Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində aparılan təmir işləri davam etdirilir
Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində aparılan təmir işləri davam etdirilir
Təmir işləri sözügedən küçənin Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək olan hissəsi üzrə aparılır.
Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri icra olunur.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...