Millətin sevgisini qazanmış Dahi Rəhbər.

Image



 “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək, bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Heydər Əliyev

Tarixi təlatümlər xarakterik olan 1993-cü ilin oktyabrın 3-də prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi. Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Onun əsas prioriteti dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir idi.

Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. 

Ulu öndər qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. 

Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Məhz Ulu Öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür. 

Dahi Şəxsiyyət Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Onun tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. 

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Dünya Azərbaycanlılarının I qurultayında(10 noyabr 2001-ci il) o bildirirdi ki: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.” və yaxud Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda (21 noyabr 1998-ci il) deyirdi: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.” Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.

Heydər Əliyev gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və digər bu kimi adlar qazanmışdır. Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbrliliyində, nəzəriyyəyə istinad etməsində və bir çox digər məsələlərdə Ulu Öndərin fenomenallığı sübut olunmuş faktdır. 

Hal- hazırda Ulu Öndər Heydər Əliyevin siyasi dəstxətti onun ən layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.


Əkbərova Turan.

Xəzər rayonu, 230 nömrəli tam orta məktəb  










XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031