Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb

Image


Bildiyimiz kimi, Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu qarşıladı.Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı. Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Görüş zamanı bildirildi ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa etdirənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.Hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işləri aparılır. Burada 12 hektar ərazi abadlaşdırılıb, inzibati bina, bilet satışı məntəqəsi, avtodayanacaq tikilib. Şahbulaq iqamətgahı, Şah Abbas məscidi, restoran, otel kompleksi, söhbətgahlar, tədbir meydançası və anbar binası yaradılıb.

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.Mərasimin keçirildiyi ərazidə quraşdırılan yurtada qırğız xalq musiqisi və milli mətbəxinin nümunələri nümayiş etdirildi. Qeyd olundu ki, Xıdırlı kənd tam orta məktəbinin inşası üçün 2,7 hektar ərazi ayrılıb. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Məktəbin ərazisində idman meydançası, köşk, kiçik skamyalar, qazanxana yaradılacaq. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Vurğulamaq lazımdır ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir.

Cari ilin 24 aprel tarixində imzalanmış Azərbaycan-Qırğızıstan sənədləri

  1. “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”;
  2. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”;
  3. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
  4. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
  5. “Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı”;
  6. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”;
  7. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”;
  8. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”;
  9. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”;
  10. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”;
  11. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”;
  12. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”;
  13. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”.

Həmçinin, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, dünyaşöhrətli yazıçı, qırğız ədəbiyyatının görkəmli nasiri, diplomat və ictimai xadim Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılan abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü il iyunun 15-dən iyulun 31-dək heykəltaraşlar arasında açıq müsabiqə elan edilib. Müsabiqəyəölkəmizinheykəltaraşlarıtərəfindən 21 əsər təqdim olunub.


Ötənilavqustun 8-də təsdiqolunmuşişlərindəyərləndirilməsivəmüsabiqəninyekunnəticələrininmüəyyənolunmasıməqsədiləAzərbaycanRespublikasıMədəniyyətNazirliyininnəzdindəfəaliyyətgöstərənEkspertKomissiyasıtərəfindənqaliblərseçilib. BirinciyerəXalqrəssamıNatiqƏliyevinhazırladığıeskizlayihəsilayiqgörülüb.

ÇingizAytmatovunbürüncdənhazırlanmış, hündürlüyü 3 metrəyaxınolanheykəlininçəkisitəqribən 6 tondur. AbidəninönündəAzərbaycanvəingilisdillərindəhazırlananmüvafiqməlumatlövhəsiquraşdırılıb.

Xəzər rayonu,R. Qasımov adına 216 nömrəli tam orta məktəbin tarix müəllimi 

Aynur Cəlil







XƏBƏR LENTİ

06.05.2024 | 17:33
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla görüşüb-Fotolar

06.05.2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI

06.05.2024 | 16:40
“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

06.05.2024 | 16:00
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

06.05.2024 | 15:54
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

06.05.2024 | 15:47
Britaniyalı səfir Rusiya XİN-ə çağırıldı

06.05.2024 | 15:20
YAP Sabunçu rayon təşkilatı məktəblilər arasında şahmat turniri keçirdi - FOTOLAR

06.05.2024 | 15:11
Bu şəxslər 1500 manat cərimələnəcək

06.05.2024 | 15:06
Səhiyyə naziri əhaliyə çağırış etdi - Video

06.05.2024 | 15:06
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

06.05.2024 | 15:04
Prezident bu Sazişi təsdiqlədi

06.05.2024 | 15:02
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətedib

06.05.2024 | 14:58
Kirantsda sərhədin delimitasiyası zamanı erməni hərbçi minaya düşüb

06.05.2024 | 14:40
Daha bir rayonda sümük fraqmentləri TAPILDI

06.05.2024 | 13:28
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 13:26
Jurnalistdən Rusiyada yaşayan iş adamlarına irad: “Soydaşlarımızı bazara yox, KİV-lərə yerləşdirin” - Video

06.05.2024 | 13:14
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın coğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”

06.05.2024 | 13:10
MEK tərəfindən Quba Regional Elmi Mərkəzinin Kitabxanasına nəşrlər təqdim edilib

06.05.2024 | 13:05
ABŞ səfiri nəhayət Şuşaya GETDİ - FOTOLAR

06.05.2024 | 13:00
Paşinyan mətbuat konfransı keçirəcək

06.05.2024 | 12:55
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi

06.05.2024 | 12:53
DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət

06.05.2024 | 12:44
Şamo Mürşüdova yüksək vəzifə VERİLDİ

06.05.2024 | 12:36
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 12:08
Ulu öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi Azərbaycanı yenidən qurdu

06.05.2024 | 12:06
Taleh Kazımov bank rəhbərlərini topladı - Tapşırıqlar verildi

06.05.2024 | 11:45
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO

06.05.2024 | 11:24
QALIBDI

06.05.2024 | 11:12
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

06.05.2024 | 11:11
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO

06.05.2024 | 11:09
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi - VİDEO

06.05.2024 | 11:02
Qazaxın bu kəndində də delimitasiyaya başlanıldı

06.05.2024 | 11:01
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

06.05.2024 | 10:39
Qəbul imtahanına qeydiyyat başa çatır

06.05.2024 | 10:36
Mirzoyan Macarıstana GEDİR

06.05.2024 | 10:06
Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.

06.05.2024 | 09:05
Bu yollarda tıxac var - Fotolar

06.05.2024 | 09:04
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

05.05.2024 | 12:57
İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub (FOTO)

05.05.2024 | 12:49
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb (FOTO)

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031