Regional məsələlər komitəsinin iclasında

Image

 

Oktyabrın 4-də VII çağırış Milli Məclisin Regional məsələlər komitəsinin 2024-cü il payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov növbədənkənar seçkilərdə deputat mandatı qazanmış komitə üzvlərini yeni sessiyanın başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın işğaldan azad edilməsinin növbəti ildönümü olduğunu, hazırda ərazi bötüvlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu vurğulayıb. İclasda torpaqlarımızın işğaldan azad edilməsini arzulayan və bunu vəsiyyət edən Ulu öndər Heydər Əliyevin, habelə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Siyavuş Novruzov iclasın gündəliyində iki məsələnin – Regional  məsələlər komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı layihəsinin, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) olduğunu söyləyib.

Komitə sədri, əvvəlcə, Regional  məsələlər komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. O, bildirib ki, sessiya çərçivəsində qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət sahəsinə aid müxtəlif mövzularda dinləmələrin keçirilməsi, aidiyyəti qurumlardan daxil olan təkliflərin təhlili, vətəndaşların müraciətlərinə baxılması nəzərdə tutulur.

Sonra Siyavuş Novruzov “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Komitə sədri diqqətə çatdırıb ki, layihə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim edilib. Sənəddə təklif olunan dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar. Bir qrup dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə  yuxarıda göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddətlərinin dəyişdirilməsi  məqsədi ilə hazırlanıb. Qeyd olunub ki, layihədə, ümumilikdə 37 maddəyə dəyişikliklər təklif olunur. Bu dəyişikliklər bələdiyyələrin daha səmərəli fəaliyyət göstərmələrinə, vətəndaşlara göstərdikləri xidmət səviyyəsinin daha keyfiyyətli olmasına şərait yaradır.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri Aydın Mirzəzadə, Elşən Musayev, Elman Məmmədov, Tahir Rzayev, Məzahir Əfəndiyev, Arzuxan Əli-zadə komitənin payız sessiyası üçün iş planını məqbul hesab ediblər, qanun layihəsindəki dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyiblər. Deputatlar bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində ölkədə görülən işləri, o cümlədən bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini yüksək qiymətləndiriblər. Millət vəkilləri öz çıxışlarında bir sıra qeyd və təkliflərini də səsləndiriblər.

Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin sədr müavini Nurlan Həsənov, üzvləri Vasif Qafarov, Səttar Möhbalıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Regional məsələlər komitəsinin iclasında
Regional məsələlər komitəsinin iclasında
Regional məsələlər komitəsinin iclasında
Regional məsələlər komitəsinin iclasında








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031