COP29 sülh prosesinin nəticəsidir

Image

COP29 sülh prosesinin nəticəsidir

23 Aprel 2024-cü il tarixdə ADA Universitetində 30 ölkədən 70-dək ekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirildi. Dövlət başçımız forumda iştirak edərək geniş məzmunlu çıxış etdi və tədbir iştirakçılarının suallarını cavablandırdı. 

Azərbaycan Prezidentinin çıxışı, həmin tədbirdə aparılan müzakirələr, beyin mərkəzlərinin iştirakı ilə keçirilən diskusiyalar payızda keçirilməsi nəzərdə tutulan COP - Tərəflərin Konfransının tövsiyələrinə uyğun idi. Müzakirələr bütövlükdə dünyaya çağırış, ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün acı nəticələrinin təhlili və regionumuzda baş verən dəyişikliklərlərə paralel olaraq gedən prosesləri əhatə edirdi. Ölkə başçımız ünvanlanan hər bir suala böyük təmkin və dəqiqliklə cavab verərək siyasi ustalığını bir daha nümayiş etdirdi. İştirakçıları və ümumilikdə bütün dünyanı heyrətə salan bu hazırcavablıq Forumda da bir daha qeyd edildi. 

Azərbaycan Prezidenti COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi bildirdi ki, bu il COP-un mövzusu maliyyə olsa da ev sahibi ölkə kimi Azərbaycan gündəliyə bir neçə mövzu əlavə edə bilər. Bu mövzulardan biri də sülh olacaqdır. Əlbəttə ki, bu qərar əbəs yerə alınmayıb. Ən azından öna görə ki, bu gün Azərbaycanın COP-a ev sahibliyi etməsi elə sülhə doğru atılmış addımların nəticəsidir. Hər birimiz xatırlayırıq ki,ötən ilin sonlarında Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürərək xoş niyyət göstərmişdir. Düzdür, Ermənistanın addımları hər zaman güvən doğurmur ancaq bu addım sülhə doğru atılmış ciddi bir addımdır. Dövlət başçımız Forumdakı çıxışında bunu xatırladaraq qeyd etmişdir ki, COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir. O da vurğulanmışdır ki, COP29 ərəfəsində Azərbaycan-Ermənistan sülh danışıqları prosesində ciddi irəliləyişə nail olmaq ehtimalı yüksəkdir. Bütün bunlar, müsbət tendensiyanın göstəricisidir. Sülh prosesində irəliləyişin əsas səbəblərindən biri isə heç şübhəsiz ötən ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən peşəkarlıqla aparılan bir günlük antiterror əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranın nəzarətimizə qaytarılması və bununla da Ermənistanın qondarma dağlıq qarabağın müxtariyyəti kimi sərsəm iddiaları tamamilə leksikonundan çıxarmağa məcbur olmasıdır. Məlumdur ki, sülh prosesində ənsas problemlərdən biri məhz bu idi. Dövlətimiz beynəlxalq hüquqa uyğun olaraq Qarabağı Azərbaycanın daxili işi olaraq xarakterizə edir, Ermənistan isə tamamilə ağıl və məntiq çərçivəsindən kənara çıxaraq Qarabağda öz müqəddəratını təyin etməkdən danışırdı. Bu gün isə bu problem kökündən həll olub. Son günlərdə Qazaxın işğal altında olan dörd kəndinin qaytarılması isə sülh prosesində əsaslı irəliləyiş olduğunu bir daha təsdiq edir. Dövlət başçımız çıxışı zamanı onu da qeyd etdi ki, Azərbaycan heç vaxt bu məsələni unutmamışdı. İşğal altında olan digər üç kəndlə bağlı məsələ isə daha qarışıq olduğu üçün irəliləyən tarixdə həll edilə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, iki ölkə arasında birbaşa danışıqlar olduğu zaman problemlərin həlli istiqamətində çalışmaq daha mümkün olur. Prezident İlham Əliyev onu da qeyd etdi ki, iki ölkə arasında danışıqların növbəti dayanacağı Qazaxıstan Respublikası ola bilər. Qazaxıstan dövləti tərəfindən ortaya qoyulmuş bu təklifə Azərbaycan müsbət cavab verib. Ermənistan da bənzər mövqe nümayiş etdirərsə görüşlər Qazaxıstanda keçirilə bilər. Buradakı vacib nüans isə Qazaxıstanın sadəcə görüş üçün nəzərdə tutulmasıdır. Burada heç bir vasitəçi mövqeyindən söhbət getmir. Təcrübə göstərir ki, birbaşa danışıqlar daha əsaslı nəticələri mümkün edir. 

