Milli Məclisin deputatları Çin Xalq Respublikasına səfər edəcəklər
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Fatma Yıldırım, Elnur
Allahverdiyev və Soltan Məmmədov iyulun 5-də Çin Xalq Respublikasının Şandon
əyalətinin Tsindao şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində deputatlar burada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının
(ŞƏT) yaşıl inkişaf üzrə Forumunda iştirak edəcəklər.
Tədbirdə “Yaşıl inkişaf yolunda birgə irəliləmə, insan və təbiətin harmonik
mövcudluğunun təşviqi” mövzusunda müzakirələr aparılacaq, Azərbaycanın COP29-da
sədrliyi çərçivəsində ətraf mühitin mühafizəsinə və yaşıl inkişaf istiqamətlərindəki
fəaliyyətə nəzər salınacaq.
Səfər iyulun 10-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi