COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır

Image

23 Aprel 2024-cü il tarixdə ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum öz işinə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edərək tədbir iştirakçılarının suallarını cavablandırdı. Forum sonrakı günlərdə Azərbaycanın işğaldan azad olunan Laçın şəhərində öz işini davam etdirdi və Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə konfrans baş tutdu. Forum, həmçinin iştirakçılara Laçında inkişaf layihələri ilə yaxından tanış olmaq imkanı yaratdı. 

Məlumat üçün qeyd edək ki, 2023-cü ilin dekabrında baş tutmuş sonuncu forumdan sonra ölkəmizlə bağlı bir sıra dəyişikliklər olmuşdur. Bunların içərisində ən vaciblərdən biri heç şübhəsiz ölkəmizin BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə olaraq seçilməsidir. Bu, Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Eyni zamanda, son günlərin ən əlamətdar hadisəsi illərdir ki, işğal altında olan Qazaxın dörd kəndinin ölkəmizə qaytarılması da ötən dövrün mötəbər hadisələrindən biri kimi tarixə yazılmışdır. Bütün bu yeniliklərin fonunda baş tutan Forumda ölkə başçımız, həm ölkəmizi, həm regionumuzu, həm də ümumilikdə dünyanı əhatə edən proseslərlə bağlı vacib fikirlər səsləndirərək dünya mediasının da gündəmində yer aldı. Azərbaycan Prezidentinin çıxışının əsas başlıqlarını bu şəkildə sıralamaq olar: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərildiyi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətdiyi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələr aparmaq üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağı. Bu fikirlərin hər biri ayrı-ayrılıqda kifayət qədər diqqət çəkicidir. Lakin xüsusilə, sonuncu fikir Cənubi Qafqazda yeni bir tarixi səhifənin açıldığını demək üçün əsas verir. Təəssüfləndirici faktdır ki, Cənubi Qafqaz çox uzun illər iğtişaşların, müharibələrin, qanlı toqquşmaların məskəni olmuş, sabitlik və rifah dövrünə keçidi ləngimişdir. Bunun əziyyətini isə əlbəttə ki, burada yaşayan xalqlar çəkmişdir. Ancaq indi, Azərbaycan və Ermənistan dövlətləri arasında sülh prosesinə doğru əmin addımlarla irəlilənir ki, bu da gələcəyə nikbinliklə baxmaq üçün hər birimizi həvəsləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda sualları cavablandırarkən belə bir fikir səsləndirdi: COP29 ərəfəsində sülh danışıqları prosesində ciddi irəliləyişə nail olmaq ehtimalının yüksək olması qənaətindəyəm. Bəli, ölkə başçımızın bu bəyanatı bölgənin gələcəyi ilə bağlı hər birimizi ümidləndirir. İki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı ilkin addımların atılması, Qazaxın dörd kəndinin ölkəmizin nəzarətinə qaytarılması, Ermənistan tərəfinin sülh müqaviləsində qondarma dağlıq qarabağla bağlı heç bir müddəanın olmayacağını qəbul etməsi və digər addımlar sülh müqaviləsinin o qədər də uzaq olmadığını demək üçün kifayət edir. Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan və Ermənistan tərəfləri arasında növbəti görüşün Qazaxıstan Respublikasında keçirilməsi ehtimalı var. Ancaq burada söhbət heç də vasitəçilik missiyasından getmir. Ötən dövrdə baş verənlər göstərdi ki, iki dövlət arasında razılıq əldə olunması üçün hansısa dövlətlərin vasitəçiliyinə ehtiyac yoxdur. Görüşün Qazaxıstanda keçirilməsi yalnız məkan seçimi ilə əlaqədardır. Beləliklə, hansısa üçüncü dövlətlərin ambisiyaları, bölgədə maraqları olmazsa iki ölkə istənilən mövzuda gec-tez razılığa gələ və Cənubi Qafqazda birgə yaşayış və əməkdaşlıq dövrünün əsası qoyula bilər. 

 

Təranə İskəndərova

Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri

 








XƏBƏR LENTİ

06.05.2024 | 13:28
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 13:26
Jurnalistdən Rusiyada yaşayan iş adamlarına irad: “Soydaşlarımızı bazara yox, KİV-lərə yerləşdirin” - Video

06.05.2024 | 13:14
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın coğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”

06.05.2024 | 13:10
MEK tərəfindən Quba Regional Elmi Mərkəzinin Kitabxanasına nəşrlər təqdim edilib

06.05.2024 | 13:05
ABŞ səfiri nəhayət Şuşaya GETDİ - FOTOLAR

06.05.2024 | 13:00
Paşinyan mətbuat konfransı keçirəcək

06.05.2024 | 12:55
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi

06.05.2024 | 12:53
DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət

06.05.2024 | 12:44
Şamo Mürşüdova yüksək vəzifə VERİLDİ

06.05.2024 | 12:36
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 12:08
Ulu öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi Azərbaycanı yenidən qurdu

06.05.2024 | 12:06
Taleh Kazımov bank rəhbərlərini topladı - Tapşırıqlar verildi

06.05.2024 | 11:45
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO

06.05.2024 | 11:24
QALIBDI

06.05.2024 | 11:12
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

06.05.2024 | 11:11
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO

06.05.2024 | 11:09
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi - VİDEO

06.05.2024 | 11:02
Qazaxın bu kəndində də delimitasiyaya başlanıldı

06.05.2024 | 11:01
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

06.05.2024 | 10:39
Qəbul imtahanına qeydiyyat başa çatır

06.05.2024 | 10:36
Mirzoyan Macarıstana GEDİR

06.05.2024 | 10:06
Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.

06.05.2024 | 09:05
Bu yollarda tıxac var - Fotolar

06.05.2024 | 09:04
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

05.05.2024 | 12:57
İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub (FOTO)

05.05.2024 | 12:49
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb (FOTO)

05.05.2024 | 12:37
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir (FOTO)

05.05.2024 | 12:34
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)

05.05.2024 | 12:02
Gəncədəki Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olundu - FOTOLAR

05.05.2024 | 11:56
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib - FOTOLAR

05.05.2024 | 11:50
Bu gün 12 minə yaxın şəxs imtahan verəcək

04.05.2024 | 22:50
“Qarabağ” “Neftçi”ni yenə darmadağın etdi - Video

04.05.2024 | 22:47
Daha bir ölkəyə vizasız gedəcəyik

04.05.2024 | 21:47
Ölkəmizdə dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər təşkil olunur

04.05.2024 | 21:35
Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür

04.05.2024 | 20:40
Əhmədbəyli-Füzuli-Şuşa yolundan yeni görüntülər

04.05.2024 | 20:15
Müsavat parlament seçkilərində iştirak edəcək

04.05.2024 | 20:09
XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib

04.05.2024 | 20:04
Prezident Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

04.05.2024 | 18:36
Xankəndi Şəhər Prokurorluğu yaradıldı

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031