Prezident İlham Əliyev bütün müsbət tendensiyalarla yanaşı onu da qeyd etdi ki, bəzi ölkələr - xüsusilə Fransa, Yunanıstan, Hindistan nümayişkəranə şəkildə Ermənistanı silahlandıraraq bizə nəyisə sübut etməyə çalışır. Bununla bağlı Azərbaycan Prezidenti açıq mesaj verdi:   Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. Ümid edirik ki, Ermənistan da, onun qeydinə qalmaq adı ilə kirli əməllərinə don geyindirməyə çalışan böyük bacı və qardaşlar da bu mesajdan lazımi dərsi çıxarar. Əks halda yenidən tədbirlər görməyə məcbur olacaq Azərbaycanı heç kim atılan addımlarda günahlandıra bilməz. 

 

 

Lamiyə Quliyeva

Pirallahı rayonu, N.S.Teymurov adına 231 №li tam orta məktəbin direktoru

 








XƏBƏR LENTİ

06.05.2024 | 16:00
Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

06.05.2024 | 15:54
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO

06.05.2024 | 15:47
Britaniyalı səfir Rusiya XİN-ə çağırıldı

06.05.2024 | 15:20
YAP Sabunçu rayon təşkilatı məktəblilər arasında şahmat turniri keçirdi - FOTOLAR

06.05.2024 | 15:11
Bu şəxslər 1500 manat cərimələnəcək

06.05.2024 | 15:06
Səhiyyə naziri əhaliyə çağırış etdi - Video

06.05.2024 | 15:06
Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

06.05.2024 | 15:04
Prezident bu Sazişi təsdiqlədi

06.05.2024 | 15:02
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətedib

06.05.2024 | 14:58
Kirantsda sərhədin delimitasiyası zamanı erməni hərbçi minaya düşüb

06.05.2024 | 14:40
Daha bir rayonda sümük fraqmentləri TAPILDI

06.05.2024 | 13:28
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 13:26
Jurnalistdən Rusiyada yaşayan iş adamlarına irad: “Soydaşlarımızı bazara yox, KİV-lərə yerləşdirin” - Video

06.05.2024 | 13:14
Eldar Quliyev: “Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın coğrafi yerləşməsindən yaranan strateji üstünlüyün milli maraqlarımıza xidmət etməsini təmin edir”

06.05.2024 | 13:10
MEK tərəfindən Quba Regional Elmi Mərkəzinin Kitabxanasına nəşrlər təqdim edilib

06.05.2024 | 13:05
ABŞ səfiri nəhayət Şuşaya GETDİ - FOTOLAR

06.05.2024 | 13:00
Paşinyan mətbuat konfransı keçirəcək

06.05.2024 | 12:55
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edildi

06.05.2024 | 12:53
DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət

06.05.2024 | 12:44
Şamo Mürşüdova yüksək vəzifə VERİLDİ

06.05.2024 | 12:36
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

06.05.2024 | 12:08
Ulu öndər Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi Azərbaycanı yenidən qurdu

06.05.2024 | 12:06
Taleh Kazımov bank rəhbərlərini topladı - Tapşırıqlar verildi

06.05.2024 | 11:45
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO

06.05.2024 | 11:24
QALIBDI

06.05.2024 | 11:12
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

06.05.2024 | 11:11
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO

06.05.2024 | 11:09
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi - VİDEO

06.05.2024 | 11:02
Qazaxın bu kəndində də delimitasiyaya başlanıldı

06.05.2024 | 11:01
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

06.05.2024 | 10:39
Qəbul imtahanına qeydiyyat başa çatır

06.05.2024 | 10:36
Mirzoyan Macarıstana GEDİR

06.05.2024 | 10:06
Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.

06.05.2024 | 09:05
Bu yollarda tıxac var - Fotolar

06.05.2024 | 09:04
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

05.05.2024 | 12:57
İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub (FOTO)

05.05.2024 | 12:49
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb (FOTO)

05.05.2024 | 12:37
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilir (FOTO)

05.05.2024 | 12:34
Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib (FOTO)

05.05.2024 | 12:02
Gəncədəki Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olundu - FOTOLAR

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031