Litva İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edən ilk Avropa İttifaqı (Aİ) ölkəsi oldu.
"Gununxeberi.az " "Delfi" portalına istinadən xəbər verir ki, Litva Seyminin bu qərarını jurnalistlərə parlamentin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Emanuelis Zingeris açıqlayıb.
"Aİ-də bu təşkilatın terrorçu xarakteri ilə bağlı bəyanat verən ilk biz olduq. İndi Daxili İşlər Nazirliyi SEPAH üzvlərinin Litva sərhədini keçməməsini təmin etməlidir", - o bildirib.