Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər
Dünyanın ən məşhur turizm şəhərlərindən biri olan Venesiya turistlərdən şəhərə bir günlük səfər üçün pul almaq üçün eksperimentə başlayıb.
"Gununxeberi.az " xarici mediaya istinadən xəbər verir ki, Venesiya ilk dəfə bir günlük səyahətə gələn və gecələməmiş turistlərdən şəhərə giriş üçün 5 avro tələb etməyə başlanılıb. Venesiyada ödənişli giriş saat 8:30-dan 16:00-a qədər etibarlı olacaq.