatov münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır.Bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir. Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək.

 

Xəzər rayonu, 292 nömrəli məktəbin direktor müavini 

Ləman Babayeva







XƏBƏR LENTİ

06.05.2024 | 19:10
Parlamentdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

06.05.2024 | 18:46
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

06.05.2024 | 18:44
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

06.05.2024 | 18:41
Parlamentdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

06.05.2024 | 18:30
Bakı dünyanın "İdman Paytaxtı” seçilib - FOTO

06.05.2024 | 18:24
Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam etdirilir. -Fotolar

06.05.2024 | 17:33
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla görüşüb-Fotolar

06.05.2024 | 16:40
“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

06.05.2024 | 16:10
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI

06.05.2024 | 16:00
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

06.05.2024 | 15:54
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

06.05.2024 | 15:47
Britaniyalı səfir Rusiya XİN-ə çağırıldı

06.05.2024 | 15:20
YAP Sabunçu rayon təşkilatı məktəblilər arasında şahmat turniri keçirdi - FOTOLAR

06.05.2024 | 15:11
Bu şəxslər 1500 manat cərimələnəcək

06.05.2024 | 15:06
Səhiyyə naziri əhaliyə çağırış etdi - Video

06.05.2024 | 15:06
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

06.05.2024 | 15:04
Prezident bu Sazişi təsdiqlədi

06.05.2024 | 15:02
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətedib

06.05.2024 | 14:58
Kirantsda sərhədin delimitasiyası zamanı erməni hərbçi minaya düşüb

06.05.2024 | 14:40
Daha bir rayonda sümük fraqmentləri TAPILDI

06.05.2024 | 13:28
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 13:26
Jurnalistdən Rusiyada yaşayan iş adamlarına irad: “Soydaşlarımızı bazara yox, KİV-lərə yerləşdirin” - Video

06.05.2024 | 13:14
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın coğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”

06.05.2024 | 13:10
MEK tərəfindən Quba Regional Elmi Mərkəzinin Kitabxanasına nəşrlər təqdim edilib

06.05.2024 | 13:05
ABŞ səfiri nəhayət Şuşaya GETDİ - FOTOLAR

06.05.2024 | 13:00
Paşinyan mətbuat konfransı keçirəcək

06.05.2024 | 12:55
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi

06.05.2024 | 12:53
DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət

06.05.2024 | 12:44
Şamo Mürşüdova yüksək vəzifə VERİLDİ

06.05.2024 | 12:36
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 12:08
Ulu öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi Azərbaycanı yenidən qurdu

06.05.2024 | 12:06
Taleh Kazımov bank rəhbərlərini topladı - Tapşırıqlar verildi

06.05.2024 | 11:45
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO

06.05.2024 | 11:24
QALIBDI

06.05.2024 | 11:12
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

06.05.2024 | 11:11
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO

06.05.2024 | 11:09
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi - VİDEO

06.05.2024 | 11:02
Qazaxın bu kəndində də delimitasiyaya başlanıldı

06.05.2024 | 11:01
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

06.05.2024 | 10:39
Qəbul imtahanına qeydiyyat başa çatır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031