Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Image





Oktyabrın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

İclası açan komitənin sədri Sadiq Qurbanov  komitə üzvlərini cari il sentyabrın 1-də, Azərbaycanın bütün suveren ərazisində şəffaf və demokratik şəraitdə baş tutmuş növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Komitə sədri əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini müzakirəyə təqdim edib. O, diqqətə çatdırıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. Bundan başqa sessiya ərzində rəqəmsallaşmanın ətraf mühitə təsiri və  ekologiyanın digər aktual məsələləri ilə bağlı dinləmələrin, müzakirələrin və müvafiq  tədbirlərin  keçirilməsi nəzərdə tutulub.

Sonra iclasda gündəliyə daxil olan  “Balıqçılıq haqqinda”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Komitə sədri qanun layihəsində balıqçılıq və ovçuluq fəaliyyətlərinin tənzimlənməsi, heyvanlar aləminin mühafizəsi və ətraf mühitin qorunması ilə bağlı təklif olunan təkmilləşdirmələrdən danışıb.

Gündəliyin üçüncü məsələsi olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd hüquqi sistemin müasirləşdirilməsi və cəmiyyətin təhlükəsizliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəyişikliklər arasında, ekoloji cinayətlərə və inzibati xətalara cəzaların tətbiqi, eləcə də müvafiq məsuliyyətlərin artırılmasının ekoloji mühitin mühafizəsinə və təbii ehtiyatların istifadəsinə müsbət təsir edəcəyi vurğulanıb.

Sonra “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bu qanun layihəsində  heyvanların mühafizəsi, ekosistemlərin qorunması və yaşıllıqların saxlanılması ilə bağlı müasir tələblər təsbit olunub.

İclasda son olaraq “Azərbaycan Respublikası Hökuməti ilə birgə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişimləri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi nəzərdən keçirilib.

Məsələlərin müzakirəsində komitə sədrinin müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Naqif Həmzəyev, Asif Əsgərov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirqasım Qənbərov təqdim olunan qanun layihələri barədə fikirlərini və qeydlərini bildiriblər.

Deputatlar komitənin 2024-cü il payız sessiyası üçün iş planını təsdiqləyiblər, qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Vüqar Rəhimzadə, Bədəl Bədəlov və Eyvaz Qurbanov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin şöbə müdiri Sadiq Dərafərin  və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin iclasında
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin iclasında
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin iclasında








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031