Aşıq Ələsgərin qaçqın düşməsi və dağıdılan HEYKƏLİ

Image



Aşıq Ələsgərə Bakıda qoyulan abidə görkəmli el sənətkarının adını gündəmə gətirib. Hamı Onun Azərbaycan paytaxtında ucaldılan abidəsini müzakirə edir.

Modern.az saytı Aşıq Ələsgər mövzusunun gündəm olduğunu nəzərə alaraq, onun vaxtilə Qərbi Azərbaycandan - doğma Ağkilsə kəndindən qaçqın düşməsinə və heykəlinin ermənilər tərəfinsən dağıdılmasına da toxunmağı vacib sayır.

Kəlbəcərlə sərhəddə yerləşən Göyçə mahalı Basarkeçər rayonunun Ağkilsə kəndində yaşayan Alməmməd adlı yoxsul bir kəndlinin ailəsində dünyaya gələn Aşıq Ələsgərin təvəllüdü 22 mart 1821-ci il tarixi göstərilir.

Ələsgər uşaq yaşlarından Kərbəlayı Qurban adlı bir varlı adamın nökəri olub. Bəzi mənbələrə görə, elə nökərçilik illərində - yeniyetmə dövründə dəli sevdayla Səhnəbanı adlı bir qıza aşiq olub. Amma onunla qovuşa bilməyən Ələsgər sözdən-şeirdən kam almağa üz tutub, saza-sözə bağlanıb. Sonralar o, Aşıq Alı kimi sanballı ustaddan dərs alıb.

Dədə Ələsgər Ağkilsədə yaşa dolub, aşıq kimi fəaliyyət göstərib, yaşayıb-yaradıb. O, Göyçə mahalında, Kəlbəcərdə, Gəncə zonasındakı məclislərdə iştirak edib.

Aşıq Alıdan qazandığı təcrübəni zaman-zaman cilalayan Dədə Ələsgər Aşıq Nəcəf, Aşıq Qurban, Aşıq Yusif, Aşıq Ağayar, Aşıq Əsəd, Aşıq Qiyas və başqalarının sənətkar kimi yetişməsində xüsusi rol oynayıb.

Ustad aşıq ermələrin amansız münasibətini hələ öz sağlığında görüb.

Belə ki, 1918-19-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğından sonra göyçəlilərlə birgə o da doğma kəndini tərk etmək məcburiyyətində qalıb, qaçqın düşüb. İki il Kəlbəcərin Yanşaq kəndində, bir neçə ay da Tərtərdə yaşayıb.

Aşıq Ələsgər bir də Ağkilsəyə Sovet hökuməti qurulandan sonra - 1921-ci ildə - ömrünün sonlarında qayıdıb.

Müasirlərinin dediyinə görə o, ucaboy, enlikürək, bədəncə sağlam, qüvvətli imiş. Hətta boyunun 210 sm olduğu barədə məlumatlar da var. Sazı sol əli ilə çalar, sağ əlini pərdələr üzərində gəzdirərək, aşıq havaları ifa edərmiş.

İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalıb, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənib. Müasirlər nəql ediblər ki, Dədə Ələsgər nümunəvi bir ailə başçısı olub, həmişə uşaqlarının qayğılarını çəkib. Övladlarının nazı ilə oynayan aşıq eyni zamanda əməksevərliyi, iş-gücü ilə onlara nümunə göstərib.

Aşıq Ələsgərin 5 oğlu, 6 qızı dünyaya gəlib. Onun iki oğlu cavan ikən dünyasını dəyişib.

Bəzi məlumatlara görə, ömrünün ahıl yaşlarında Aşıq Ələsgərin həyatında bir neḉə bədbəxt hadisə baş verib. 1910, yaxud 1912-ci ildə onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb doğma Ağkilsə kəndinə gəlir. Dədə Ələsgərin oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür.

1915-ci ildə aşığın həyatında daha bir kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni - qızı Gülnisənin həyat yoldaşı Aşıq Qurban cavan yaşında vəfat edir. Daha sonra dul qalan Gülnisənin zorla qaynı Növrəs İmana veriblər.

Bir il sonra Aşıq Ələsgərin oğlu Bəşir kəndin koğasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın qardaşı Xəlili və ortancıl oğlu Əbdüləzizi tuturlar.

Düyilənlərə görə, bu hadisələr ahıl yaşlarında olan Aşıq Ələsgərin səhhətinə də çox pis təsir edib.

Bu məlumatları Aşıq Ələsgərin nəvəsi İlham Ələsgərov qeydə alıb.

Ustad aşıq 1926-cı il mart ayının 7-də dünyasını dəyişib.

1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi ilə əlaqədar Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılıb. Ağkilsə kəndindəki qəbirüstü abidəsinin açılışına Azərbaycandan böyük nümayəndə heyəti gedib. Açılışda Aşıq Ələsgərin kiçik oğlu Talıb da iştirak edib.

Yubiley Azərbaycanda böyük təntənə ilə qeyd edilib. Aşığın ikicildliyi işıq üzü görüb. Adı dillərdə gəzən qoşmalarına mahnılar yazılıb.

Ermənilər Ağkilsə kəndinin adını 1975-i ildə dəyişərək Azad qoyublar. 1988-ci ildə isə kənddə yaşayan bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyaraq Ağkilsədən qovub çıxarıblar.

1988-ci ildə baş verən məlum olaylardan sonra ermənilər Aşıq Ələsgərin Ağkilsə kəndindəki abidəsini dağıdıb, yerlə bir ediblər.

Qeyd edək ki, həmin kənddə Aşıq Ələsgərin öz əli ilə tikdiyi evi də vardı… Həmin evin də dağıdıldığı güman olunur.


Aşıq Ələsgərin övladları: Gülnisə, Bəsti, Talıb, Zümrüd. Foto 1957-ci ildə çəkilib.

Abidənin qarşısında dayanan iki nəfərdən biri - öndə olan Aşıq Ələsgərin kiçik oğlu Talıbdır.








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031