Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında-Fofolar

Image



 

Oktyabrın 2-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Komitə sədri Səməd Seyidov, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatları cari il sentyabrın 1-də, müstəqillik dövründə ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İclasın gündəliyinə 8 məsələ daxil edildiyini diqqətə çatdıran Səməd Seyidov, gündəliyin birinci məsələsi - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi haqqında ətraflı məlumat verdi. Bildirilib ki, sənədin hazırlanması zamanı dünyada gedən geosiyasi proseslər, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin mart ayında Milli Məclisdə keçirilən andiçmə mərasimində və VII çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi tövsiyələr əsas götürülüb, hədəf və məqsədlər, həmçinin ölkəmizin xarici siyasət prioritetləri diqqətə alınıb, milli maraqlara uyğun strategiyalar formalaşdırılıb və bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulub.

Azərbaycan maraqlarının müdafiəsi və dünya miqyasında ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi kimi aktual məsələlərə toxunan Səməd Seyidov, son dövrlərdə ölkəmizin üzləşdiyi xarici təhdidlərə diqqət çəkərək, belə təhdidlərlə mübarizədə komitənin Milli Məclisin yeni yaradılmış Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası ilə birgə gələcək fəaliyyətinin əsas istiqamətlərini açıqlayıb.

Sonra iclasda gündəlikdəki qanun layihələri müzakirə olunub.

Qanun layihələrinin Milli Məclisə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında daxil olduğunu bildirən komitə sədri, gündəliyin ikinci və üçüncü məsələləri - “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihələri haqqında danışıb. O, qanun layihələrinin iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair bir sıra əhəmiyyətli məsələləri əhatə edən Sazişlərə əlavə və dəyişikliklərin edilməsinə dair Protokolun təsdiqini nəzərdə tutduğunu diqqətə çatdırıb, təqdim olunan sənədlərin əhəmiyyətini vurğulayıb.

Gündəliyin dördüncü məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi haqqında danışan komitə sədri, Moldova ilə ikitərəfli münasibətlərin dərinləşdirilməsində mühüm faktorlara toxunub, müzakirəyə çıxarılan sənədin bir sıra hüquqi və siyasi əhəmiyyətini vurğulayaraq, sənədin iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə və qarşılıqlı etimadın artırılmasına töhfə verəcəyini qeyd edib.

İclasda gündəliyin beşinci məsələsi olan “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verilib, ölkəmizin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bu günədək birgə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti vurğulanıb.

Daha sonra komitə sədri gündəlikdə duran növbəti məsələlər - “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri barədə məlumat verib.

Müzakirələrdə komitənin üzvləri Rizvan Nəbiyev, Fariz İsmayılzadə, Elman Nəsirov, Gülşən Paşayeva, Tural Gəncəliyev, Zaur Şükürov, Qaya Məmmədov və Pərvanə Vəliyeva çıxış edərək, komitənin payız sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndiriblər. Gündəlikdə duran məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndirən deputatlar, təqdim edilən qanun layihələrinin vacibliyini qeyd ediblər.

İclasın sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, üzvləri Sevinc Fətəliyeva, Azər Kərimli, Asim Mollazadə, Cavanşir Feyziyev, Rasim Musabəyov, Nigar Məmmədova, Sevil Mikayılova, Elçin Mirzəbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031