Milli Məclisin sədri Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Parlamentlərarası konfransında çıxış edib

Image

Mayın 2-də Milli Məclisin sədri Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr" mövzusuna həsr olunmuş Parlamentlərarası konfransında çıxış edib. Azərbaycan Respublikasının Parlamenti adından qonaqları salamlayan spiker Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan Parlamentlərarası konfransın işinə uğurlar arzulayıb. 

O, bildirib ki, dünən 6-cı Ümumdünya Forumu öz işinə başlayıb. Zati-aliləri cənab İlham Əliyevin açılış mərasimindəki çıxışından və gün ərzində keçirilən müzakirələrdən artıq bu Forumun əsas ideyası məlumdur. Bu tədbirin dialoqu, qarşılıqlı etimadı və anlaşmanı təşviq etdiyini söyləyən Milli Məclisin sədri deyib ki, müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolunda dürüst fikir mübadiləsinə başlamaq mümkündür. 

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan bu təşəbbüsün həyata keçirilməsində böyük uğur qazanıb. Spikerin sözlərinə görə, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qrupların evidir. Bu gün cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur. Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir. Milli Məclisin sədri bildirib ki, 6-cı Forum çərçivəsində keçirilən bugünkü konfrans parlamentlərin mədəniyyətlərarası dialoqa yanaşmasının əhəmiyyətini göstərir. Biz xalqımızın nümayəndələri və parlament üzvləri olaraq, mümkün olan ən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətli imkanlara sahibik. Və bu gün burada toplanaraq, mövcud müzakirələrə töhfə verməyə çalışırıq. 

Spiker qeyd edib ki, bugünkü konfransın mövzusu mədəniyyətlərarası dialoqun təşviqi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki mədəni irs insanların kimliyini, tarixini, ənənələrini və dəyərlərini təmsil edir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi düzgün institusional və qanunvericilik yanaşmasını və bütün maraqlı tərəflərin bu prosesə fəal cəlb edilməsini tələb edir. Bu mənada, parlamentlərimiz təkcə milli deyil, beynəlxalq səviyyədə də mühüm rol oynayır. O, qarşılıqlı dialoq və səylərin birləşdirilməsinin, ən yaxşı təcrübələrin mübadiləsinin ümumi hədəflərə çatmağa və işimizi daha da zənginləşdirməyə kömək edəcəyini söyləyib. 

Milli Məclisin sədri çıxışında həmçinin bildirib ki, yalnız başqasının mədəni irsinə hörmət etməklə öz dəyərlərimizi təbliğ edə və dünyanı inkişaf etdirmək üçün konstruktiv mədəniyyətlərarası dialoqda iştirak edə bilərik. Spiker təəssüflə bildirib ki, mədəni irsin qorunması həll edilməli olan problemlərdən biri olaraq qalır. Bu baxımdan münaqişələr və müharibələr hələ də əsas təhlükədir. Onun fikrincə, bu sahəni tənzimləyən beynəlxalq konvensiyalara hələ də lazımi qaydada əməl olunmur. Spiker diqqətə çatdırıb ki, 30 il ərzində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı işğal olunmuş ərazilərdə ölkəmizin mədəni irsi üçün fəlakətli nəticələrə səbəb olub. Mədəni irsimizin yüzlərlə obyekti qəsdən məhv edilib, talan olunub, qanunsuz yollarla mənimsənilib və daşınıb. Bu hərəkətlər Ermənistan tərəfindən işğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır. Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də həmin ərazilərdə mədəni irsin bərpası və qorunmasıdır. Spiker qeyd edib ki, Azərbaycanın mədəni irsi burada əsrlər boyu yaşamış bütün etnik və dini qrupların irsini təmsil edir. Ölkəmizdə müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar yan-yanadırlar. Bu cür mədəni müxtəliflik cəmiyyətimizin güclü tərəfidir və bu dəyərlərə hörmət dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bütün tarixi və dini abidələrin dövlətin himayəsində olduğunu bildirən Milli Məclisin sədri qeyd edib ki, onların yüzlərlə nümunəsi dövlət maliyyəsi ilə bərpa edilib və qorunub saxlanılıb. Mədəni irsin qorunması sahəsində mövcud olan qanunvericilik bazası haqqında da danışan Milli Məclisin sədri bildirib ki, bu istiqamətdə qanunvericilik işi ölkəmizdə sözügedən məsələyə hərtərəfli yanaşmanın vacib bir tərəfidir. 

Parlamentimizin qəbul etdiyi çoxsaylı qanunlar, o cümlədən "Mədəniyyət haqqında" Qanun, "Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında" Qanun, digər qanun və dəyişikliklər bu məsələ ilə bağlı effektiv hüquqi bazanın yaradılması üçün çox vacib olmuşdur. Spiker qeyd edib ki, parlamentimiz mədəni irsin qorunmasının müxtəlif aspektləri üzrə mütəmadi olaraq ictimai dinləmələr keçirir. Bu cür dinləmələr bizə bütün maraqlı tərəflərlə məsləhətləşməyə və gələcək qanunvericilik proseslərində onların fikirlərini nəzərə almağa imkan verir. Bundan əlavə, parlamentimizin ixtisaslaşmış komitəsinin - Mədəniyyət komitəsinin Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlığı bu sahədə qanunların hazırlanması, qəbul edilməsi və icrası prosesində parlamentin və hökumətin səmərəli əməkdaşlığından xəbər verir.

