Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Image


 

Tale  1993 – cü  ildə  respublikanı  növbəti  dəfə  çətin  sınaqlarla  üz-üzə  qoyanda  xalq  yeganə  xilaskar  kimi  Heydər  Əliyevi  hakimiyyətdə  görmək  istədi. 1993-cü ilin  iyununda  Bakıya  qayıdan  Heydər  Əliyev  yorulmaq  bilmədən,  qətiyyətlə  Azərbaycanın  başı  üstünü  almış  vətəndaş  müharibəsi  alovunu  söndürdü,  ölkədə  baş  alıb  gedən  qanunsuz  silahlı  dəstələr  zərərsizləşdirildi, ictimai-siyasi  sabitliyin  tam  bərpasına, qanunçuluğun  və  hüquq  qaydalarının  möhkəmləndirilməsinə, cəbhə bölgəsində  atəşkəs rejiminə  nail  olundu.


Ulu  öndər  xalqın  təkidi  ilə  hakimiyyətə  qayıtdıqdan  sonra  hələ  70-80 – ci  illərdə  respublikada  formalaşdırılmış  zəngin  elmi-intellektual  potensiala  istinad  edərək  özünün  təkmil  təhsil  konsepsiyasını  irəli  sürdü,  milli  tərəqqi  baxımından  strateji  əhəmiyyət  daşıyan  bu  sahənin  problemlərini  xüsusi  diqqət  mərkəzində  saxladı,  elm  sahəsində  hökm  sürən  tənəzzülün  qarşısı  alındı,  təhsilin  öz  məcrasına  düşməsi, inkişafı  üçün  əlverişli  iqtisadi  şərait,  hüquqi  və  mənəvi-əxlaqi  mühit  fomalaşdırıldı.  Bu  böyük  şəxsiyyətin  müstəqil  Azərbaycan  xalqı  və  dövləti  qarşısındakı  misilisiz  xidmətləri,  eyni  zamanda,  ciddi  təmələ  əsaslanmaqla  həyata  keçirdiyi  fəal  maarifçilik  siyasətində  parlaq  surətdə  təcəssümünü  tapdı. Ulu  öndər  H.Əliyev  Azərbaycan  təhsilinin  milli  əsaslar  üzərində  çağdaş  dünya  təhsil  sisteminə  inteqrasiyasını  başlıca  vəzifə  kimi  aktuallaşdırdı, elm-təhsil  sahəsində  mütərəqqi  islahatları  ardıcıllıqla  həyata  keçirdi. 

    

Zaman  sübut  edir  ki,  hər  bir  xalqın  vahid  məqsədlər  uğrunda  toparlanması  üçün  zəruri  olan  milli  ideologiya  da  böyük  siyasi  liderlərin  dövlətçilik  konsepsiyasında  real  əsaslarını  tapır. Ulu  öndər  Heydər  Əliyev  müstəqil  Azərbaycana  rəhbərlik  etdiyi  dövrdə  tarixi  ənənə  və  təməl  üzərində  milli  ideologiyanın  formalaşması  və  inkişafı  naminə  misilsiz  xidmətlər  göstərmiş,  milli  düşüncənin  düzgün  məcrada  inkişafına  nail  olmuş,  xalqa  məxsus  ənənə  və  dəyərlər  sistemini  qloballaşmanın  sərt  təsirlərindən  qorumağı  bacarmışdır.

    

