Gün gələcək...

Image


Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan, böyük el sənətkarı Aşıq Ələsgərin paytaxt Bakıda yerləşən abidəsinin açılışında iştirak etdi. Bu əlamətdar hadisə yalnız aşıq sənətinin vurğunlarını deyil, ümumilikdə hər birimizi sevindirdi. Çünki, məlumdur ki,  Aşıq Ələsgər öz əsərləri ilə Azərbaycanın zəngin bədii irsinə misilsiz töhfələr bəxş edən, Azərbaycan milli bayramları və toylarının əvəzedilməz iştirakçısı olan, yaradıcılığı əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malik bir şəxsiyyət idi. Onun yaradıcılığında gənc nəslin əxlaqi-tərbiyəvi və vətənpərvər ruhda böyüməsi üçün yazılmış şeirlər xüsusilə çoxluq təşkil edirdi. Eyni zamanda, Aşıq Ələsgər yaradıcılığında vətən sevgisi dərin və təsirli şəkildə öz əksini tapmışdır. O, dağların, çayların, meşələrin bənzərsizliyini, bu yerlərin mənəvi dəyərini və öz xalqına olan dərin bağlılığını ifadə edərək, vətənə olan sevgisini poeziya dili ilə canlı və təsirli şəkildə çatdırıb.

Dövlətimizin başçısı açılış mərasimindəki nitqində Aşıq Ələsgərin fəaliyyətini və vətənpərvərliyini yüksək qiymətləndirərək demişdir: Onun yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Bəli, Aşıq Ələsgər vətənpərvər insan idi. Ələsgər üçün vətən, sadəcə fiziki bir məkan deyil, ruhən bağlı olduğu, həyatının və yaradıcılığının mənbəyi olan müqəddəs bir məfhumdur. O, insanın vətənə olan sevgisini ifadə edərkən, eyni zamanda vətən uğrunda mübarizə aparmağın, onu qorumağın vacibliyini vurğulayır. Ələsgərin şeirlərində bu sevgi dərin bir məhəbbət və səmimiyyətlə doludur, xalqının taleyinə və gələcəyinə olan inamını, doğma yurduna sarsılmaz bağlılığını açıq şəkildə göstərir. 

Ötən əsrdə xalqımız 3 dəfə deportasiyaya məruz qalmış, öz doğma elindən-obasından köçə məcbur edilmişdir. Aşıq Ələsgər də ahıl yaşında deportasiyaya məruz qalan soydaşlarımızdan biri idi. Ömrünün sonunda yaşadığı bu kədərli hadisə, onun həyatını və yaradıcılığını dərin iztirablarla bəzəmişdir. Deportasiya, təkcə fiziki bir məcburiyyət olmayıb, eyni zamanda mənəvi bir məhrumiyyət, insanın ruhunun doğma torpaqdan qoparılması anlamını da daşıyırdı. Aşıq Ələsgər bu faciəvi hadisəni dərin ağrılarla yaşayıb və öz şeirlərində xalqının vətən həsrətini, qovulma acısını əks etdirib. O, şeirlərində yalnız doğma torpaqlarının fiziki itkisindən deyil, eyni zamanda xalqının milli kimliyini qorumaq uğrunda apardığı mübarizədən də bəhs edib. O, bütün çətinliklərə baxmayaraq, xalqın öz torpağına geri dönəcəyinə və vətənin həmişə xalqının ürəyində yaşadığına inanırdı. Onun şeirləri, bu mənəvi gücün və ümidin canlı təcəssümüdür.

Beləliklə, Aşıq Ələsgərin yaradıcılığı, Azərbaycan xalqının deportasiya zamanı yaşadığı milli faciənin bir ədəbi simvolu kimi çıxış edir. O, yalnız sənətkar deyil, həm də bir xalqın səsi, onun tarixinin canlı şahidi və vətənə olan sonsuz sevginin, sarsılmaz bağlılığın ifadəçisi olub.

Yekunda dövlətimizin başçısının bir fikrini qeyd edərək, bir gün deportasiya edildiyimiz o torpaqlara dönəcəyimizə əminliyimizi ifadə etmək istərdim. “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”. Tarix sübut etmişdir ki, dövlət başçımız daim verdiyi hər bir vədi yerinə yetirmiş, sözünün də imzası qədər keçərli olduğunu dosta-düşmənə göstərmişdir. Beləliklə, heç bir şübhə yoxdur ki, gün gələcək, azərbaycanlılar Şərqi Zəngəzura, Qarabağa qayıtdığı kimi Qərbi Zəngəzura da qayıdacaq, bu torpaqlara quşların civiltisini, körpələrin gülüş səsini, həyatın canlılığını qaytaracaq. O gün uzaqda deyil..

 

 

Əli Kərimov

Pirallahı rayon Ağsaqqallar Şurasının sədri







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031