Cəbrayıldakı "Şəfəq" GES-lə bağlı Birgə İştirak Müqaviləsi imzalanıb

Image

BP Cəbrayıl rayonunda 240 MVt-lıq günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan "Şəfəq" layihəsinin ilkin tək investoru kimi, bu gün "SOCAR Green" (SOCAR) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə səhmdarlar sazişi imzalayıb və bununla Şəfəq (Cəbrayıl) Solar Limited" (SJSL) adlı yeni birgə müəssisə yaradılıb. Bu müəssisə layihəyə aid birgə investisiya fəaliyyətini həyata keçirəcək.

"BP-Azerbaijan" şirkətindən  verilən məlumata görə, bundan əvvəl, səhmdarlar sazişi üzrə danışıqlara başlamaq məqsədilə ötən ilin sentyabrında eyni tərəflər arasında qoşulma sazişi imzalanmışdı.

"Şəfəq" layihəsində "Virtual Enerji Ötürmə Mexanizmi" adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir. Həyata keçəcəyi təqdirdə, bu mexanizm layihənin Cəbrayıl rayonunda istehsal edəcəyi günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan "Azərenerji"yə həmin yerdə çatdırılmasını, "Azərenerji"nin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına verməsini təmin edəcək. Bu da öz növbəsində terminalın həmin bərpa olunan elektrik enerjisindən öz ehtiyacı üçün istifadə etməsinə imkan verəcək.

Səhmdarlar sazişini SJSL adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, SJSL-də səhmdar şirkət kimi BP adından BP-nin günəş enerjisi və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Marivela Alvarez, "SOCAR Green" adından SOCAR-ın prezidenti Rövşən Nəcəf, və AİŞ-in icraçı direktoru Ülvi Mansurov imzalayıblar.

İmzalanma tədbirində çıxış edən Kolin Allan deyib: "Biz SOCAR-ın və AİŞ-nin yeni tərəfdaşlarımız kimi belə mühüm potensial layihədə bizə qoşulmasından çox məmnunuq. Birgə işimiz layihənin icrasını sürətləndirəcək və SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlığımızın yeni bir sahəyə keçməsinin əsasını qoyacaq. İndi biz Səngəçal terminalının karbonsuzlaşdırılması və Xəzər regionunda əməliyyat emissiyalarının azaldılması üçün çalışdığımız bir vaxtda əsl innovativ bir yanaşmanı dəstəkləmək üçün hər bir tərəfdaşın dərin təcrübəsini bir araya gətirə bilərik."

SOCAR -ın prezidenti Rövşən Nəcəf deyib: "SOCAR ilə bp arasında uzun illərdir davam edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni səhifə açılır. Böyük məmnunluqla qeyd etmək istərdim ki, otuz il öncə "Əsrin müqaviləsi"nin imzalanması ilə başlayan bu əməkdaşlıq bu gün də uğurla davam etdirilir və genişlənir. Əminəm ki, birgə fəaliyyət nəticəsində Cəbrayıl rayonunda "Şəfəq" layihəsinin uğurlu icrası Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcək".

AİŞ-in icraçı direktoru Ülvi Mansurov deyib: "Bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Azərbaycan İnvestisiya Şirkətinin əsas investisiya layihəsi olduğundan bizim üçün böyük strateji əhəmiyyət kəsb edir. Biz ölkənin 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payının 30%-dək artırılması məqsədini dəstəkləməklə yanaşı, habelə Cəbrayıl regionunun iqtisadi inkişafına töhfə verən müəssisənin bir hissəsi olmaqdan qürur duyuruq. Tərəfdaşlarımızla birlikdə hökumətimizin işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi baxışına uyğun olan bu əhəmiyyətli layihənin həyata keçirilməsini səbirsizliklə gözləyirik."

Səhmdarlar sazişi müəyyən kommersiya və tənzimləyici şərtlər yerinə yetirildikdən sonra qüvvəyə minəcək. Saziş qüvvəyə mindikdən sonra SJSL səhmdarlarının iştirak payları belə olacaq: bp - 50,01%, SOCAR - 39,99% və AİŞ - 10%.

Qeyd edək ki, "Şəfəq" layihəsi Cəbrayıl rayonunda 240 MVt gücündə dəyişən cərəyanlı günəş elektrik stansiyasının tikilməsini nəzərdə tutur. Azərbaycan Energetika Nazirliyi ilə BP arasında 2021-2022-ci illərdə "Şəfəq" layihəsinin həyata keçirilməsinə dair İcra Sazişi və ona bir sıra əlavələr imzalanıb. Layihənin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi sənədi 2024-cü ildə ictimaiyyətə açıqlanmış, müzakirə edilmiş və Azərbaycan hökuməti tərəfindən təsdiq edilib.








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031