Yunan-Roma güləşi üzrə dünya çempionu Nuqzari Tsurtsumiya iyulun 3-də Gürcüstanın şimal-qərbindəki Xobi şəhərindəki evində ölü tapılıb.
"Gununxenerı.az " xəbər verir ki, Tsurtsumiyanın ölümü ilə bağlı məlumatı Gürcüstan Milli Güləş Federasiyası təsdiqləyib.
27 yaşlı idmançının ölüm səbəbi açıqlanmayıb.
Nuqzari Tsurtsumiya 55 kq çəki dərəcəsində 2019-cu ilin dünya çempionudur. Avropa çempionatında bir dəfə ikinci, üç dəfə üçüncü yeri qazanıb.