Dahi  rəhbər  müstəqil  Azərbaycanın  perspektiv  iqtisadi,  siyasi,  hüquqi  inkişaf  prioritetlərini  açıqlamış,  demokratik  inkişafa  doğru  sürət  götürmüş  dövlətini  qısa  müddət  ərzində  möhkəmlənən,  qüdrətlənən,  regionda,  ümumilikdə,  dünyada  həlledici  təsir  məkanına  çevirmişdir. 1996-cı ildən  uğurla  reallaşdırılan  bu  strategiya  nəticəsində  ölkə  iqtisadiyyatının  strukturu  mülkiyyət  və  təşkilati-hüquqi  baxımdan  köklü  surətdə  dəyişdirilmişdir. Ümummilli  liderin  milli  dövlətçilik  qarşısında  ən  böyük,  misilsiz  xidmətlərindən  biri  də  müstəqil  Azərbaycanın  yeni  neft  strategiyasının  hazırlanması  və  1994 – cü  ildən  uğurla  həyata  keçirilməsi  olmuşdur. Eyni  zamanda  1995- ci  ilin  12  noyabrında  ümumxalq  səsverməsi  yolu  ilə  qəbul  edilmiş  müstəqil  Azərbaycan  Respublikasının  Konstitusiyasında  hakimiyyət  bölgüsü  prinsipi,  demokratik,  hüquqi  və  dünyəvi  dövlət  quruculuğunun  hüquqi  əsasları,  insan  hüquq  və  azadlıqlarının  qeyri-şərtsiz  təmin  olunmasının  bünövrəsi  qoyulmuşdur. Azərbaycan  demokratik, hüquqi,  dünyəvi  dövlət  kimi  ilk  dəfə  olaraq  insan  hüquqlarının  prioritetliyini  və  hakimiyyət  bölgüsünü  özünün  gələcək  inkişaf  yolu  kimi  seçmişdir.  Bundan  sonra  müstəqil  Azərbaycanda  çoxpartiyalı  sistem,  siyasi  plüralizm,  söz,  mətbuat  və  sərbəst  toplaşmaq  azadlığı  bərqərar  olmuş,  dövlət  idarəçilik  sistemi  tamamilə  yenidən  qurulmuş,  məhkəmə-hüquq  islahatları  aparılmışdır. Ulu  öndərin  respublikaya  rəhbərliyi  illərində  ölüm  cəzasının,  mətbuat  üzərində  siyasi  senzuranın  ləğvi,  Azərbaycanın  Avropa  Şurasına  tamhüquqlu  üzv  qəbul  edilməsi,  respublikada  üçpilləli  məhkəmə  sisteminin  formalaşdırılması,  Konstitusiya  Məhkəməsinin  fəaliyyıətə  başlaması,  İnsan  Hüquqları  üzrə  Müvəkkil  İnstitutunun  yaradılması,  konstitusiyaya  mütərəqqi  ruhlu  əlavə  və  dəyişikliklərin  edilməsi  və  digər  məsələlər  demokratik  inkişaf  yolunda  əldə  etdiyimiz  mühüm  nailiyyətlərdən  olmuşdur.

    

Ulu öndər özünün böyük siyasi təcrübəsi və səriştəsi sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin milli maraqlara uyğunlaşdırılmasını da təmin etmişdir. Bütün bunlarla yanaşı,xalqın milli mədəniyyətinin və mənəvi əxlaqi dəyərlərinin də qorunub saxlanılması üçün daim böyük səylər göstərmişdir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəsində baş verən addımlar hesabına bu sahədə yönələn vəsaitlərin yüksəlməsi yeni bir intibah mərhələsinin əsasını qoymuşdur.

  

H.Əliyev  epoxası  tariximizə  qızıl  hərflərlə  həkk  olunmuş  bir  əbədiyyət  dastanıdır. Ulu  öndər  dünya  azərbaycanlılarının  lideri  olduğundan  onun  Azərbaycana və  azərbaycanlılara  duyğulu  arzusu  diqqəti  cəlb  edir:

    

“Harada  yaşamasından  asılı  olmayaraq,  hər  bir  ailəyə,  hər  bir  azərbaycanlıya  xoşbəxt  həyat  və  xoşbəxt  gələcək  arzulayıram. Qoy  çaylarımız  qurumasın!  Qoy  ağaclarımız  kəsilməsin!  Qoy  çırağımız  sönməsin.”

    

Dahilər  ölmürlər,  onlar  dünyasını  dəyişirlər!



Təyyubə Hüseynova

Abşeron rayonu, Saray qəsəbə 3 nömrəli tam

orta məktəbin direktoru, Əməkdar müəlllim








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031