Səhiyyə naziri əhaliyə çağırış etdi - Video
Səhiyyə naziri Teymur Musayev elektron reseptlərlə bağlı əhaliyə çağırış edib.
“Gununxeberi.az ” xəbər verir ki, nazir elektron reseptin vətəndaşın sağlamlığına dair lazım olan məlumatı özündə cəmləşdirib əlçatanlığı təmin edən bir platformaya çevriləcəyini açıqlayıb.
T. Musayev hər kəsi “Reseptim” tətbiqini yükləməyə səsləyib: “Elektron resept istər əczaçı üçün, istər sıravi vətəndaş üçün, istərsə də həmin resepti yazan tibb işçisi üçün vahid bir platformadır. Tədricən elektron resept bütün kağız reseptləri əvəzləyəcək, yazılan bütün reseptlər – istər həkimin kabinetində, istərsə də vətəndaşın istifadə elədiyi mobil telefonda qorunub saxlanılacaq.
Bir çağırış etmək istəyərdim: gedin tətbiqi yükləyin, burada bir problem yoxdur. Həqiqətən də, vətəndaşlar faydalanacaqlar”.