Aqrar siyasət komitəsinin iclasında-Forolar

Image




 

Oktyabrın 2-də VII çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin 2024-cü il payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Rzayev komitə üzvlərini yeni sessiyanın başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Komitə sədri 3 oktyabr tarixinin xalqımız üçün əlamətdar olduğunu qeyd edərək, həmin gün Ümummilli lider Heydər Əliyevin ölkə Prezidenti seçilməsindən 31 il keçdiyini, onun hakimiyyəti dövründə Azərbaycanın qüdrətlənməsi naminə gördüyü işləri vurğulayıb. İclasda Ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tahir Rzayev bildirib ki, 2024-cü il də bir çox hadisələrlə xalqımız və dövlətimiz üçün əlamətdar olub. Cari ilin fevral ayında Prezident seçkiləri keçirilib və  cənab İlham Əliyev xalqın etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu, Vətən müharibəsində əldə etdiyimiz Qələbəmizə, suverenliyimizin tam bərpasına, dövlətimizin inkişafına, beynəlxalq aləmdə möhkəmlənən nüfuzumuza verilən səs idi. O, qeyd edib ki, bu il ölkəmizdə həm də azad, demokratik, şəffaf şəkildə parlament seçkiləri keçirilib və xalqın inandığı, etibar etdiyi namizədlər millət vəkili adına layiq görülüb.

Sonra Tahir Rzayev diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 5 məsələ daxil edilib.

Əvvəlcə, komitə sədri Aqrar siyasət komitəsinin 2024-cü il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında aqrar sahə ilə bağlı təqdim edilən qanun layihələri, bir sıra qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı layihələr müzakirəyə çıxarılacaq, komitəyə daxil olan qanun layihələrinə rəy və təkliflər hazırlanacaq, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflər təhlil olunacaq. İş planında, habelə ölkəmizdə keçiriləcək COP-29-un vacibliyinin və əhəmiyyətinin geniş təşviqi, vətəndaşların qəbulu və daxil olan müraciətlərə baxılması, Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət, qazilər, müharibə iştirakçıları ilə görüşlər, işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanışlıq və digər tədbirlər nəzərdə tutulur. Sessiya ərzində müvafiq orqanlarla qarşılıqlı əməkdaşlıq, aqrar sahədə işlərin gedişi və yeni vəzifələrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin keçirilməsi, aqrar sektorda çalışan sahibkarlarla, mütəxəssislərlə əlaqələrin qurulması, aqrar sahənin inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.

Sonra Tahir Rzayev gündəlikdəki qanun layihələrini təqdim edib.

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumatında komitə sədri bildirib ki, preambula və 2 maddədən ibarət olan Protokol 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb.

Qeyd edilib ki, Saziş çərçivəsində Azərbaycan və Belarus baytarlıq orqanları arasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərinin qarşısının alınması və yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət və qarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdə tutulur.

Hazırki Protokolda təklif edilən dəyişikliklərdən biri səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin təyin olmasıdır. Bununla yanaşı, sənədə əsasən Sazişə “yem məhsulları” və “yem əlavələri” anlayışları əlavə olunur, habelə beynəlxalq epizootik büronun Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə əvəz olunması təklif edilir.

Sonra komitə sədri “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, hazırki Protokol 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb, Protokol preambula və 2 maddədən ibarətdir.

Qeyd olunub ki, Saziş, iki ölkə arasında bitki sağlamlığı, zərərvericilərin və xəstəliklərin yayılmasının qarşısının alınması və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə əməkdaşlığı təşviq edir. Nəzərə çatdırılıb ki, hazırki Protokolda dəyişikliklərdən biri səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin təyin olmasıdır. Həmçinin, Sazişə “fitosanitar sertifikat” anlayışının və bəzi müddəaların yeni redaksiyada əlavə olunması nəzərdə tutulur. Protokolda Sazişin 10-cu maddəsinə yeni cümlə əlavə edilərək, Tərəflərin üzərinə nəqliyyat və gündəlik xərclərin ödənilməsi vəzifəsi qoyulur.

Sonra iclasda “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, layihə Azərbaycan Respublikasında heyvanlar aləminin mühafizəsi sahəsində təkmilləşdirmələrin aparılması, habelə qanunvericilikdə cərimələrlə bağlı ziddiyyətlərin aradan qaldırılması məqsədilə  hazırlanıb. Sənəddə adı çəkilən qanunlarda “cərimə” sözləri “təbiətə dəymiş ziyan” sözləri ilə əvəz edilir.

İclasda, habelə “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi də nəzərdən keçirilib.

Diqqətə çatdırılıb ki, dəyişikliklərə əsasən, heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər, o cümlədən heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qanun layihəsində təklif olunan digər dəyişiklik ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna bu maddə ilə müəyyən olunan bir sıra daxilolmalarla yanaşı yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə zədələndikdə, bərpa edilməsi mümkün olduqda bərpa dəyərini, məhv edildikdə isə dəymiş ziyanın ödənilməsini nəzərdə tutur.

Gündəlikdəki məsələlərin müzakirəsində çıxış edən komitənin sədr müavini Razi Nurullayev, üzvləri Cavanşir Paşazadə, Azər Badamov, Vüqar İskəndərov, Aydın Hüseynov, Novruzəli Aslanov komitənin payız sessiyasının iş planına daxil olan məsələlərin əhəmiyyətini vurğulayıblar, bəzi təkliflərini səsləndiriblər. Deputatlar təqdim olunan qanun layihələri barədə öz fikirlərini açıqlayıblar, təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.

Müzakirələrin yekununda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Malik Həsənov, Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Aqrar siyasət komitəsinin iclasında
Aqrar siyasət komitəsinin iclasında
Aqrar siyasət komitəsinin iclasında
Aqrar siyasət komitəsinin iclasında








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031