“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Image


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizdə əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı, resurslarının qiymətləndirilməsi, istismara cəlb edilməsi, fəaliyyətdə olan mədənlərin resurs potensialının artırılması məqsədilə aktiv və çoxprofilli geoloji tədqiqatlarını davam etdirir. Tədqiqatlar 3 istiqamətdə – QSC-nin idarəetməsinə verilən filiz sahələri; ölkə ərazisində ümumi geoloji axtarış proqramı; Qarabağ və Şərqi Zəngəzurda mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi üzrə həyata keçirilir.

Birinci istiqamət üzrə hazırda “AzerGold” QSC Balakən rayonunda yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal yatağında optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün metallurji, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Ortakənd” qızıl yatağında aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi və açıq üsulla filizçıxarma parametrlərinin optimallaşdırılması üzrə tədqiqatlar aparır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının dağətəyi sahələrində, eləcə də Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarında aktiv geoloji tədqiqatlar aparılır. Perspektivli sahələrin daha qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar üzrə aparılması məqsədilə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv axtarış metodları – hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik tədqiqat üsullarından istifadə edilir. Yüksək effektlə tətbiq edilən bu tip axtarış-qiymətləndirmə işləri çərçivəsində 2022-ci ildə “AzerGold” QSC tərəfindən  Şərqi Zəngəzurun Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 km2 sahəsində hiperspektral peyk çəkilişləri həyata keçirilib. 

Digər geoloji fəaliyyət istiqaməti üzrə, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” QSC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkə ərazisində ümumi geoloji axtarış işlərinin icrasını davam etdirir. Ötən illərdə Ekologiya və Təbii Sərvətlərin Nazirliyi ilə birgə ölkə üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivi yenilənib, SSRİ dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanan statisik məlumatlar elektronlaşdırılıb, geoloji xəritə və qrafik əlavələr isə rəqəmsallaşdırılıb. Beləliklə, hər bir yataq üzrə məlumat bazası yaradılıb. Bununla belə, SSRİ dövrünə aid məlumatların müasir dövrün texnoloji potensialını, yüksək metal qiymətlərini tam əks etdirməməsi ölkə ərazisində yenidən geoloji tədqiqatların aparılmasını zəruri edib. Bu məqsədlə Səhmdar Cəmiyyət 2024-cü ilin 1-ci rübündə Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarını əhatə edən 2566 km2 sahədə hiperspektral peyk çəkilişlərinin icrasına başlayıb. Həmçinin Daşkəsən, Göygöl və Goranboy rayonlarının ərazilərini əhatə edən 1890 km2 sahədə helikopter vasitəsilə aeroelektromaqnetik tədqiqatların aparılması üçün hazırlıq işlərinə start verilib. Bundan başqa, növbəti illərdə Şuşa, Xocalı və Ağdərə rayonlarında sözügedən metodlar vasitəsilə axtarış-qiymətləndirmə işlərinə başlanılması nəzərdə tutulub. Ümumilikdə tədqiqatlar 3 mərhələ, o cümlədən axtarış-qiymətləndirmə, ilkin kəşfiyyat işləri və dəqiq kəşfiyyat işlərini əhatə edəcək. 

Sözügedən Sərəncama uyğun olaraq potensial minerallaşma sahələrində aparılacaq tədqiqatlar nəticəsində yataqların geoloji modelləri tərtib ediləcək, mövcud ehtiyatlar beynəlxalq JORC (Joint Ore Reserves Committee – Birgə Filiz Ehtiyatları Komitəsi) standartlarına uyğun yenidən hesablanacaq, bununla perspektivli minerallaşma sahələri müəyyənləşdiriləcək. Yataqlar üzrə əhatəli tədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar hasilat prosesinin təşkili məqsədilə dövlət tərəfindən seçiləcək əməliyyatçı şirkət-investora təqdim ediləcək.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC-nin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. “AzerGold” QSC 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə istifadə edilməsi istiqamətində dövlətin yürütdüyü siyasətə dəstəyini göstərməyə davam edir.

Sənaye əhəmiyyətli resurslara malik yeni yataqlar dövlət tərəfindən milli operator şirkəti olan “AzerGold” QSC-nin idarəetməsinə həvalə olunduqda, istismar fəaliyyətinin bir hasilat sahəsindən yeni sahələr üzrə şaxələndirilməsinə, nəticə etibarı ilə şirkətin iqtisadi inkişaf tempinin bərpasına və qorunmasına səbəb olacaqdır.

 Gununxeberi.az








XƏBƏR LENTİ

18.05.2024 | 22:53
Daiga Mierina Azərbaycana gəldi - Foto

18.05.2024 | 22:15
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:40
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:38
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18.05.2024 | 15:36
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

18.05.2024 | 15:34
“Prezidentlərin Füzuli və Şuşaya səfərləri vacib hadisələrlə yadda qaldı”

18.05.2024 | 15:30
“Usta mənəm”

18.05.2024 | 15:21
İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil

18.05.2024 | 13:58
Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq

18.05.2024 | 13:57
Abşeron rayonunun Masazır kəndi və Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib- Video

18.05.2024 | 13:54
Para-atletimiz Lamiyə Vəliyeva dünya çempionu olub

18.05.2024 | 11:19
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib

18.05.2024 | 11:11
Azərbaycanda attestatla universitetə qəbul ola bilər? - DİM sədrindən AÇIQLAMA

18.05.2024 | 11:09
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

18.05.2024 | 11:06
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

18.05.2024 | 11:00
Milli Kitabxanada “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18.05.2024 | 10:53
Sabah ilin ən şanslı günüdür - Bu bürclərin bütün arzuları reallaşacaq

18.05.2024 | 10:40
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto

18.05.2024 | 10:33
“Həmin qadının…” – İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

18.05.2024 | 10:12
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

18.05.2024 | 09:54
Maradonanın rekordunu təzələdi

18.05.2024 | 09:37
Lukaşenkonun Azərbaycana səfəri belə yadda qaldı - Video

18.05.2024 | 09:33
93,5 balla ölkə birincisi oldu - Foto

18.05.2024 | 09:28
“Microsoft” şirkəti “Windows 10”da 21H2 versiyasını dəstəkləməyi dayandıracaq.

18.05.2024 | 09:24
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

18.05.2024 | 09:21
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı

18.05.2024 | 00:36
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

17.05.2024 | 23:53
Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub

17.05.2024 | 23:38
Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər

17.05.2024 | 23:36
Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

17.05.2024 | 23:30
Alimlər Misir piramidalarının tikintisinin sirrini açdı – Nilin yoxa çıxmış qolu...

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031