Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib-Fotolar

Image

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirilib


Oktyabrın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirildi.

İclası açan komitənin sədri Əli Hüseynli Azərbaycan Respublikası Yeddinci çağırış Milli Məclisinin üzvü seçilmələri münasibətilə komitə üzvlərini təbrik etdi, onlara uğurlar arzuladı.

Komitə sədri bildirdi ki, bugünkü onlayn iclasın gündəliyinə 10 məsələ daxildir. Gündəliyin birinci məsələsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı layihəsidir. 

Əli Hüseynli məlumat verdi ki, iş planı komitə üzvlərinə təqdim olunub və orada nəzərdə tutulan ən mühüm məsələ “Beynəlxalq müqavilələr haqqında” qanun layihəsidir. Bu qanun layihəsi dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edir. Komitə sədri bildirdi ki, iş planı ilə bağlı komitə üzvləri öz təkliflərini təqdim edə bilərlər. 

Komitənin payız sessiyası üçün iş planı təsdiq olunduqdan sonra Əli Hüseynli gündəliyin ikinci məsələsi olan  “Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat” barədə  bildirdi ki, sənəddə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və müxtəlif apellyasiya məhkəmələrinə hakimlərin namizədliyi irəli sürülür.

Sonra onlayn iclasda iştirak edən Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov təqdimat barədə fikirlərini bölüşdü, hakimlərin seçilməsi prosesi, onların fəaliyyətinin qiymətləndirilməsi və digər sahələrdə görülmüş işlərdən danışdı.

Sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov təqdim olunan namizədlər haqqında məlumat verdi. 

Gündəliyin növbəti məsələsi olan    “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə danışan komitə sədri Əli Hüseynli bildirdi ki, təklif olunan dəyişikliklər hakimlərin seçilməsi prosesinin sürətləndirilməsi məqsədi daşıyır. 

Qanun layihəsi barədə məlumat verən Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev layihədə hakimlərin seçilməsi prosesində nəzərdə tutulan yeniliklər barədə məlumat verdi. Bildirdi ki, layihədə vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur. Belə ki, hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarət olacaq. Eyni zamanda, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının – Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması da nəzərdə tutulur.

    Sonra gündəliyin 4-cü məsələsi - Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə komitə üzvü Kamal Cəfərov məlumat verdi.

O, bildirdi ki, bu qanunlara təklif olunan dəyişikliklərin məqsədi antikorrupsiya sahəsindəki milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Sonra komitənin sədr müavini Elşən Musayev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verdi.

O, qeyd etdi ki, təklif olunan dəyişiklik uyğunlaşdırma xarakterlidir və qanunvericiliyin daha da təklmilləşdirilməsinə xidmət edir.

Sonra  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin qalan 5 məsələsinin də uyğunlaşdırma xarakterli olduğunu diqqətə çatdırdı. Bunlar “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və sonuncu məsələ  Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. (birinci oxunuş)

Komitə üzvlərinin qeyd və təklifləri dinlənildikdən sonra gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.

Onlayn iclasda komitə üzvləri Mübariz Qurbanlı, Fəzail İbrahimli, Kamran Bayramov, Əminə Ağazadə, Bəhruz Məhərrəmov, Azay Quliyev, Erkin Qədirli, Sabir Hacıyev, Nurlan Həsənov və digər rəsmi şəxslər iştirak edirdilər.


Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

Gununxeberı.az 







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031