Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan təmir işləri yekunlaşıb
Paytaxtın bu küçələrində təmir yekunlaşdı - VİDEO
Bakının Səbail rayonunun Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir işləri yekunlaşıb.
Gununxeberi.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, təmir çərçivəsində hər iki küçədə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.