Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə arasında nəqliyyat əlaqəsi olmalıdır

Image

Azərbaycan Prezidenti “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda çıxışı zamanı bir sıra maraqlı məqamlara toxundu, indiyədək ictimaiyyətə məlum olmayan bir çox məsələlərə açıqlıq gətirdi. Bu forum “COP29”  mövzusunun qlobal çağırışlara operativ yanaşma xüsusiyyətləri ilə bərabər, Avropa-Cənubi Qafqaz, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini qiymətləndirmək baxımından da əhəmiyyətli idi. Xüsusilə dövlət başçısının son günlərdə regionda gedən bir sıra müsbətyönlü proseslərə izahedici cavablar verməsi təkcə daxili deyil, qlobal auditoriya üçün də maraqlı idi.

Dövlət başçısı çıxışında Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Azərbaycandan çıxarılması, Azərbaycan-Rusiya, Azərbaycan-Avropa münasibətlərinin hazırkı vəziyyətindən bəhs etdi, Ermənistanla Azərbaycan arasında heç bir tərəf olmadan ilkin razılaşmaların və bunun da nəticəsində məlum 4 kəndin Azərbaycana qaytarılmasını ümumi prosesə töhfə kimi qiymətləndirdi. Eyni zamanda Ermənistan tərəfindən gözləntilərini də açıq mətnlə bir daha hər kəsin diqqətinə çatdırdı. Xüsusilə Zəngəzur dəhlizi məsələsinə toxunaraq üç ölkə arasında imzalanmış bəyanatın prinsiplərini bir daha xatırlatdı. Sitat: “10 noyabr Zəngəzur Dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı əslində, pozur”. Erməni tərəfinin məqsədini açıqlayan dövlət başçısı bildirdi ki, “İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edir”.

Göründüyü kimi, rəsmi Bakı Zəngəzur dəhlizinin açılması məsələsində çox qətiyyətlidir. Digər tərəfdən Ermənistan hələ başa düşə bilmir ki, regionda Zəngəzur dəhlizinin açılması ilk növbədə onun öz maraqlarına xidmət edəcək. Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi var.Paşinyan Zəngəzurun tarixi ilə bağlı da sərsəm fikirlər səsləndirib. Onun iddiasına görə, Zəngəzur dəhlizi və ya Şərqi Zəngəzur kimi terminləri Azərbaycan tərəfi uydurur və Ermənistana qarşı bununla ərazi iddiaları irəli sürür. Halbuki, Azərbaycanda adların coğrafi və tarixi əsasları var. Danılmaz faktdır ki, nəinki Zəngəzur, bütünlüklə indiki Ermənistan ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Birgə bəyanatda “Zəngəzur dəhlizi” sözü yazılmasa da, Ermənistan bilir ki, söhbət hansı yoldan gedir. Ermənistan anlamalıdır ki, verdiyi sözə əməl etməsə, vəziyyəti heç də yaxşı olmayacaq”.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat bağlantısını nəzərdə tutan Zəngəzur dəhlizi postmüharibə dövrünün ən çox müzakirə edilən mövzularından olub. Amma məsələ burasındadır ki, hər zaman bu mövzu açılanda Ermənistan tərəfi məntiqsiz olaraq bunu özünün suverenliyinə təhdid kimi görüb. Hətta bir çox hallarda daha da irəliyə gedərək Azərbaycanın qədim Zəngəzur torpaqlarını işğal etməsini qarşıya məqsəd qoduğunu bildirib. Amma hamımıza da aydındır ki, dövlət başçısının da həmin forumda bildirdiyi kimi, bizim Ermənistanın beynəlxalq hüquq tərəfindən tanınan torpaqlarında gözümüz yoxdur. Biz yalnız bizə lazım olanı alırıq. Ermənistan tərəfi isə 3 ildir bütün dünyaya haray-həşir salaraq bu işdə Azərbaycanı işğalçı kimi təqdim etməyə çalışır. Həqiqət  naminə deyək ki, Ermənistana bu işdə dəstək verənlər də az deyil. Qarşı tərəf isə çox vaxt bu illuziyalara qapılıb, güya buna heç vaxt razı olmayacaqlarını bildirirlər. Ancaq ortada bir sadə həqiqət də var: Zəngəzur dəhlizi yeni anlayış deyil. Dəhliz və ya yol, fərq etməz, bu marşurut sovetlər birliyi dövründə də mövcud olub və Ermənistan da bu yoldan kifayət qədər yararlanıb. Və üçtərəfli anlaşmaya görə, yolun bərpası sadəcə kommunikasiyaların açılması məqsədi daşıyır. 

