1,5 milyon manatı ələ keçirən MTK sədrinə 10 il cəza istənildi

Image



Bakıda bir neçə mənzili ayrı-ayrı vətəndaşa sataraq dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərovun məhkəmə istintaqı yekunlaşıb.

"Gununxeberı.az 'Unikal"ın əldə etdiyi məlumata görə bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Prokuror Babaxan Həsənəliyev ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.

Qeyd edək ki, istintaq materiallarında qeyd olunub ki, X.Cəfərov “Avro Qrand” MMC-nin 2014-cü ildən 2019-cu ilədək direktoru vəzifəsində işləyib.

O, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə MMC tərəfindən paytaxtın Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında inşa olunan qeyri-yaşayış sahəsinin 150 kv/m-ni 27.05.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zahid Cəfərova satıb. Lakin şirkət rəhbəri həmin qeyri-yaşayış-sahəsini 2016-cı il tarixdə Rövşən Ələkbərova sataraq ondan 170 min 910 manat pul alıb.

Bundan başqa, X.Cəfərov “Avro Qrand” MMC ilə “Xələfli” MTK arasında bağlanmış müqaviləyə əsasən MTK-nın sifarişi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə sözügedən MMC tərəfindən inşa olunan binanın sahəsi 86 kv/m-lik mənzilini “Xələfli” MTK-ya məxsus olduğunu bilməsinə baxmayaraq, Rövşən İsmayılova ilkin ödəniş kimi 8 min 500 manat, daha sonra isə 25 min manat pula satıb.

Bundan əlavə, o, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “Avro Qrand” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H. Aslanov 21 ünvanında inşa edilmiş binanın sahəsi 69 kv/m-lik mənzilini Fikrət Ovçiyevə satıb. Lakin şirkət rəhbəri sözügedən mənzili Vəli Tanrıverdiyevə 35 min manat pula təkrar satıb.

Eyni zamanda, X.Cəfərov “Avro Qrand” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 10 ünvanında inşa edilmiş binanın sahəsi 98 kv/m-lik mənzilini Rafiq Əbilova satıb. Amma buna baxmayaraq, o, həmin mənzili Babək Vəliyevə 75 min manata sataraq dələduzluq edib.

X.Cəfərov eyni əməllə Kamil Qədirova satdığı mənzili Elvin Bayramova 60 min manata, Həsən Əliyevə məxsus mənzili, Rasim İsmayılova 35 min manata, Rəhman Yusifova məxsus mənzili Tahir İsayevə 73 min manata, Şamil Nəcəfova məxsus mənzili Rauf Paşayevə 18 min manata, Elnur Balakişizadəyə məxsus mənzili Xəzər Əliyevə 62 min manata, Sultan Sultanova məxsus mənzili Rəcəf Orucova 48 min manata və Hikmət Bağırova məxsus mənzili isə Rüfət Qurbanova 47 min 600 manata satıb. İş üzrə 12 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 500 min manat ziyan dəyib.

İstintaq dövründə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq, 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, X.Cəfərov daha əvvəl eyni əmələ görə həbs olunub və məhkumluq həyatı yaşayıb.








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031