Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında fəaliyyət göstərən terrorçulara qarşı növbəti zərbələr endirib.
"Gununxeberi.az " xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı bölgəsində qadağan olunmuş PKK terror təşkilatının 11 silahlısı, “Barış pınarı” əməliyyatı zonasında isə 2 terrorçu məhv edilib.
Nazirlik bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq və son yaraqlı zərərsizləşdirilənə qədər əməliyyatları davam etdirmək əzmini vurğulayıb.