“Səfirliyimizə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir”
“İranda səfirliyimizə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir”.
“Gununxeberı.az ” xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, prokurorluq bu işlə bağlı daimi əlaqədədir:
“Amma burada prosessual qayda var. Yəni birinci instansiya məhkəməsinin hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiq edilməlidir. Bundan sonra hökm icra ediləcək”.