Ələt Beynəlxalq Dəniz Ticarət Limanı
Ələt Beynəlxalq Dəniz Ticarət Limanı
Ələt Beynəlxalq Dəniz Ticarət Limanı1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi
limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı
Limanı yenidən qurulmuşdur. Yeni Bakı Limanı ölkəni qərblə, cənubla və şimalla birləşdirən
nəqliyyat qovşağıdır. Azərbaycanın rayonlarına yaxın ərazidə yerləşməsi əlverişli qovşaq kimi
bu limanın regionlar ilə əlaqə qurmaq imkanını artırır və beləliklə daşınan yüklərin həcmi artır.
Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud
avtomobil və dəmiryolları ilə kəsişir. Bakıdan Rusiyaya keçərək şimal-qərbə doğru uzanan
dəmiryolu xətti, Gürcüstan, Qara dəniz sahilləri və Türkiyədən keçərək qərbə doğru uzanan
dəmiryolu xətti. Cənuba və İran sərhədinə doğru uzanan dəmiryolu xətti məhz Ələtdə kəsişir.
Ələt qəsəbəsi avtomobil yolları və dəmir yollarının kəsişməsində yerləşir və yeni liman bu
infrastrukturu tamamlayaraq, Bakını bölgənin əsas logistika mərkəzi və Şimal-Cənub və Şərq-
Qərb nəqliyyat dəhlizlərinin əsas mərkəzinə çevirir. Bərə Terminalı Ələtdə yerləşən Yeni
Limanın qərbində, liman girişinin cənub hissəsində yerləşir. Bərə Terminalı hər iki tərəfində
lövbəri olan mərkəzi yanalma körpüsünün də daxil olduğu qoşa yanalma körpülərindən
ibarətdir. Qatar vaqonları və yük maşınları daşıyıcı bərələrə bağlayıcı aşırımlar vasitəsilə
yanaşır və hər qoşa körpü üzərində layihələndirilən yerüstü giriş körpüsü sərnişinlərin gəmilərə
keçməsini təmin edir. Bərələr əsasən qatar vaqonlarını, yük maşınlarını və avtomobilləri
daşıyır. Qatarlar üçün gözləmə cığırı hər yanalma körpü cütünün sahil ərazisində, yük
maşınları və avtomobillər üçün dayanacaq isə dəmiryolu cığırının hər iki tərəfində yerləşir.
Bakı Limanının hazırkı Əsas Yük Terminalı da Bakı şəhərinin mərkəzində yerləşir. Liman
Avropa və Asiya bazarlarına xidmət göstərərək, eləcə də, Avropa və Asiyanı birləşdirən geniş
beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Xəzər dənizi regionunda əsas logistika
qovşağı kimi çıxış edəcək. Ümumiyyətlə, Hazırda dünya ticarətinin 80 faizi dəniz nəqliyyatı
vasitəsilə həyata keçirilir.
Görünən odur ki, mövcud geosiyasi şəraitdə Azərbaycan Respublikasının iqtisadi inkişafı
üçün geniş imkanlar mövcuddur, dövlətimizin Avropa- Asiya məkanında Ələt Beynəlxalq Dəniz
Ticarət Limanının əhəmiyyəti olduqca mühüm olmaqla, dövlətimiz üçün yeni üfüqlər açacağı
artıq reallıqdır!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi