Səttar Möhbalıyev: “Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib ölkədir”

Image

“Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük

nailiyyətlər qazandığı, misilsiz uğurlara imza atdığı istiqamətlərdən biri də onun

xarici siyasətidir. Dəqiq hesablanmış və düzgün qurulmuş Azərbaycanın xarici

siyasi strategiyası milli maraqlara əsaslanaraq ölkələrlə qarşılıqlı anlaşma, hörmət,

demokratik prinsiplər üzərində daim inkişaf edir. Məhz bu effektli siyasət, o

cümlədən ədalətli mövqe, qətiyyətli addımlar dövlətimizi dünyada məsuliyyətli və

etibarlı tərəfdaş kimi tanıdıb, regional liderliyini daha da möhkəmləndirib və

qlobal aləmdə əsas aparıcı aktora çevirib. Eləcə də beynəlxalq münasibətləri həm

nəzəri, həm də praktik səviyyədə dərindən bilən, geniş və məntiqli analitik

təfəkkürə, məqsədyönlü, düşünülmüş siyasi baxışlara sahib olan Prezident İlham

Əliyev istər regional, istərsə də beynəlxalq platformalarda dövlətimizin maraqlarını

yüksək səviyyədə təmin edir. Ən əsası isə odur ki, Azərbaycan heç kimdən asılı

olmayan, tamamilə müstəqil və sərbəst siyasət həyata keçirir. İmza atdığı

beynəlxalq layihələr, irəli sürdüyü təşəbbüslər, həmçinin qlobal sülh və

təhlükəsizliyə verdiyi davamlı töhfə dünya üçün son dərəcə səmərəli olub və

yüksək qiymətləndirilib. Heç də təsadüfi deyil ki, ölkəmiz bilavasitə 155 ölkənin

dəstəyi ilə 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü

seçilib. Tərəddüdsüz ifadə edə bilərik ki, bu, Azərbaycanın uğurlu xarici

siyasətinin mühüm əlamətidir. Digər vacib göstərici isə dünyanın ikinci ən böyük

beynəlxalq qurumu olan Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrlik

Azərbaycana etibar edilib. Həmin dövrdə yüksək təşkilatçılıq, nümunəvi və ədalətli

idarəçilik, institusional yeniliklər sayəsində bu beynəlxalq təsisat dünyada böyük

imic qazandı, qlobal çəkisi isə xeyli artdı”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan

Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin

deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici siyasətində xüsusi önəm

daşıyan istiqamətlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə

münasibətlərdir: “Dünyanın kifayət qədər nüfuzlu təşkilatı olan, ərazi və əhali

baxımdan ən böyük bir neçə ölkəni özündə birləşdirən ŞƏT-lə ölkəmizin əlaqələri

davamlı olaraq inkişaf edir. Bu təşkilatla Azərbaycan arasında əməkdaşlıq

sahələrini nəzərdə tutan memorandum imzalanıb və ölkəmiz ŞƏT-də dialoq

tərəfdaşı statusuna malikdir. Yeri gəlmişkən, burada təmsil olunan və bir araya

gələn, demək olar ki, bütün dövlətlərlə ölkəmizin normal əlaqələri var. Təbii ki, bu

da təşkilatla münasibətlərimizin genişlənməsinə münbit şərait yaradır. Eyni

zamanda qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi,

ticarət, iqtisadiyyat və digər sahələrdə səmərəli əməkdaşlıq, regionda sülh,

təhlükəsizlik və sabitliyin əldə edilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin

yaradılması kimi ŞƏT-nin məqsədləri Azərbaycan üçün də xüsusi önəm kəsb edir

və ölkəmizin maraqlarına tam cavab verir”.

AHİK sədri Səttar Möhbalıyev ölkəmizin ŞƏT üçün əhəmiyyətini də

xatırladıb: “Bildiyimiz kimi, Azərbaycanın bütün sahələri əhatə edən davamlı

inkişafı, regional güc mərkəzinə çevrilməsi, əlverişli təbii-coğrafi mövqeyi və

təşəbbüskarı olduğu nəhəng layihələrin əhəmiyyəti ölkəmizin bu təşkilatla

əlaqələrinə ciddi təsir edir. Eləcə də tranzit və nəqliyyat-logistika imkanları, Şərq-

Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək

Azərbaycanı ŞƏT üçün cəlbedici edir. Orta Dəhliz kimi də tanınan Transxəzər

Beynəlxalq Nəqliyyat Dəhlizinin təşkilat və ona üzv dövlətlər üçün üstünlükləri

böyükdür. Odur ki, Azərbaycanla əməkdaşlıqda ŞƏT daha çox maraqlıdır”.


“ŞƏT-nin budəfəki - Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşü

də ölkəmiz üçün yaddaqalandır. Artıq ikinci dəfədir belə mötəbər tədbirə

dövlətimizin başçısı dəvət olunur. Bu, Azərbaycan Prezidentinin şəxsi nüfuzu,

dəyərli fikirlərinin və irəli sürdüyü təşəbbüslərin regional əməkdaşlıq üçün

önəmini göstərir. Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev Rusiya,

Qazaxıstan, Türkiyə prezidentləri, Çin sədri və Pakistanın Baş naziri ilə görüşlər

keçirdi, səmərəli danışıqlar aparıldı. Baş tutan bütün görüşlərdə qarşı tərəflər bir

daha Azərbaycanla əməkdaşlıqdan məmnunluq ifadə etdilər, həmçinin əlaqələrin

mövcud və yeni sahələr üzrə inkişafının vacibliyini bildirdilər. Mən “Azərbaycan

Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması

haqqında Birgə Bəyannamə”nin qəbul olunmasını xüsusi olaraq vurğulamaq

istərdim. Bu, hər iki ölkə arasında münasibətləri yeni müstəviyə daşıyacaq, siyasi,

iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirəcək. Bundan başqa,

Bəyannamə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin

ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və

inkişaf fəaliyyətini birgə irəlilətməyə imkanlar yaradacaq”, - Səttar Möhbalıyev

qeyd edib.

AHİK sədri əlavə edib ki, ŞƏT-nin Zirvə toplantısı, burada qəbul olunacaq

Astana Bəyannaməsi, eləcə də təsdiqlənəcək qərar, bəyanat və təşəbbüslər iştirakçı

dövlətlər, o cümlədən Azərbaycan üçün faydalı olacaq, ölkələrarası əməkdaşlığı

daha da gücləndirəcək, beynəlxalq və regional problemlərin həllinə ciddi kömək

edəcək.







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031