Azərbaycan parlaq gələcəyini inamla qurur

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun mətbuata verdikləri bəyanatda gələcək əməkdaşlıq məsələlərinə diqqət yetirildi. Prezident İlham Əliyev bildirdi ki, qardaş ölkənin dövlət başçısının Azərbaycana səfəri ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verəcək.


Ölkələrarası münasibətlərin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edən və imzalanan sənədlərin hər birinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir: “Bu gün biz həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik. Dövlətlərarası Şuranın ikinci iclasını uğurla keçirdik, müvafiq idarələrin rəhbərlərinin məlumatlarını dinlədik və müvafiq tapşırıqlar verdik. Əminəm ki, bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək”.


Qeyd edildi ki, hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanı olacağı, həmçinin Sadır Nurqojoyeviçin noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət edildiyi deyilib. 


Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial  var. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarla qarşılıqlı fəaliyyət möhkəmləndirilir. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.


Ölkələr arasında iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edilir. Ticarət dövriyyəsinə dair rəqəmlər hələ çox böyük olmasa da potensialın artması tendensiyası mövcuddur. Azərbaycan–Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə  imzalanan əlavəyə uyğun nizamnamə fondu 4 dəfə – 25 milyon dollardan 100 milyon dollara qədər artırılıb. Başlıca səbəb odur ki, Qırğızıstanda investisiya layihələrinin həyata keçirilməsi üçün Fonda 40-dan çox müraciət daxil olub. Ona görə, 100 milyon dollar da son hədd hesab edilmir.


Dövlət başçımız qeyd etdi ki, bu, ticarət dövriyyəsinin artırılması üçün yeganə mexanizm deyil. Bizim investisiya siyasəti üzrə başqa formalarımız da var. Bu gün məruzə olunduğu kimi, artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb, bizə söz verildiyi kimi, o, növbəti ilin sonunda hazır olacaq.


Prezident işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Nurqojoyeviçə xüsusi təşəkkür etdi. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. 


Energetika, nəqliyyat sahələrində də potensial görünür. Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrinə maraq var. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. İndi nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasının və tarif siyasətinin razılaşdırılması baxımından məsləhətləşmələr aparmağa başlanılmalıdır. Xəzər, Mərkəzi Asiya vasitəsilə Avropaya marşrut təkcə məsafə nöqteyi-nəzərindən deyil, həm də kommersiya cəlbediciliyi baxımından əlverişli olmalıdır.


Dövlət başçımız sonda dedi ki, biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik. Bu gün imzalanan sənədlər hələ imza atılan sənədlərin hamısı deyil. Sənədlərin bir hissəsi müvafiq dövlət strukturlarında imzalanır. Beləliklə, biz münasibətlərin möhkəm qanunvericilik bazasını yaradırıq.


Qırğızıstan Prezidenti Sadır Japarov bərəkətli Azərbaycan torpağına növbəti dəfə gəldiyindən şad olduğunu və gözəl Bakıya heyranlığını ifadə etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla quran və Azərbaycan dövlətini möhkəmləndirən qardaş Azərbaycan xalqının uğurlarına sevindiyini söylədi. 


Bildirildi ki, bu gün Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində ikitərəfli əməkdaşlığın demək olar ki, bütün aktual məsələləri üzrə ətraflı danışıqlar aparıldı, iki ölkənin müxtəlif nazirliklərinin rəhbərlərinin hesabatları dinlənildi. İclasın yekunu olaraq iki ölkənin qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsinə yönəlmiş qərarlar qəbul olundu. Danışıqlar ənənəvi dostluq, şəffaflıq və etimad şəraitində keçdi. Bu da ölkələrimiz arasında qardaşlıq əlaqələrini xarakterizə edir. Birgə Bəyannamənin imzalanması praktikada formalaşmış ikitərəfli strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir.


İmzalanan sənədlər arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ortamüddətli perspektivdə ikitərəfli qarşılıqlı fəaliyyətin əsas yol xəritəsi qismində istifadə olunacaq əməkdaşlığın inkişafına dair beşillik kompleks proqramı ayrıca yer tutur. Həmçinin respublikalar arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi iki ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyətə malikdir.


Prezident Sadır Japarov sonda səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi və dedi: “Bugünkü danışıqların nəticələrindən və əldə olunmuş razılaşmalardan məmnunluğumu vurğulamaq istəyirəm. Onlar dövlətlərimizin bütün sahələrdə sıx əlaqələri inkişaf etdirmək, iki ölkənin xalqlarının maraqları naminə dostluq münasibətlərini hərtərəfli möhkəmləndirmək əzmini açıq şəkildə nümayiş etdirir”.


Səlim Məmmədov,

Abşeron rayonu, Masazır kənd 5 nömrəli məktəbin direktoru








XƏBƏR LENTİ

06.05.2024 | 16:40
“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

06.05.2024 | 16:00
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

06.05.2024 | 15:54
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

06.05.2024 | 15:47
Britaniyalı səfir Rusiya XİN-ə çağırıldı

06.05.2024 | 15:20
YAP Sabunçu rayon təşkilatı məktəblilər arasında şahmat turniri keçirdi - FOTOLAR

06.05.2024 | 15:11
Bu şəxslər 1500 manat cərimələnəcək

06.05.2024 | 15:06
Səhiyyə naziri əhaliyə çağırış etdi - Video

06.05.2024 | 15:06
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

06.05.2024 | 15:04
Prezident bu Sazişi təsdiqlədi

06.05.2024 | 15:02
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətedib

06.05.2024 | 14:58
Kirantsda sərhədin delimitasiyası zamanı erməni hərbçi minaya düşüb

06.05.2024 | 14:40
Daha bir rayonda sümük fraqmentləri TAPILDI

06.05.2024 | 13:28
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 13:26
Jurnalistdən Rusiyada yaşayan iş adamlarına irad: “Soydaşlarımızı bazara yox, KİV-lərə yerləşdirin” - Video

06.05.2024 | 13:14
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın coğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”

06.05.2024 | 13:10
MEK tərəfindən Quba Regional Elmi Mərkəzinin Kitabxanasına nəşrlər təqdim edilib

06.05.2024 | 13:05
ABŞ səfiri nəhayət Şuşaya GETDİ - FOTOLAR

06.05.2024 | 13:00
Paşinyan mətbuat konfransı keçirəcək

06.05.2024 | 12:55
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi

06.05.2024 | 12:53
DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət

06.05.2024 | 12:44
Şamo Mürşüdova yüksək vəzifə VERİLDİ

06.05.2024 | 12:36
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 12:08
Ulu öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi Azərbaycanı yenidən qurdu

06.05.2024 | 12:06
Taleh Kazımov bank rəhbərlərini topladı - Tapşırıqlar verildi

06.05.2024 | 11:45
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO

06.05.2024 | 11:24
QALIBDI

06.05.2024 | 11:12
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

06.05.2024 | 11:11
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO

06.05.2024 | 11:09
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi - VİDEO

06.05.2024 | 11:02
Qazaxın bu kəndində də delimitasiyaya başlanıldı

06.05.2024 | 11:01
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

06.05.2024 | 10:39
Qəbul imtahanına qeydiyyat başa çatır

06.05.2024 | 10:36
Mirzoyan Macarıstana GEDİR

06.05.2024 | 10:06
Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.

06.05.2024 | 09:05
Bu yollarda tıxac var - Fotolar

06.05.2024 | 09:04
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

05.05.2024 | 12:57
İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub (FOTO)

05.05.2024 | 12:49
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb (FOTO)

05.05.2024 | 12:37
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir (FOTO)

05.05.2024 | 12:34
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031