3 oktyabr 1993-cü il - Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

Image


3 oktyabr 1993-cü il - Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

Fikir dahilərindən biri haqlı olaraq qeyd edir ki, qazanmadan əvvəl layiq olduğunuza inanın. Uzun illər işğal olunaraq dövlət müstəqilliyinə, vətəndaşlarının azad yaşamaq arzusuna divan tutulmuş Azərbaycan  özgür yaşamağa layiq idi. Azadlıq, müstəqillik arzusuyla çarpışan, müxtəlif millətlərə, dinlərə qucaq açan Azərbaycanın haqqı idi bu müstəqillik. Övladının qanı hesabına ölkəmiz tarixi haqqına qovuşdu. Azərbaycan müstəqilliyini dünyaya bəyan etdi, üçrəngli bayrağımız azadlığımızın təsdiqi kimi bütün ölkə ərazisində vətəndaşlarımıza sevinc yaşadırmış, onları xoşbəxt edirmiş kimi dalğalanmağa başladı.

Amma xalqımız bu bəxtəvərliyin- azadlığın şirinliyini dadmamış onu itirmək təhlükəsi ilə üzləşdi. Təsadüfi şəxslərin rəhbərlikdə təmsil olunmasının nəticəsi olaraq müstəqil Azərbaycan yıxılmışdı. Yanlış daxili, xarici siyasət, populist bəyanatlar ölkəmizi beynəlxalq aləmdən təcrid etmişdi. Ölkədə işsizlik, ərzaq çatışmazlığı, digər sosial problemlər ümumvətəndaş itaətsizliyi yaratmış, ölkədə xaos hökm sürürdü. Azuolunmaz vəziyyətin nəticəsi olaraq torpaqlarımız işğal olunur, bütün bunlar azmış kimi ölkəni separatizm alovu bürümüş Azərbaycanın müstəqilliyi qəsd olunmağın bir addımlığında idi. Belə ağır, dözülməz vəziyyətdə meydanlara çıxan xalq  təkidlə böyük Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Beləliklə, bütün fəaliyyəti dövründə xalqının maraqlarına şərəflə xidmət etmiş Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Vətənin dahi övladı ilk növbədə qardaş qırğınının qarşısını alaraq ölkədə sabitlik yarada bildi, həqiqi lider kimi xalqımızın milli birliyinə nail oldu. Ölkədə hüquqi dövlət quruculuğu prosesinə başlanıldı, qanunun aliliyi təmin olundu.

Respublikanın daxili və xarici siyasət kursunu tamamilə dəyişdirən böyük strateq Azərbaycanı sivil dünyaya inteqrasiya etdi. Daxili və xarici düşmənlərin bütün maneçiliyinə baxmayaraq böyük Heydər Əliyev ölkəmizi beynəlxalq münasibətlər sisteminin vacib aktoruna çevirdi. Çevik, praqmatik qərarları, uzaqgörən siyasəti ilə dünyanı heyran edən Heydər Əliyev anti- Azərbaycan qüvvələrə sübut etdi ki, Xalq-Lider birliyinin gücü qarşısında fövqəl dövlətlər belə zəifdir, müstəqil olmaq Azərbaycanın və azərbaycanlıların haqqıdır. Bu haqqı lideri olduğu bir xalqdan heç bir qüvvə ala bilməz və hər hansı bir namərd gülləsi onu yolundan döndərə bilməyəcək. Heydər Əliyev belə tarixi şəxsiyyət, əzəmətli insan idi. Məhz bunun nəticəsi olaraq 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində tarixi seçimini edən Azərbaycan mütləq səs çoxluğu ilə Heydər Əliyevi prezident seçdi. Beləliklə, tarixin bu günündə qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu, bütün sahələrdə sürətli inkişaf başlandı. Ölkənin siyasi müstəqilliyini təmin edən ulu öndər iqtisadi suverenliyinin təmin olunması istiqamətində tarixi uğura imza atdı.

İnkişafımızın fundamental əsaslarını yaradan ümummilli lider nəhəng investorları çətinliklə Azərbaycana cəlb edə bildi. 1994-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"nin imzalanmasına ən ağır siyasi şəraitdə nail olan Heydər Əliyev Azərbaycanın inkişafına nicat verdi. Bundan əvvəl qurtuluş tarixi yazan Heydər Əliyev bu müqavilənin bağlanmasını reallaşdırmaqla gələcəkdə qüdrətli olmağımızı təmin etdi.  Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer haqlı olaraq qeyd edirdi ki, Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. 

Əlbəttə, xalqımızın milli sərvəti olan Heydər Əliyev irsi inkişafımızın, birliyimizin və bütövüyümüzün yol xəritəsi oldu. Ölkəni vətəndaş müharibəsindən xilas edən unudulmaz Heydər Əliyev təkcə ölkədə yaşayan soydaşlarımızın deyil, eləcə də dünya azərbaycanlıların milli birliyinə nail olmağı bacardı və könüllərin sevimlisi, 50 milyon xalqın mütləq lideri oldu.Azərbaycanın dövlət müstəqilliyini əbədi edən Heydər Əliyev özü əbədiyyət qazanaraq əbədi oldu. Gerçək lider məhz belə olur!

Şükufə Əhmədova.

Xəzər rayonu, Ə.Əliyev adına 

125 nömrəli tam orta məktəbin müəllimi  









XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031