Parlamentdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

Image

Parlamentdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

 

            Mayın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib. 

Tədbiri giriş nitqi ilə açan komitə sədri Ziyafət Əsgərov iclasın keçirilməsi üçün göstərilən dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib. Komitə sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilmiş andiçmə mərasimində söylədiyi nitqə diqqəti çəkərək qeyd edib ki, ölkə prezidentinin çıxışında səsləndirilmiş “Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq” fikirlər konseptual xarakter daşıyır, bu sahənin mühüm əhəmiyyətini vurğulamaqla yanaşı, qarşıya mühüm vəzifə və hədəflər qoyur. 

Bildirilib ki, bu gün dünyada gedən texnoloji inkişaf Azərbaycanda da öz təsirini bütün sahələrdə göstərməkdədir. Lakin, yeni texnologiyaların yaratdığı imkanlar özü ilə yeni təhdidlər də gətirir. Şübhəsiz ki, bu təhdidlər milli təhlükəsizlik baxımından aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Təsadüfi deyildir ki, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında ən mühüm və uzunmüddətli vəzifələrdən biri kimi bəyan edilmişdir. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi,  İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev çıxışında görüşün keçirilməsi üçün yaradılan şəraitə görə parlament rəhbərliyinə təşəkkürünü bildirib. 

Ölkəmizdə informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə geniş məlumat verən Xidmətin rəisi vurğulayıb ki, bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət Ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. İnformasiya texnologiyalarının əhəmiyyəti və onlardan geniş istifadənin zəruriliyi hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. 

Qeyd olunub ki, hazırda yeni texnologiyaların tətbiqi, sürətli internet xidmətlərinin əlçatanlığı, bu sahədə ölkəmizdə və dünyada uğurla tətbiq edilən yeniliklərlə yanaşı özü ilə birlikdə bir sıra problemləri və riskləri də gətirməkdədir.

Daha sonra iclasda XRİTDX-in idarə rəisi Tural Məmmədov “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ölkəmizdə mövcud vəziyyət: Görülmüş işlər - problemlər” mövzusunda, şöbə rəisi Elgin Abdullayev “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yeni reallıqlar qanunvericilik aktlarında: Beynəlxalq təcrübə və ölkəmizdə mövcud vəziyyət” mövzusunda təqdimatlarla çıxış ediblər. 

Müzakirələrdə deputatlar Aydın Mirzəzadə, Elman Məmmədov və Arzu Nağıyev görüşün əhəmiyyətini qeyd ediblər, təqdimatlarla bağlı fikir və təkliflərini səsləndiriblər. 

Sonra görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib, deputatları maraqlandıran məsələlərə münasibət bildirilib.

Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. 

Görüşdən sonra  İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.

 Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 

 

 

            

 








XƏBƏR LENTİ

18.05.2024 | 22:53
Daiga Mierina Azərbaycana gəldi - Foto

18.05.2024 | 22:15
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

18.05.2024 | 18:54
Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

18.05.2024 | 18:52
Foden İngiltərə çempionatının ən yaxşısı seçildi

18.05.2024 | 18:48
İcra başçısının müavininin maşınını vuran "Niva" sürücüsü HƏBS EDİLDİ

18.05.2024 | 18:31
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ölkə Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında keçirilən görüşün detallarını açıqlayıb

18.05.2024 | 18:23
Rusiyanın “Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

18.05.2024 | 18:20
İlham Əliyev Zəngilanda qəsəbə və yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu - Fotolar+Yenilənib

18.05.2024 | 18:15
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video

18.05.2024 | 18:09
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

18.05.2024 | 15:55
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:40
“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi

18.05.2024 | 15:38
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18.05.2024 | 15:36
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

18.05.2024 | 15:34
“Prezidentlərin Füzuli və Şuşaya səfərləri vacib hadisələrlə yadda qaldı”

18.05.2024 | 15:30
“Usta mənəm”

18.05.2024 | 15:21
İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil

18.05.2024 | 13:58
Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq

18.05.2024 | 13:57
Abşeron rayonunun Masazır kəndi və Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib- Video

18.05.2024 | 13:54
Para-atletimiz Lamiyə Vəliyeva dünya çempionu olub

18.05.2024 | 11:19
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında və Qadın Parlament sədrlərinin görüşündə iştirak edib

18.05.2024 | 11:11
Azərbaycanda attestatla universitetə qəbul ola bilər? - DİM sədrindən AÇIQLAMA

18.05.2024 | 11:09
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

18.05.2024 | 11:06
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

18.05.2024 | 11:00
Milli Kitabxanada “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18.05.2024 | 10:53
Sabah ilin ən şanslı günüdür - Bu bürclərin bütün arzuları reallaşacaq

18.05.2024 | 10:40
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto

18.05.2024 | 10:33
“Həmin qadının…” – İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA

18.05.2024 | 10:12
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

18.05.2024 | 09:54
Maradonanın rekordunu təzələdi

18.05.2024 | 09:37
Lukaşenkonun Azərbaycana səfəri belə yadda qaldı - Video

18.05.2024 | 09:33
93,5 balla ölkə birincisi oldu - Foto

18.05.2024 | 09:28
“Microsoft” şirkəti “Windows 10”da 21H2 versiyasını dəstəkləməyi dayandıracaq.

18.05.2024 | 09:24
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

18.05.2024 | 09:21
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı

18.05.2024 | 00:36
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı

17.05.2024 | 23:53
Ramil Bayramov gördüyü bütün işlərdə özünü doğruldub

17.05.2024 | 23:38
Təzyiq ölçərkən ən çox yol verdiyi səhvlər

17.05.2024 | 23:36
Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

17.05.2024 | 23:30
Alimlər Misir piramidalarının tikintisinin sirrini açdı – Nilin yoxa çıxmış qolu...

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031