Ukrayna tranzit ölkə rolunu qorumaq və qərb qonşularına enerji təhlükəsizliyini təmin etməkdə kömək etmək üçün Azərbaycandan təbii qazın Avropa İttifaqına tədarükü ilə bağlı danışıqlar aparır.
"Gununxeberı.az " xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
Zelenski "Bloomberg"ə müsahibəsində deyib ki, Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsi müqaviləsi hazırda müzakirə olunan təkliflərdən biridir: "Nazirlər Kabinetinin üzvləri bununla məşğuldur".