İran liderindən İsrailə hücumla bağlı - Açıqlama
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin İsrailə qanuni hüquqlar əsasında cavab verdiyini bildirib.
“Gununxeberı.az ” xəbər verir ki, bu barədə İran lideri rəsmi “X” hesabında paylaşım edib.
“Biz hücumçu deyilik, lakin ölkəmizə qarşı təhdidlərə qarşı qərarlıyıq. İranla münaqişəyə girməyin”,- deyə, paylaşımda qeyd edib.
Pezeşkian İsrailə hücumları ölkəsinin maraqlarını və vətəndaşları müdafiə məqsədi daşıdığını əlavə edib:
“Netanyahuya deyin ki, İran müharibəyə can atmır, lakin hər təhlükəyə qətiyyətlə cavab verəcək. Bu, bizim gücümüzün yalnız bir hissəsi idi”.