Mədəniyyət komitəsinin iclasında-Fotolar

Image



   

Oktyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

İclası açan komitə sədrinin müavini Günay Əfəndiyeva deputatları cari il sentyabrın 1-də, Azərbaycanın bütün suveren ərazisində baş tutmuş növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Komitə sədrinin müavini diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Əvvəlcə, gündəliyin birinci məsələsi – Mədəniyyət komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi təqdim olunub. Günay Əfəndiyeva diqqətə çatdırıb ki, sənəddə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi nəzərdə tutulub.

Sonra gündəlikdəki qanun layihələrini təqdim edən Günay Əfəndiyeva, qanun layihələrinin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu diqqətə çatdırıb.

İclasın gündəliyində ikinci məsələ olan - “Turizm haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) daxil edildiyini deyən komitə sədrinin müavini təklif olunan dəyişikliklər barədə məlumat verib. Qeyd edilib ki, dəyişikliklər ölkəmizdə turizm sahəsində aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olmaqla yanaşı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün zəmin yaradacaq.

Gündəliyin üçüncü məsələsi ilə bağlı danışan komitə sədrinin müavini bildirib ki, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsində nəzərdə tutulmuş əlavə və dəyişikliklər ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının müdafiəsi sahəsində aparılan dövlət siyasətinin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Məsələlərin müzakirəsi zamanı çıxış edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələri barədə ətraflı məlumat verib. O bildirib ki, “Turizm haqqında” qanuna təklif olunan dəyişikliklər bu sahədə mövcud olan bir sıra mühüm məsələlərin həllini nəzərdə tutur. Gündəliyin üçüncü məsələsi haqqında danışan şöbə müdiri qeyd edib ki, layihə əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiramiz söz və ifadələrin mənfi təsəvvürlər yaratmayan söz və ifadələrlə əvəz olunmasını nəzərdə tutur.

Fikir mübadiləsi şəraitində keçən müzakirələrdə komitə sədrinin müavini Günay Əfəndiyeva, komitə üzvləri Sahib Alıyev, Əlibala Məhərrəmzadə, Tənzilə Rüstəmxanlı, Novruzəli Aslanov, Ülviyyə Həmzəyeva, Elnarə Akimova çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Deputatlar qanunlara təklif olunan əlavə və dəyişikliklərin müvafiq sahələrdə qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə ediblər. 

İclasın sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Şahin Seyidzadə, Mixail Zabelin və digər rəsmi şəxslər də iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Mədəniyyət komitəsinin iclasında
Mədəniyyət komitəsinin iclasında
Mədəniyyət komitəsinin iclasında








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031