Xüsusilə, Azərbaycan ərazilərindən ayrı düşmüş Naxçıvan Muxtar Respublikası ilə əvvəllər olduğu kimi birbaşa əlaqə yaradılır. Digər tərəfdən, Ermənistan tərəfi bu yoldan istifadə edərək tamamilə nəqliyyat blokadasından çıxır: Rusiya, İran və Türkiyə ilə birbaşa nəqliyyat əlaqəsi yarada bilir, eyni zamanda sovetlər birliyi dövründən fərqli olaraq həm Qərb, həm Şərq marşurutlarına çıxış əldə edir. Paralel olaraq da Azərbaycan vasitəsi ilə Şimal-Cənub dəhlizinə qoşulmaq imkanı qazanır. Yəni, normal məntiqlə Ermənistan bunda daha çox maraqlı olmalıdır. Buna görə Prezident forumdakı çıxışında bir daha bildirdi ki, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə quru yolu beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmi ilə təmin edilməlidir. Ardınca da əlavə etdi ki, “Əgər onlar bəzi səbəblərdən indi Rusiya sərhəd təhlükəsizlik qüvvələrinin olmağını istəmirlərsə, onlar bunu deməlidirlər. Lakin bir daha deyirəm, onlar bunu özləri imzalayıblar və öz imzalarına hörmət etməlidirlər. Beləliklə, aydındır ki, onlar tranzit ölkə olmaq imkanını itirəcəklər. Onlar heç vaxt tranzit ölkə olmayıblar, mən müstəqil ölkə kimi nəzərdə tuturam və heç vaxt olmayacaqlar. Çünki sülh qovşağı ilə bağlı bütün bu fərziyyələr Azərbaycan olmadan qətiyyən real deyil. Əgər düşünürlər ki, kimsə gəlib İrandan Ermənistana və Gürcüstana dəmir yolu inşa edəcək, onlar elə birini tapmalıdırlar ki, kim bilir bəlkə də hansısa səbəbə görə 5-7 milyard ABŞ dolları xərcləsin. Halbuki İran ilə Azərbaycan arasında quru əlaqəsi var, Şimal-Cənub Nəqliyyat Dəhlizi tikilir və Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqəsi mövcuddur. Hər halda, gələcəklərini necə planlaşdırmaq onların öz işidir”.

Bəli, gələcəklərini planlaşdırmaq onların öz işidir. Delmitasiya üzrə praktiki işlərin başlamasından sonra sırada kommunikasiyaların açılması var. Və Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi yaradılması üçün dəhliz məntiqini gündəlikdən çıxarmayıb. Məncə ərazilərinin 80 faizi Azərbaycan və Türkiyə ilə sərhəd olan Ermənistan artıq öz gələcəyi naminə qərar verməlidir. Çünki gələcək çox zaman gəlmir, onu gətirirlər…

 

 

Xəzər rayon Ə.Quliyev adına 

121 nömrəli məktəbin ibtidai sinif müəllimi

Əhmədova Gülüs Firuz qızı

 








XƏBƏR LENTİ

06.05.2024 | 19:10
Parlamentdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

06.05.2024 | 18:46
“Gömrükçü” külli miqdarda pulu ələ keçirdi - Həbs edildi

06.05.2024 | 18:44
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

06.05.2024 | 18:41
Parlamentdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

06.05.2024 | 18:30
Bakı dünyanın "İdman Paytaxtı” seçilib - FOTO

06.05.2024 | 18:24
Gədəbəy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam etdirilir. -Fotolar

06.05.2024 | 17:33
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla görüşüb-Fotolar

06.05.2024 | 16:40
“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

06.05.2024 | 16:10
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI

06.05.2024 | 16:00
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

06.05.2024 | 15:54
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

06.05.2024 | 15:47
Britaniyalı səfir Rusiya XİN-ə çağırıldı

06.05.2024 | 15:20
YAP Sabunçu rayon təşkilatı məktəblilər arasında şahmat turniri keçirdi - FOTOLAR

06.05.2024 | 15:11
Bu şəxslər 1500 manat cərimələnəcək

06.05.2024 | 15:06
Səhiyyə naziri əhaliyə çağırış etdi - Video

06.05.2024 | 15:06
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

06.05.2024 | 15:04
Prezident bu Sazişi təsdiqlədi

06.05.2024 | 15:02
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətedib

06.05.2024 | 14:58
Kirantsda sərhədin delimitasiyası zamanı erməni hərbçi minaya düşüb

06.05.2024 | 14:40
Daha bir rayonda sümük fraqmentləri TAPILDI

06.05.2024 | 13:28
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 13:26
Jurnalistdən Rusiyada yaşayan iş adamlarına irad: “Soydaşlarımızı bazara yox, KİV-lərə yerləşdirin” - Video

06.05.2024 | 13:14
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın coğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”

06.05.2024 | 13:10
MEK tərəfindən Quba Regional Elmi Mərkəzinin Kitabxanasına nəşrlər təqdim edilib

06.05.2024 | 13:05
ABŞ səfiri nəhayət Şuşaya GETDİ - FOTOLAR

06.05.2024 | 13:00
Paşinyan mətbuat konfransı keçirəcək

06.05.2024 | 12:55
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi

06.05.2024 | 12:53
DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət

06.05.2024 | 12:44
Şamo Mürşüdova yüksək vəzifə VERİLDİ

06.05.2024 | 12:36
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 12:08
Ulu öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi Azərbaycanı yenidən qurdu

06.05.2024 | 12:06
Taleh Kazımov bank rəhbərlərini topladı - Tapşırıqlar verildi

06.05.2024 | 11:45
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO

06.05.2024 | 11:24
QALIBDI

06.05.2024 | 11:12
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

06.05.2024 | 11:11
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO

06.05.2024 | 11:09
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi - VİDEO

06.05.2024 | 11:02
Qazaxın bu kəndində də delimitasiyaya başlanıldı

06.05.2024 | 11:01
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

06.05.2024 | 10:39
Qəbul imtahanına qeydiyyat başa çatır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031