Spiker Sahibə Qafarova onu da deyib ki, Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu işə verdiyi böyük töhfələr bəşəriyyətin mədəni irsinin qorunmasına və mədəniyyətlərarası dialoqun təşviqi işinə əvəzsiz dəstəkdir. Milli Məclisin sədri çıxışının sonunda bugünkü tədbirin əhəmiyyətini bir daha vurğulayaraq, müzakirələrin mühüm nəticələr verəcəyinə və birgə səylərə əhəmiyyətli töhfə olacağına əminliyini ifadə edib. 


 


Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi 

 








XƏBƏR LENTİ

17.05.2024 | 12:08
Deputat: “Hostellərin sayının artması insan alveri qurbanlarının çoxalmasına səbəb olur”

17.05.2024 | 12:06
Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür

17.05.2024 | 12:02
Bakının mərkəzi küçəsində qanunsuzluq: Səki zəbt olunub, baryerlər çıxarılıb - FOTO/VİDEO

17.05.2024 | 11:48
İlham Əliyev və Aleksandr Lukaşenko Füzulidə

17.05.2024 | 11:39
Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun təmiri davam edir VİDEO/FOTO

17.05.2024 | 11:34
Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gedib

17.05.2024 | 11:32
Azərbaycanın Baş naziri Əli Əsədov Efiopiyanın baş nazir müavini Temesgen Tirune qəbul edib.

17.05.2024 | 11:30
Azərbaycan PATA-nın sammitində təmsil olunur

17.05.2024 | 11:07
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb

17.05.2024 | 11:06
Nazir: Karbon vergisinin tətbiqi istiqamətində yeni qanun layihəsi hazırlanıb

17.05.2024 | 10:59
Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində görüşün təşkilinə dair Memorandum imzalanıb

17.05.2024 | 10:56
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub

17.05.2024 | 10:33
Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda QALMAQAL + AÇIQLAMA

17.05.2024 | 10:30
Xaqani bağı niyə hasarlanıb? - FOTO

17.05.2024 | 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib

17.05.2024 | 10:26
"WhatsApp", "Tik-tok", "İnstagram", "Telegram" vasitəsilə törədilən cinayətlər açıqlandı

17.05.2024 | 10:23
ABŞ Dövlət Departamentinin baş müşaviri Azərbaycana gələcək (ÖZƏL)

17.05.2024 | 10:18
Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA

17.05.2024 | 10:17
Hikmət Hacıyev ABŞ-də dövlət katibinin müavini ilə COP29-u müzakirə edib

17.05.2024 | 09:58
Azərbaycan nefti bahalaşdı

17.05.2024 | 09:55
Mayın 16-da ölkə ərazisində qeydə alınan 70, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub

17.05.2024 | 09:52
UEFA-nın prezidenti Aleksander Çeferinlə AFFA-nın prezidenti Rövşən Nəcəf arasında görüş keçirilib. - Foto

17.05.2024 | 09:49
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhər darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrə start verilib.

17.05.2024 | 09:46
Azərbaycan Mərkəzi Bankı 17 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb

17.05.2024 | 09:28
Bakının bu yollarında tıxac var - SİYAHI

17.05.2024 | 09:26
Dolu düşüb, qar yağıb - FAKTİKİ HAVA

17.05.2024 | 09:21
Yüzlərlə kinorejissor, aktyor və aktrisa öz işlərini təqdim etmək və əfsanəvi qırmızı xalçadan keçmək üçün Kannda, Film Festivalında toplaşıb

17.05.2024 | 09:17
Dünya şöhrətli müğənni Şakira növbəti mahnısını futbola hədiyyə edəcək.

17.05.2024 | 09:15
Hikmət Hacıyev ABŞ-də onlarla görüşdü

17.05.2024 | 09:10
Milli Məclisin Şimali Kiprlə parlamentlərarası işçi qrupu Kiprdə səfərdədir.

16.05.2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi

16.05.2024 | 21:37
Prezident İlham Əliyev: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var

16.05.2024 | 21:35
Prezident İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik (TAM MƏTN)

16.05.2024 | 21:32
Qələbə çaldınız və onu qoruyub saxladınız - Lukaşenko

16.05.2024 | 21:29
"Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq" - Lukaşenko

16.05.2024 | 21:23
Səlahəddin Dəmirtaşa hökm oxundu - 42 il həbs

16.05.2024 | 21:19
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə sərəncam imzalayıb

16.05.2024 | 18:09
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:47
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

16.05.2024 | 17:35
Həmin tibb işçiləri təltif olundu - Fotolar

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031