27 İllik işğala son qoyan tarixi qələbə 04 oktyabr 2020-ci il.

Image

27 İllik işğala son qoyan tarixi qələbə

04 oktyabr 2020-ci il.

Vətən müharibəsinin səkkizinci günü.

Azərbaycan Silahlı Qüvvələri ilk böyük zəfərini qazanır: Cəbrayıl şəhəri işğaldan azad edilir. 

Bu tarixi hadisə müharibənin gedişatına həlledici təsir göstərir və Azərbaycan ordusunun gücünü, iradəsini bir daha təsdiqləyir. Haqq yolundan dönməzliyimiz aydın şəkildə nümayiş olunur. Xalqın ordusuna inamı və dəstəyi daha da güclənir, azadlıq uğrunda mübarizə ruhu ən yüksək səviyyəyə çatır. Ardınca gələn döyüşlərdə də Azərbaycan ordusu qətiyyətlə irəliləyir, ardıcıl qələbələrlə işğal altındakı digər ərazilərin azad edilməsinə nail olur. Bu proses Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru atılan ən böyük addımlardan birinə çevrilir.

Xatırladaq ki, Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-də  Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində işğal olunmuş, şəhərin işğalı həm hərbi, həm də demoqrafik baxımdan böyük fəlakətə səbəb olmuşdur. Minlərlə insan doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşmüşdür. Belə ki, Cəbrayılın işğalı bölgə əhalisinin həyatına ağır zərbə vurdu. 60 min nəfərdən çox əhali doğma yurdlarını tərk edərək ölkənin müxtəlif bölgələrində məcburi köçkün şəraitində yaşamaq məcburiyyətində qaldı. Şəhərin mədəni irsi, tarixi abidələri və infrastruktur obyektləri dağıdıldı. İşğal illərində Cəbrayıl tamamilə xarabalığa çevrildi, şəhərin iqtisadi və sosial həyatı iflic oldu. Cəbrayılın işğalı ilə bağlı bir başqa mühüm məqam isə bu ərazinin erməni silahlı qüvvələrinin hərbi bazalarına çevrilməsi idi. Şəhərin strateji mövqeyi Ermənistan ordusuna Azərbaycanın cənub bölgələrinə yaxınlaşmaq üçün əlverişli şərait yaratdı və bu bölgə uzun illər boyu hərbi əməliyyatların potensial mərkəzi olaraq saxlanıldı. 

Ancaq Vətən müharibəsi zamanı qarşı tərəfin bütün üstünlükləri qəhrəman ordumuzun igid döyüşçülərinin misilsiz şücaəti ilə aradan qaldırıldı. Düşmənin 6-10 mərhələli istehkamları, əlverişli coğrafi mövqeləri və 30 il ərzində həmin torpaqlarda möhkəmlənməsi ordumuzun əzmi qarşısında əhəmiyyətini itirdi. Bir çox nöqtədə igidlərimiz ölümə meydan oxuyaraq irəlilədi və doğma torpaqları düşmən işğalından azad etdi. Cəbrayılın azadlığı ilə başlanan zəfər yürüşü Hadrut, Füzuli, Zəngilan, Qubadlı və nəhayət, Şuşanın azad edilməsi ilə davam etdi. 8 noyabrda Şuşanın alınması Azərbaycan xalqının qələbə sevincini zirvəyə çatdırdı. Bu strateji və simvolik əhəmiyyətə malik şəhərin geri qaytarılması düşmənə sarsıdıcı zərbə oldu.

10 noyabr tarixində Ermənistan kapitulyasiyaya məcbur oldu və tarixi 10 noyabr Bəyanatı imzalandı. Bu bəyanatın nəticəsi olaraq düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlarsız, siyasi yolla Azərbaycana təhvil verməyə məcbur oldu. Azərbaycan Vətən müharibəsində əldə etdiyi bu böyük qələbə ilə öz ərazi bütövlüyünü bərpa etdi və regionda yeni reallıqlar yaratdı. Azərbaycanın gücü və xalqın birlik iradəsi bu tarixi zəfərdə əsas amillərdən biri oldu, bu zəfər həm ölkə daxilində, həm də beynəlxalq arenada böyük əks-səda doğurdu. 


Təəssüf ki, bu da son olmadı. Post-müharibə dövrü Ermənistanın mina terroru, sərhəd təxribatları və müxtəlif silahlı toqquşmalarla müşayiət olundu. 2023-cü ilin sentyabr ayında isə bu təxribatların həcmi daha da genişləndi. Nəticədə bir neçə hərbçi və mülki şəxs yaralandı və öldü. Bu hadisələr Azərbaycanın səbr kasasını daşırdı və Azərbaycan hökuməti 2020-ci ildə imzalanmış 10 noyabr Bəyanatına əsaslanaraq, bölgədəki qanunsuz erməni silahlı qüvvələrinə qarşı anti-terror əməliyyatına başlamaq məcburiyyətində qaldı. 19 sentyabr 2023-cü ildə başlayan əməliyyat sürətlə və uğurla həyata keçirildi. Bir gündən də az davam  edən əməliyyat nəticəsində Ağdərə, Əsgəran, Xocalı, Xocavənd, Xankəndi şəhərləri Silahlı Qüvvələrimizin nəzarətinə qaytarıldı. Bununla da tarixi missiyamız tam şəkildə və uğurla sona çatdı. Ümumilikdə, Azərbaycanın qətiyyətli addımları regionda yeni reallıqlar yaratdı, sabitlik və sülh yolunda irəliyə doğru mühüm addım atıldı.



İlahə Abdullayeva

YAP Pirallahı rayon təşkilatının üzvü









XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031